Icma.az
close
up
RU
Qlobal sülhə, təhlükəsizliyə gedən yollar Azərbaycandan keçir ŞƏRH

Qlobal sülhə, təhlükəsizliyə gedən yollar Azərbaycandan keçir ŞƏRH

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Prezident İlham Əliyevin  Çində keçirilən “ŞƏT plyus” formatında  keçirilən Zirvə görüşündə iştirakı, istərsə də, Çinə işgüzar səfəri və bu səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq strateji hədəflərinə nail olunması baxımdan mühüm əhəmiyyət kəsb edir".

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib. O bildirib ki, bu səfər Azərbaycanın beynəlxalq sistemdə çoxvektorlu siyasət aparmaqla qlobal güclər arasında körpü rolunun möhkəmləndirilməsi istiqamətində atılan real addım kimi dəyərləndirilməlidir:

“Prezident İlham Əliyevin milli maraqlara əsaslanan yürütdüyü uğurlu çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regional və beynəlxalq siyasətdə çəkisini artırmaqla yanaşı, bir-birinə rəqib güclər arasında uğurlu əməkdşalıq körpüsünün yaradılmasında müstəsna rol oynayan ölkə qismində çıxış etməkdədir. Bu da Azərbaycanın son illərdə yaratdığı reallıqlara uyğun olaraq qarşısında duran hədəflərə nail olunması, həm də yeni dünya düzənində baş verən prosesləri fürsətə çevirmək baxımdan mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin “ŞƏT plyus” zirvə görüşündə çıxışı zamanı verdiyi mesajlar, Çin rəhbərliyi və şirkətləri, o cümlədən sammitdə iştirak edən ölkə liderlərlə keçirilən ikitərəfli görüşlər Azərbaycanın qarşısındakı strateji hədəflərin həyata keçirilməsi istiqamətində atılan növbəti diplomatik uğuru idi.

Prezident İlham Əliyevin səfərini və verdiyi mesajları belə dəyərləndirmək olar:

- Azərbaycan regionda nəinki Çinin, eyni zamanda ABŞ-nin, Avropanın, Türkiyənin, eyni zamanda digər ölkələrin etibarlı tərəfdaşı rolunda çıxış etməsini əməli fəaliyyətdə sübut edir.
- Azərbaycan beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması isə bunun əyani sübutudur.
- Mühüm mesajlardan biri isə Azərbaycan və Ermənistanın Birinci xanımlarının birgə foto ilə beynəlxalq aləmə verdiyi sülh müjdəsi idi. Bu mesajın mahiyyəti ondan ibarət idi ki, artıq Cənubi Qafqaz toqquşma mərkəzi deyil, sülh, sabitlik, əməkdaşlıq coğrafiyasıdır. Cənubi Qafqaz Avrasiyada yerləşən ölkələrin əməkdaşlığı üçün ən önəmli rola malik coğrafiyadır.
- Cənubi Qafqazda sülhün memarı və təminatçısı rolunda çıxş edən Azərbaycan regional və qlobal sülhə töhfə vermək üçün genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirməsi nəticəsində Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. 
- Nəqliyyat-logistika mərkəzinə çevrilən Azərbaycan yürütdüyü uğrulu çoxvektorlu diplomatiya nəticəsində Şərqlə Qərb, Şimalla Cənub arasında, hətta rəqib qütblər arasında uğurlu körpü rolunu oynamaqdadır. Prezident İlham Əliyevin “ŞƏT+” sammitində “yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək” mesajı da məhz bu məqsədə xidmət edir. Yəni Azərbaycan heç kimə qarşı deyil, əksinə bütün tərəflərlə qarşılıqlı maraqlara uyğun şəkildə əməkdaşlığa hazırdır. 
- Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş qlobal inkişaf, təhlükəsizlik və sivilizasiya təşəbbüsünü fəal şəkildə dəstəkləyir;
- İki ölkə arasında siyasi, ticarət,iqtisadi, sərmayə, enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafı sahələrində əməkdaşlıq dərinləşir. Vizasız rejimin tətbiqi turizmin inkişafına təkan verir;
- Azərbaycan regionda nəinki Çinin, eyni zamanda ABŞ-nin, Avropanın, Türkiyənin və digər ölkələrin etibarlı tərəfdaşı rolunda çıxış edir.

Əgər obrazlı ifadə etsək, deyə bilərik ki, bu gün qlobal sülhə, təhlükəsizliyə, birgə əməkdaşlığa, tərəfdaşlığa, inkişafa gedən yollar Azərbaycandan keçir. Prezident İlham Əliyevin verdiyi mesaj bundan ibarət idi.

Əminəm ki, Prezident İlham Əliyevin yürütdüyü bu siyasət Azərbaycan "orta güc” kimi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında üzərinə götürdüyü bu missiyanı uğurla həyata keçirəcək və bu prosesə öz töhfəsini verəcək”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri