Icma.az
close
up
RU
Qlobal trendlər və yeni imkanlar

Qlobal trendlər və yeni imkanlar

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu bu dəfə də dünya miqyasında xüsusi diqqət cəlb edən hadisələrdən birinə çevrilib. Bu Forum dünya iqtisadiyyatı və siyasəti üçün aktual olan məsələlərin yüksək səviyyədə müzakirə edildiyi bir məkan olaraq qəbul edilib. Hətta Davosda ekspertlər dünya geosiyasəti üçün əhəmiyyətli proqnozlar da verirlər. Azərbaycan hər il bu mötəbər tədbirdə yüksək səviyyədə təmsil olunur. Azərbaycan artıq Davos İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda CGTN telekanalına verdiyi müsahibədə bu məsələlərlə bağlı ölkəmizin siyasətinin əsas istiqamətləri və prioritetləri daha aydın şəkildə ortaya qoyulub.Dövlətimizin başçısı müsahibəsində Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da möhkəmlənəcəyini bildirib. 2024-cü ildə imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycan ilə Çin arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsinin əsasını qoyub. Bu Bəyannamənin imzalanması Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə balanslı və səmərəli siyasət həyata keçirdiyini göstərir. Ölkəmizin digər beynəlxalq tərəfdaşlarla, xüsusən də Çinlə olan əlaqələri ölkəmizin çoxvektorlu xarici siyasətinin və diplomatik uğurlarının bariz nümunəsidir.
Dövlətlər arasında qurulan bu strateji tərəfdaşlıq təkcə iki ölkə arasında deyil, həm də qlobal miqyasda sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsində müstəsna rol oynayır. Həmçinin, bu münasibətlər Azərbaycanın dünya üzrə müxtəlif tərəfdaşlarla olan əlaqələrini möhkəmləndirməsinə və daha geniş iqtisadi imkanlara sahib olmasına imkan yaradır.
Azərbaycanın müxtəlif coğrafi bölgələrdə, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda sabitliyin qorunmasına verdiyi töhfələr dünya miqyasında yüksək qiymətləndirilir. Bu, yalnız ölkəmizin beynəlxalq mövqeyini gücləndirmir, həm də regional sülh və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır. Azərbaycanın Avropa İttifaqının üzvü olan 10 ölkə ilə imzaladığı strateji tərəfdaşlıq bəyannamələri və Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi dövlətimizin nüfuzunu daha da artırıb. Bununla da Azərbaycanın mövqeyini gücləndirən mühüm addımlar atılıb.
Bundan əlavə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün apardığı mübarizə ölkəmizin beynəlxalq hüquqa və öz milli maraqlarına sadiqliyini bir daha nümayiş etdirib. Bu, digər ölkələr üçün də nümunə olub və ölkəmizin beynəlxalq aləmdə daha böyük hörmət qazanmasına gətirib çıxarıb. Ümumilikdə, bu, Azərbaycanın həm daxili, həm də xarici siyasətindəki prinsipial yanaşmalarını aydın şəkildə göstərib.
Prezident İlham Əliyevin COP29-da verdiyi açıqlamalar isə Azərbaycanın qlobal iqlim dəyişikliyi məsələlərində fəal iştirakını və inkişaf etmiş ölkələrlə bərabər şəkildə Qlobal Cənubun maraqlarını müdafiə etmək niyyətini əks etdirir. Azərbaycan bu məsələdə həm inkişaf etmiş ölkələrlə, həm də öz regional tərəfdaşları ilə birgə fəaliyyət göstərir. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki fəallığı qlobal səviyyədə liderlik iddiasını dəstəkləyir və həmçinin, regional əməkdaşlığın artmasına səbəb olur.
Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycanın iqtisadiyyatının və regionun ticarət imkanlarının genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın həm Avropa, həm də Asiya bazarlarına daha yaxın olmasına və bu bazarlarda daha böyük təsir gücünə sahiblənməsinə imkan yaradacaq.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm öz milli maraqlarını qorumağa, həm də qlobal sabitlik və regional inkişafın dəstəklənməsinə öz töhfələrini verməyə davam edir. Bu, Azərbaycanın dünya miqyasında siyasi və iqtisadi gücünün artmasına səbəb olur. Azərbaycanın xarici siyasətində əldə edilən nailiyyətlər ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirməkdə və qlobal miqyasda daha geniş təsir imkanları əldə etməkdə mühüm rol oynayır.

Saleh Məhərrəmov
YAP Oğuz rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri