Icma.az
close
up
RU
Qlobal süni intellekt savaşı

Qlobal süni intellekt savaşı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris ABŞ-ın “Aİ maşını”na qarşı əks-zirvə təşkil edib

10 və 11 fevral 2025-ci il tarixlərində Fransa London (2023) və Sinqapurdan (2024) sonra üçüncü Süni intellekt (AI) Fəaliyyət Sammitinə evsahibliyi etdi. Müşahidəçilər forumu ABŞ prezidenti Donald Trampın 500 milyard dollarlıq büdcə ilə elan etdiyi “Stargate” layihəsinə cavab kimi qiymətləndirirlər. Konfransın yekununda 58 ölkə “açıq”, “inklüziv” və “etik” süni intellekt inkişafı haqqında bəyannamə imzaladı. Bəs sammitin “qoca qitə” üçün hansı nəticələri olacaq? Ümumiyyətlə, süni intellekt məsələsində Avropa okeanın o tayına, eləcə də Çinə tutarlı cavab verə biləcəkmi?

Fransa mətbuatı artıq Paris AI Fəaliyyət Sammitini Trampın aqressiv “AI maşını”na qarşı “əks-zirvə” adlandırır. ABŞ-ın süni intellekt sahəsində qlobal üstünlüyünə yönəlmiş “American Stargate” proqramının istifadəyə verilməsi elanından sonra Paris maşın öyrənmə texnologiyalarının istifadəsinə və ən əsası tənzimlənməsinə hərtərəfli baxış keçirmək üçün beynəlxalq ictimaiyyəti bir araya gətirdi. Sammitin açılışı ərəfəsində Fransa prezidenti Emmanuel Makron tədbirin əsas məqsədini belə açıqlamışdı: süni intellekt sahəsinin texnologiyaların “Vəhşi Qərb”inə çevrilməsinin qarşısını almaq lazımdır. Onun sözlərinə görə, bu “fəaliyyət sammiti”nin siyasi və iqtisadi maraqları aydındır: “Avropa oyanışını” təhrik etmək və hazırda ABŞ və Çinin liderlik etdiyi süni intellekt uğrunda sürətlə inkişaf edən yarışda alternativ təklif etmək.

Sammitöncəsi keçirilən konfranslarda süni intellekt - mədəniyyət münasibətləri ətrafında müzakirələr aparıldı. Bu müzairələrdə vurğulandı ki, yeni texnologiyalara təhlükə kimi deyil, mədəni məkanı zənginləşdirmək və incəsənətə çıxış imkanlarını genişləndirmək vasitəsi kimi baxmaq lazımdır.

Ancaq fransalı sənətçilər süni intellekt məsələsində ciddi narahatlıqlarını bildirirlər. Jan-Jak Qoldman, Jak Dutron, Ketrin Reynqer və Bob Senklar kimi fransız korifeylər də daxil olmaqla 34 mindən çox sənətçi 5 fevral 2025-ci ildə Le Parisiendə dərc olunmuş açıq məktubu imzalamışdı. Onlar süni intellekt sistemlərinin hazırlanması üçün əsərlərindən icazəsiz istifadə edilməsinə qarşı çıxış edirlər və bunu onların yaradıcılıq işlərinə “yolverilməz hörmətsizlik” adlandırırlar. 

Amma sənətçilərin bu etirazı Fransa hakimiyyətini ciddi narahat etmədi. Yelisey Sarayı sammitin “möhtəşəmliyini” təmin etmək üçün büdcədən xeyli vəsait xərcləməkdən çəkinmədi. Parisin belə canfəşanlığının sadə izahı da var. Zəngin tədbirlər proqramı həyata keçirməklə Fransa süni intellektin inkişafı kontekstində “qoca qitə”də aparıcı ölkə statusunu təsdiqləmək istəyir. Lakin sammitin yekun bəyannaməsinin heç də bütün iştirakçılar tərəfindən imzalanmaması Parisin bu ambisiyasına kölgə saldı.

Məsələ ondadır ki, yekun bəyannaməni 58 ölkə imzaladı. Ancaq ABŞ və Böyük Britaniya yekun bəyannaməni imzalamadılar. Böyük Britaniyanın nümayəndəsi milli maraqları əsas gətirərək imzalamaqdan imtinanı belə əsaslandırdı. Bu mövqe Baş nazir Kir Starmerin yanvar ayında açıqladığı strategiyaya uyğundur. O zaman cənab Starmer bildirmişdi ki, Böyük Britaniya süni intellektdə “dünya lideri” olmağı hədəfləyir.

ABŞ rəsmiləri isə, ümumiyyətlə, bəyannaməni imzalamaqdan imtinanın rəsmi səbəblərini açıqlamadılar. Paris sammitindəki çıxışında vitse-prezident Cey Di Vens süni intellektin tənzimlənməsini tənqid edərək, “həddindən artıq müdaxilənin inkişaf edən sənayeni öldürə biləcəyini” vurğuladı. Mütəxəssislərin sözlərinə görə, ABŞ və Böyük Britaniyanın bəyannaməni imzalamaqdan imtinası süni intellektin tənzimlənməsinə yanaşmalardakı mövcud fərqləri nümayiş etdirir.

Bəs “qoca qitə”nin süni intellekt sahəsində liderliyi ələ keçirmək şansı varmı? ABŞ və Çinin AI sənayesinin inkişafına xərcləmək istədikləri vəsait bu suala müsbət cavab verməyi xeyli çətinləşdirir. Doğrudur, Avropa liderləri neyron şəbəkələrinin inkişafına milyardlarla dollar yönəltməyə hazır olduqlarını bildirirlər. Məsələn, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirir ki, Aİ Avropada süni intellektə investisiya üçün 200 milyard avro səfərbər etməyə hazırdır.

Bundan başqa, AK prezidenti süni intellekt sahəsində ABŞ və Çindən geri qalması barədə deyilənlərlə razılaşmadığını da açıqladı. Müşahidəçilər deyirlər ki, Ursula fon der Lyayenin süni intellekt sammitində çıxışı Aİ ilə ABŞ arasında süni intellektin tənzimlənməsi və inkişaf etdirilməsi ilə bağlı yanaşmalardakı ciddi fərqləri ortaya çıxartdı. Avropa Komissiyasının rəhbəri texnologiyaya təhlükəsizlik və inamı təmin etmək üçün aydın tənzimləyici bazanın yaradılmasının vacibliyini vurğulasa da, ABŞ-ın vitse-prezidenti Vens süni intellektin minimum tənzimləməsini tələb etdi. Vens vurğuladı ki, Birləşmiş Ştatlar süni intellekt sahəsində liderliyi saxlamaq niyyətindədir, Amerika sənayenin inkişafını ləngidə bilən həddindən artıq nəzarətdən qaçır. ABŞ-ın ambisiyalarının nümunəsi 500 milyard dollarlıq “Stargate” investisiya planıdır. 

Bir sözlə, Birləşmiş Ştatlar süni intellekt sahəsindəki liderliyini nə Çinə, nə də Avropaya güzəştə gedəcəyini bildirir. Avropada da gözəl bilirlər ki, ABŞ və Çin süni intellekt sahəsində liderdirlər. Lakin Avropanın çox da geridə qalmayacağına da ümid bəsləyirlər. “Qoca qitə”nin sakinləri deyirlər ki, yenidən velosiped ixtira etməyə ehtiyac yoxdur, ancaq irəliləmək lazımdır. Avropa şirkətləri süni intellektin tətbiqinə Amerika korporasiyalarının yarısı qədər pul xərcləyirlər. Buna görə də, Avropada süni intellektin tətbiqi sürətləndirilməsə, ABŞ ilə məsafə daha da genişlənəcək. 

S.ELAY 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri