Icma.az
close
up
RU
Trampdan qlobal gömrük savaşı

Trampdan qlobal gömrük savaşı

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az “BBC” telekorporasiyasına istinadən xəbər verir ki, bu addımın ABŞ-nin özündə qiymətlərin artmasına səbəb ola biləcəyi barədə sualın cavabında Tramp son nəticədə məzənnənin ucuz olacağını iddia edib.
“Ölkəmizə xaricdə deyil, Amerikada istehsal olunan polad və alüminium lazımdır. Bu vacib məsələdir. Biz Amerikanı əvvəlki sərvətini qaytarmağa başlayırıq. Bizim gözəl sənayemizin Amerikaya qayıtmasının vaxtıdır. Bu, bir çox addımdan ilkidir”, - ABŞ prezidenti fərmanın imzalanmasından sonra deyib.
İstisnasız olaraq bütün ölkələrdən polad və alüminiuma yeni rüsumlar tətbiq edilir. Donald Tramp da təsdiqləyib ki, yaxın iki gündə Amerika məhsullarına rüsum tətbiq edən ölkələrdən idxala rüsum qoymaq niyyətindədir. Eyni zamanda, ABŞ prezidenti bundan sonra dərman və kompüter çiplərinin idxalına əlavə rüsumlar tətbiq edə biləcəyini açıqlayıb. Digər ölkələrin əks tədbirləri ilə bağlı suala isə Tramp “Əleyhinə deyiləm” cavabını verib.
Qeyd edək ki, ABŞ-yə ən böyük polad tədarükçüləri qonşu Meksika və Kanadadır, ABŞ isə Kanadadan ən çox alüminium idxal edir.
Tramp “tarif müharibələri”nə başladı Hələ ilk prezidentliyi dövründə Donald Tramp Kanada, Meksika və Avropa İttifaqından (Aİ) polad idxalına 25%, alüminium idxalına isə 10% tariflər tətbiq etdi. Bir il sonra ABŞ Kanada və Meksika ilə bu tarifləri ləğv etmək üçün razılığa gəldi, lakin Aİ-dən idxala vergilər 2021-ci ilə qədər qüvvədə qaldı.
Kanadanın polad istehsalının təmərküzləşdiyi Ontario əyalətinin baş naziri Daq Ford Trampı “iqtisadiyyatımızı riskə atan yanlış yerdəyişmədə və davam edən xaosda” günahlandırıb.
Trampın bu addımı xüsusilə Cənubi Koreyanın ən böyük polad və avtomobil istehsalçılarının səhmlərinin azalmasına səbəb olub. Bu ölkə ABŞ-yə əsas polad ixracatçısıdır.
Xatırladaq ki, bu ayın əvvəlində Donald Tramp Kanada və Meksikadan idxal edilən bütün mallara 25 faizlik rüsum tətbiq edəcəyini bildirsə də, bu ölkələrin liderləri ilə danışdıqdan sonra planı 30 gün gecikdirməyə razılaşıb. O, həmçinin ABŞ-yə idxal olunan bütün Çin mallarına 10% yeni tariflər tətbiq edib. Pekin isə düqnəndən qüvvəyə minən öz tarifləri ilə cavab addımı atıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Fevral 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see633

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see537

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see294

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see255

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see253

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see224

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see202

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see202

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see195

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see177

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see173

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see164

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri