Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Nəqliyyat logistika sisteminin inkişaf strategiyası: qlobal trendlər və yeni perspektivlər

Nəqliyyat logistika sisteminin inkişaf strategiyası: qlobal trendlər və yeni perspektivlər

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı nəqliyyat infrastrukturunun inkişafının ölkə üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Müşavirədə Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması məqsədilə görülən işlər və qarşıya qoyulan hədəflər ətrafında geniş müzakirələr aparıldı. Dövlət başçısının vurğuladığı məsələlər həm şəhər daxilindəki tıxac problemini, həm də ölkənin müxtəlif regionlarında nəqliyyat sisteminin inkişafını hədəfləyən yeni layihələri əhatə edir.

Cənab İlham Əliyev çıxışında Bakı şəhərində son illərdə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən böyük layihələri diqqətə çatdırdı. Bu layihələrə metro stansiyalarının tikintisi, yeni yolların çəkilməsi, körpülərin və tunellərin inşası daxildir. Lakin, buna baxmayaraq, paytaxtda tıxacların hələ də müşahidə edilməsi və əhali artımının bu tıxacları daha da ağırlaşdırması probleminin olduğu qeyd olundu.
Son 30 ildə Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatması, təbii olaraq, Bakı şəhərinin əhalisinin də artmasına səbəb olub. Bu artım mövcud şəhər yol infrastrukturu və metro imkanları tərəfindən tam şəkildə qarşılanmır. Bakının nəqliyyat infrastrukturunun keçmiş dövrlərdəki məhdud imkanları, bu gün tıxacların və nəqliyyat sıxlığının qarşısını almağa çətinlik yaradır. Dövlətin bu sahəyə qoyduğu sərmayələr və görülən işlər nəticəsində nəqliyyat infrastrukturu xeyli təkmilləşsə də, hələ də müəyyən problemlər mövcuddur.
Sözügedən müşavirə zamanı Bakı şəhərindəki nəqliyyat məsələləri, o cümlədən tıxac problemini həll etmək məqsədilə həyata keçirilən bir çox layihə dövlət başçısının diqqətinə çatdırıldı. Son 15 ildə baş tutan böyük layihələr nəqliyyat sahəsindəki irəliləyişləri təmin etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər bu layihələr icra olunmasaydı, Bakı şəhərində nəqliyyat sistemi tamamilə iflic vəziyyətinə düşərdi. Yeni metro stansiyaları, yol qovşaqları, körpülər və tunellər həm şəhər daxilində, həm də ətraf ərazilərlə əlaqədə müsbət dəyişikliklərə səbəb oldu.
Bundan əlavə, respublika üzrə həyata keçirilən yeni yol çəkilişi layihələri də böyük əhəmiyyət daşıyır. Bakı şəhərinin digər şəhərlərlə və kənd yolları ilə əlaqəsini gücləndirmək məqsədilə bir çox yeni avtomagistrallar tikilmiş, magistral yollar müasir standartlara uyğunlaşdırılıb. Bu işlər nəticəsində ölkənin nəqliyyat infrastrukturunun müasirləşməsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub.
Prezident İlham Əliyevin müşavirədəki çıxışında diqqət çəkən mühüm məsələlərdən biri də növbəti böyük nəqliyyat proqramının hazırlanması zərurəti idi. Dövlətin nəqliyyat sahəsindəki strateji planlarına görə, rəqəmsal infrastrukturun inkişafı ilə yanaşı, daha müasir nəqliyyat vasitələri və sistemlərinin tətbiqi də ön planda tutulur. Bu məqsədlə, bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanması ilə bağlı müvafiq göstəriş verilib və bu proqram üzərində işlər artıq həyata keçirilir. Yeni proqramın icrası ilə şəhərdaxili və şəhərlərarası nəqliyyat şəbəkələrinin daha effektiv və sürətli olması gözlənilir. Bununla yanaşı, ictimai nəqliyyat sistemlərinin təkmilləşdirilməsi, tıxacların qarşısını almaq üçün daha rahat və əlverişli alternativlər yaradılması məqsədilə müasir texnologiyalardan istifadə ediləcək.
Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar ölkənin gələcək inkişafına böyük təsir göstərəcəkdir. Bakı şəhərinin tıxac probleminin həlli, kənd yollarının inkişafı və yeni nəqliyyat layihələrinin icrası həm şəhər sakinlərinin, həm də kənd yerlərində yaşayan insanların həyatını asanlaşdıracaq. Dövlətin nəqliyyat infrastrukturunun inkişafına olan diqqəti ölkənin iqtisadiyyatına və sosial rifahına müsbət təsir edəcəkdir.
Prezident İlham Əliyev, həmçinin müşavirədə regionun gələcək nəqliyyat perspektivləri, Ermənistanın qeyri-konstruktiv mövqeyi və Azərbaycanın bu sahədə atacağı addımlarla bağlı mühüm mesajlar verib. Dövlət başçısı qeyd edib: “Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”.
Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü ilə irəli sürülən strateji layihədir və İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərdən sonra bu məsələ beynəlxalq gündəliyə gətirilib. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsi yaratmağı hədəfləyir. Dövlətimizin başçısı bu dəhlizin Azərbaycanın haqqı olduğunu vurğulayaraq onun həyata keçirilməsi üçün konkret addımlar atıldığını bildirib. Dəhliz artıq beynəlxalq səviyyədə tanınmış bir termindir. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatındakı öhdəliklərini yerinə yetirməməsi layihənin irəliləməsinə maneələr yaradır. Ermənistanın bu yanaşması ilə yalnız özünü təcrid vəziyyətinə salır və iqtisadi baxımdan itkilər verir.
Cənab İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Ölkənin qeyri-konstruktiv mövqeyi və beynəlxalq hüququn tələblərini yerinə yetirməməsi, bu arzunu mümkün etmir. Əksinə, Ermənistanın bu yanaşması onu dalan ölkəyə çevirir. Əgər Zəngəzur dəhlizinin açılması təmin olunmasa, Ermənistan regional iqtisadi layihələrdən kənarda qalacaq və daha çox itki ilə üzləşəcək.
Beləliklə, gələcəkdə yeni proqramların həyata keçirilməsi və nəqliyyat sisteminin daha da müasirləşdirilməsi ilə Azərbaycan nəqliyyat sahəsində daha böyük uğurlar qazanacaq və qlobal miqyasda mövqeyini daha da gücləndirəcəkdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri