Icma.az
close
up
RU
Qlobal trendlər fonunda rəqəmsal inkişaf prioritetləri

Qlobal trendlər fonunda rəqəmsal inkişaf prioritetləri

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin strateji inkişaf gündəliyində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar artıq seçim deyil, gələcək inkişafı müəyyən edən əsas faktorlardır. Dünyada gedən proseslər göstərir ki, texnoloji transformasiya iqtisadi gücün və siyasi nüfuzun əsas meyarına çevrilir. Məhz bu səbəbdən rəqəmsal inkişaf məsələsinin prioritetlər siyahısına daxil edilməsi Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub.

Qlobal trendlər süni intellekt, böyük verilənlərin idarə olunması və yüksək hesablama gücü tələb edən texnologiyaların sürətli inkişafı ilə xarakterizə olunur. Bu gün dövlətlərin rəqabət qabiliyyəti onların rəqəmsal imkanları ilə ölçülür. Azərbaycan bu istiqamətdə artıq müəyyən addımlar atıb, lakin əsas hədəf rəqəmsallaşmanı dövlət siyasətinin mərkəzinə yerləşdirməkdir. Süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası, analitik qərarvermə mexanizmlərinin tətbiqi və data mərkəzlərinin yaradılması idarəetmənin keyfiyyətini yüksəldəcək, şəffaflığı və operativliyi artıracaq. Dövlətimizin başçısı müşavirədəki çıxışında vurğulayıb ki, rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək: “Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”.

Azərbaycanın bir çox üstünlükləri var və bunlardan biri coğrafi mövqeyidir. Asiya ilə Avropa arasında yerləşmək, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində olmaq ölkəyə mühüm tranzit və logistika imkanları qazandırıb. Lakin bu üstünlük yalnız fiziki yüklərin daşınması ilə məhdudlaşmır. Enerji və nəqliyyat dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə çevriləcəkdir.

Ötən illər ərzində həyata keçirilmiş neft-qaz və nəqliyyat layihələri çərçivəsində geniş infrastruktur formalaşıb. Kəmərlərin çəkilişi zamanı fiber-optik xətlərin də paralel şəkildə qurulması rəqəmsal şəbəkənin təməlini yaradıb. Hazırda Xəzər dənizinin Şərq sahillərini birləşdirəcək fiber-optik kabel layihəsinin icrası Şərq istiqamətində bağlantıları gücləndirəcək. Qərb istiqamətində isə yeni marşrutların yaradılması gündəmdədir. Bu amil Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi üçün real zəmin yaradır.

Azərbaycanın 30 ildən artıq davam edən neft-qaz layihələri və transmilli şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsi böyük üstünlük kimi dəyərləndirilir. İmzalanmış müqavilələrin dəyişməz icrası, sabit investisiya mühiti və sərmayələrin qanunvericiliklə qorunması ölkəyə etibarlı tərəfdaş imici qazandırıb. Son 20 ildə iqtisadiyyata 350 milyard dollardan çox sərmayə qoyulması bu etimadın göstəricisidir. Bu təcrübə rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə əməkdaşlıq üçün də mühüm platformadır. Artıq bir sıra qlobal texnologiya şirkətləri ilə danışıqlar aparılıb, Azərbaycanın imkanları təqdim olunub və konkret layihələr üzərində iş gedir. Dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələr, o cümlədən Azərbaycan Dövlət Neft Fondunun uzunillik əməkdaşlıq təcrübəsi rəqəmsal layihələrə investisiya cəlbini asanlaşdırır.

Rəqəmsal transformasiya güclü enerji təminatı olmadan mümkün deyil. Son 20 ildə Azərbaycanın generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb. Qaz, hidro, Günəş və külək elektrik stansiyalarının istismara verilməsi enerji təhlükəsizliyini təmin edib. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur ki, bu da data mərkəzlərinin və süni intellekt infrastrukturlarının qurulması üçün mühüm şərtdir. Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir və enerji resurslarını dünya bazarlarına ixrac edir. Eyni zamanda, bərpaolunan enerji layihələri üzrə imzalanmış müqavilələr gələcəkdə generasiya gücünün daha da artacağını göstərir. Rəqəmsal infrastrukturun inkişafı bu enerji potensialı ilə birbaşa bağlıdır. Dövlətimizin başçısının vurğuladığı kimi, həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır.

Azərbaycan bu gün nadir ölkələrdəndir ki, dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq edir. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası data mərkəzləri, süni intellekt və rəqəmsallaşma sahəsində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir. Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədlərinin mövcudluğu, eləcə də Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq sənədi Azərbaycanın çoxvektorlu siyasətinin göstəricisidir. Bu geniş tərəfdaşlıq şəbəkəsi rəqəmsal layihələrin həyata keçirilməsində texnologiya transferi, investisiya və bilik mübadiləsi üçün əlverişli imkanlar yaradır.

Rəqəmsal inkişafın səmərəli təşkili üçün dövlət qurumları arasında sıx koordinasiya əsas şərt kimi müəyyən edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qısa müddətdə konkret tədbirlər planının hazırlanması tapşırılıb. Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxsin müəyyənləşdirilməsi idarəetmədə operativliyi artıracaq. Dövlət xidmətlərinin vahid mərkəzdən – “mygov” platforması üzərindən həyata keçirilməsi vətəndaşlara rahatlıq və şəffaflıq təmin edəcək. Mövcud platformaların tədricən vahid sistemdə birləşdirilməsi resursların optimallaşdırılmasına və idarəetmədə pərakəndəliyin aradan qaldırılmasına xidmət edəcək.

Rəqəmsal transformasiya uzunmüddətli prosesdir və insan kapitalı bu prosesin əsas dayağıdır. Ali təhsil müəssisələrində və xaricdə təhsil proqramlarında süni intellekt, proqramlaşdırma və kibertəhlükəsizlik ixtisaslarının genişləndirilməsi zəruridir. Orta məktəblərdə ilkin rəqəmsal biliklərin tədrisi gələcək nəsillərin texnoloji dünyaya adaptasiyasını təmin edəcək. Süni intellektin dövlət qurumlarında tətbiqi qərarvermə prosesinə analitik dəstək verəcək. İnkişaf etmiş ölkələrin təcrübəsində süni intellekt agentləri dövlət məmurlarının gündəlik fəaliyyətinə kömək edir, riskləri dəyərləndirilir və alternativ ssenarilər təqdim edir. Bu yanaşmanın tətbiqi idarəetmənin modernləşdirilməsinə xidmət edəcək.

Kibertəhlükəsizlik rəqəmsal transformasiyanın ayrılmaz hissəsidir. Ötən il baş vermiş aqressiv kiberhücumlar göstərdi ki, bu sahədə daimi hazırlıq və qabaqlayıcı tədbirlər həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə Azərbaycanın rəqəmsal inkişaf strategiyasının sistemli və koordinasiyalı şəkildə həyata keçiriləcəyini göstərir. Coğrafi mövqe, enerji potensialı, sabit investisiya mühiti, transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsi və qlobal güc mərkəzləri ilə strateji tərəfdaşlıq ölkənin mühüm üstünlükləridir.

Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və vahid rəqəmsal platformanın formalaşdırılması Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək. Hazırlanacaq konkret fəaliyyət planı isə bu strateji hədəflərin reallaşdırılmasına güclü təkan verəcək və ölkəni qlobal rəqəmsal proseslərin fəal aktoruna çevirəcəkdir.

Nurlan Həsənov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see483

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see303

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see296

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see292

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see281

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see280

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see278

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see236

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see233

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see227

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see224

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see220

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see215

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see209

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see202

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see188

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see181

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see179

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see175

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri