Icma.az
close
up
RU
Azərbaycandan sonra növbə Özbəkistanındır ŞƏRH

Azərbaycandan sonra növbə Özbəkistanındır ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya etnik ayrı-seçkiliklə vəziyyəti gərginləşdirir


Tural İrfan: "Rusiya öz hegemonluğunu Ukraynada irəlilədikcə daha da artırır"


Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək videoda özbək taksi sürücüsünü təhqir edən, onu “rusların qulu” adlandıran şəxsin şəxsiyyətinin müəyyən edilməsini və barəsində qanuni tədbir görülməsini tələb edib.

Bunu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov avqust ayında geniş ictimai rezonansa səbəb olan insidenti şərh edərkən deyib:“Xüsusilə də avqust ayında geniş ictimai rezonans doğuran hadisə ilə bağlı araşdırma aparılır. Bununla əlaqədar olaraq videogörüntüdə olan şəxsin kimliyinin müəyyən edilməsi və ona qarşı hüquqi tədbir görülməsi məqsədilə Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib. Özbəkistan vətəndaşları harada olduqlarından asılı olmayaraq, dövlətin himayəsindədir”.


Qeyd edək ki, Moskva vilayətində lentə alındığı iddia edilən bu hadisə Özbəkistanda hiddətə səbəb olub. Kadrlarda bir nəfərin taksi sürücüsünə qışqıraraq onu etnik mənsubiyyətinə görə alçaltması əks olunub.

Bu hadisə miqrantlara qarşı ayrı-seçkilik və etnik təzyiqlərin cəmiyyətlərarası gərginliyi artıran amil olduğunu bir daha göstərir. Eyni zamanda son aylar Rusiyada azərbaycanlı iş adamlarının tutulması, diaspor nümayəndələrinə qarşı təzyiqlərin artması, miqrant icmalarının hüquqlarının qorunması məsələsini gündəmə gətirib. Bu hallar göstərir ki, xaricdə yaşayan vətəndaşların hüquqlarının müdafiəsi və etnik ayrı-seçkiliyin qarşısının alınması üçün həm diplomatik, həm də hüquqi tədbirlər zəruridir. 


Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a  açıqlamasında bildirib ki, Rusiyada Orta Asiya xalqlarına və Azərbaycan əsilli insanlara qarşı etnik zəmində ayrı-seçkilik hökm sürür. Görünür, bu, dövlət səviyyəsindədir:

 “Mərkəzi hakimiyyətin aqressiyası artır və Ukrayna müharibəsində də gərginliyə səbəb olur. Etnik yöndə ayrı-seçkilik halları regionda da vəziyyəti gərginləşdirə bilər. Konkret türk əsilli şəxslərə qarşı da bu aqressiyaya davam edir. Şübhəsiz ki, belə hallar yalnız Rusiyanın nüfuzuna xələl gətirir. Türk birliyindən narahat olan, imperiya siyasəti güdən Rusiya daxildə sanki bu ölkələrə təsir göstərmək, vətəndaşları köləsi kimi təqdim etmək istəyir. Mərkəzi Asiya ölkələrində Rusiya haqda mənfi rəy formalaşır. Sözsüz ki, həmin ölkələrin siyasətinə də bu hallar təsirsiz ötüşməyəcək. Rusiya öz hegemonluğunu Ukraynada irəlilədikcə daha da artırır. Avropa İttifaqı ölkələri yaxında Rusiya barədə ciddi addımlar ata bilər. Rusiyada şovinizm, etnik və dini öndə ayrı-seçkilik artdıqca həm bölgədə, həm də dünyada ciddi narahatlıq yaradacaq ki, bu da beynəlxalq təşkilatların hərəkətə keçməsinə gətirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Sentyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri