Icma.az
close
up
RU
Qlobal tədqiqat ağrı üçün ən effektiv müalicə yanaşmalarını açıqlayır

Qlobal tədqiqat ağrı üçün ən effektiv müalicə yanaşmalarını açıqlayır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 25 aprel, AZƏRTAC

“The Lancet Neurology” jurnalında dərc edilmiş yeni və genişmiqyaslı beynəlxalq tədqiqat nəticələri nöropatik (sinir zədələnməsi və ya funksiyasının pozulması nəticəsində yaranan ağrılı vəziyyət) ağrı üçün ən effektiv müalicə metodlarını müəyyən edib. Təxminən 50 min yetkin iştirakçını əhatə edən 313 randomizə olunmuş nəzarətli sınaq əsasında aparılan bu sistematik icmal və meta-analiz bu günə qədər həmin sahədə toplanmış ən əhatəli sübut bazasını təqdim edir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat “Pain IMPACT” təşəbbüsü çərçivəsində Avstraliyanın NeuRA tədqiqat institutu və Yeni Cənubi Uels Universitetinin Sağlamlıq Elmləri Məktəbində doktorluq tədqiqatçısı olan Michael Ferraro tərəfindən, Beynəlxalq Nöropatik Ağrı Araşdırma Cəmiyyətinin (NeuPSIG) Xüsusi Maraq Qrupu ilə əməkdaşlıqla həyata keçirilib. M.Ferraronun sözlərinə görə, Avstraliyada hər on nəfərdən biri nöropatik ağrı ilə yaşayır. Bu, diabetik periferik neyropatiya, postherpetik nevralgiya və ya kimyaterapiya nəticəsində yaranan sinir ağrıları ola bilər və insanların həyat keyfiyyətinə mənfi təsir göstərərək sosial-iqtisadi yük yaradır.

Tədqiqat nəticələrinə əsaslanaraq nöropatik ağrı üçün üç əsas dərman sinfi birinci sıra müalicə kimi tövsiyə olunub:

• Alfa-2 delta liqandları (məsələn, preqabalin, gabapentin),

• Serotonin və norepinefrin geri alış inhibitorları (məsələn, duloksetin),

• Trisiklik antidepresanlar (məsələn, amitriptilin).

Bu dərmanların təsirinin nisbətən məhdud olduğu bildirilsə də təhlükəsizlik və dözümlülük səbəbindən diqqətlə seçilmiş xəstələrdə istifadə edilməsinin tövsiyə edildiyi vurğulanıb. Bəzi müalicələr üçün mövcud sübutlar ya qeyri-müəyyən olub, ya da istifadəsinə qarşı tövsiyələr verilib. Buraya seçici serotonin geri alış inhibitorları (məsələn, essitalopram), NMDA reseptor antaqonistləri (məsələn, ketamin) və implantasiya edilmiş onurğa beyni stimulyasiyası daxildir. Qəti şəkildə tövsiyə olunmayan müalicələrdən biri isə kanabis əsaslı məhsullar olub. Tədqiqat bu məhsulların effektiv olmadığını ortaya qoyub.

M.Ferraro vurğulayıb ki, nöropatik ağrı fərqli insanlara müxtəlif şəkildə təsir etdiyindən, xəstə ehtiyacları və dəyərlərinə uyğunlaşan fərdi yanaşma vacibdir. Müalicə seçimi effektivlik, təhlükəsizlik, əlçatanlıq, yanaşı xəstəliklər və digər dərman istifadəsi kimi amillərə əsaslanmalıdır. 2007-ci ildən bəri NeuPSIG tərəfindən nəşr olunan bu tövsiyələr 2015-ci ildən sonra ilk dəfə yenilənib və səhiyyə mütəxəssisləri üçün əsas vəsait kimi nəzərdə tutulur. Gələcək araşdırmaların istiqaməti kimi M.Ferraro qeyri-dərman və qeyri-cərrahi müdaxilələrin, xüsusilə də fiziki məşqlərin təsirini qiymətləndirən yüksək keyfiyyətli sübutlara ehtiyac olduğunu bildirib.

Bu araşdırma nöropatik ağrının daha effektiv və fərdiləşdirilmiş şəkildə idarə olunması üçün sübuta əsaslanan klinik qərarların qəbuluna mühüm töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 03:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri