Icma.az
close
up
RU
Bütün yollar Azərbaycandan keçir

Bütün yollar Azərbaycandan keçir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, Azərbaycan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. 

Artıq ilk belə tranzit yük yola düşüb. Belə ki, Qazaxıstan taxılı Ermənistana göndərilib. Bütün bunlar iki ölkə arasında yeni dönəmin başladığını göstərir. Prezident İlham Əliyev də bu istiqamətdə açıqlama verib: 

“Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü”. Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın ofisi dəİlham Əliyevin bəyanatını alqışlayıb:

“Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan qadağanın aradan götürülməsi barədə bəyanatını alqışlayırıq. 

Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”. 

Həmçinin, Nikol Paşinyan özü də Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib. 

“Cəmi bir il əvvəl Ermənistanın Baş nazirinin Azərbaycan Prezidentinə və Baş nazirinə təşəkkür etməsinin şahidi ola bilməzdik”,-deyə o bildirib.O hesab edir ki, Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün institutsionallaşdırılması çox vacibdir.

Paşinyan əlavə edib ki, nəqliyyat əlaqələri qarşılıqlı fayda gətirir, lakin onlar həm də qarşılıqlı asılılığa gətirib çıxarır: 

"Ölkələr bir-biri ilə əməkdaşlığa başlayanda, iqtisadi artıma və rifahın yaxşılaşmasına gətirib çıxarır. Birdən-birə ölkələr başa düşürlər ki, onlar bir-birinin sabitliyində, ərazi bütövlüyündə, suverenliyində və ölkələrin öz qərarlarını qəbul etmək imkanlarında qarşılıqlı maraqlıdırlar. Çünki bu, razılaşmaların əldə edilməsi və həyata keçirilməsi üçün vacibdir”.

Onun sözlərinə görə, bərqərar olmuş sülh bir əsr əvvəlki tarixə nəzər salmaq üçün gözəl imkandır.

“Tarixlərimiz bir-birinə bağlıdır. 1918-ci ildə Ermənistan, Gürcüstan və Azərbaycan bir neçə gün ərzində müstəqillik əldə edib, sonra həmin dövrdə onu itiriblər. 1991-ci ildə üç ölkə demək olar ki, eyni vaxtda müstəqillik əldə etdi. 

Hesab edirəm ki, 1991-ci ildə biz 1918-1920-ci il tariximizin ibrət dərslərini yetərincə öyrənə bilmədik və müstəqilliyimizi birlikdə qazanmağımızın, birlikdə itirməyimizin əsl səbəbini anlamadıq. Bunun bir səbəbi də bir-birimizin müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin əhəmiyyətini dərk edə bilməməyimizdir. 

Biz və ya əcdadlarımız o zaman düşünürdük ki, bir-birimizlə vuruşmaqla böyük qazanclar əldə edə bilərik. Tarix göstərdi ki, bir-birimizlə vuruşmaqla ən vacib olanı – dövlətimizi, müstəqilliyimizi itirə bilərik”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında 8 avqustda əldə olunan razılıqla bunun təməli qoyulub: 

“Həmin vaxt liderlərin Ağ Evdə verdiyi açıqlamalardan da aydın şəkildə göründü ki, iki ölkə arasında ilkin olaraq nəqliyyat dəhlizlərinin açılması üçün cəhdlər göstəriləcək. Xüsusilə logistika barədə qarşılıqlı razılıq əldə olunub. Bu isə tərəflərin gələcəkdə yaxınlaşması üçün olduqca vacibdir. 

Qazaxıstandan Ermənistana ixrac olunacaq buğdanın Azərbaycan üzərindən daşınması da çox əhəmiyyətlidir. Bundan əvvəl də Nikol Paşinyanın təyyarəsinin ölkəmizin hava məkanından istifadə etməsinə icazə verilmişdi. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün nəqliyyat dəhlizlərinin qarşılıqlı istifadəsinə ehtiyac var. Bununla bağlı da Bakı iləİrəvan arasında uzlaşma mövcuddur”.

Siyasətçi qeyd edib ki, iki dövlət tarix boyu düşmən münasibətində qala bilməz: 

“Gec-tez qarşılıqlı əlaqələrimizdə istiləşmə olmalıdır. Düzdür, Ermənistan tarix boyu həmişə etibarsız tərəfdaş olub. Ona görə də Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bir sıra qarantiyalara ehtiyac olduğunu dəfələrlə bəyan edib. 

Xüsusilə Ermənistanın rəsmi dövlət atributlarında dəyişiklik edilməsi məsələsi gündəmə gətirilib. Görünür, gələcəkdə iki dövlət arasında iqtisadi və siyasi münasibətlərin istiləşməsində də Ermənistanın Azərbaycana qarantiya verməsinə ehtiyac var”. 

Onun sözlərinə görə, artıq Ermənistana məhdudiyyətlər qoyulmaması və mövcud blokadan çıxmasına şərait yaradılması həm də Azərbaycanın maraqlarına cavab verir: 

“Çünki Ermənistan blokadadan çıxmaqla gələcəkdə inkişaf edə bilər. Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, ərazimizdən iqtisadi dividentlərəldə etməyimiz mümkündür.

Strateji üstünlüyümüz bizə iqtisadi faydalar da gətirə bilər. Ölkəmiz üzərindən tranzit daşımaları əlavə qazanc deməkdir. Ermənistana gedəcək bütün yolların ölkəmizdən keçməsi Azərbaycanın siyasi üstünlüyü mənasına gələcək. Düşünürəm ki, Prezident İlham Əliyevin bu qərarı həm də gələcəyə hesablanmış bir addımdır. Ermənistanla Azərbaycan arasında bu cür qarşılıqlı əlaqələr inkişaf etdirilməlidir”.

 Mütəllim Rəhimli diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana daha çox ehtiyacı var: 

“Ona görə də bizim qarşı tərəfdən gözləntilərimiz çox deyil. Lakin Ermənistandan tələbimiz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin təmin edilməsi üçün Zəngəzur dəhlizinin açılmasıdır. 

Prezident İlham Əliyev artıq bu dəhlizin 2028-ci ilə qədər açılacağını söylədi. Həmçinin, Ermənistan da öz hava məkanından Azərbaycanın istifadə etməsinə icazə verə bilər. Hesab edirəm ki, Ermənistanın bunlardan başqa Azərbaycana edəcəyi bir jest yoxdur. Ümumiyyətlə, rəsmi İrəvan ölkəmiz üzərindən daha çox əlaqələr qura bilər. Üstəlik, Ermənistanın alternativ yolu da yoxdur. Bu səbəbdən də Paşinyan hakimiyyəti Bakının bütün tələblərini müsbət qarşılamalıdır”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Azərbaycan Ermənistan Mütəllim Rəhimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see285

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see279

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see224

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see214

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see210

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see209

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see206

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see205

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see201

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see195

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see187

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see183

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see182

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see180

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see173

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see170

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see167

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see165

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri