Icma.az
close
up
RU
QMİ sədri BMTnin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb AZƏRTAC

QMİ sədri BMTnin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu çərçivəsində Portuqaliyada Alyansın ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Migel Anxel Moratinos A.Paşazadənin Portuqaliyanın Kaşkayş şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu yubiley Qlobal Forumunda iştirak etməsini yüksək dəyərləndirərək, QMİ sədrinin müdrik fikir və yanaşmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Yenicə başa çatmış COP29 münasibətilə səmimi təbriklərini Azərbaycan Prezidentinə çatdırmağı şeyxülislamdan xahiş edən M.A.Moratinos BMT tədbirinin uğurlu təşkil olunduğunu vurğulayıb. Bildirib ki, müxtəlif fikirlərə baxmayaraq, COP29 Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə baş tutdu.

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla keçirilməsi münasibətilə A.Paşazadəni təbrik edən M.A.Moratinos şəxsən iştirak etdiyi bu tədbirlə bağlı müxtəlif iştirakçılardan və nümayəndə heyətlərindən müsbət rəylər aldığını məmnunluqla vurğulayıb. O, dini liderlərin Qarabağa səfərinin olduqca böyük əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, hər iki qlobal tədbir Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin, qlobal təfəkkürünün məntiqi nəticəsi, uğurlu təzahürüdür.

Şeyxülislam A.Paşazadə öz növbəsində M.A.Moratinosa qlobal tədbirdə iştirakına görə minnətdarlığını ifadə edib. Həmçinin BMT-nin Baş katibi Antonio Quttereşə COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə ünvanlı videomüraciətinə görə səmimi təşəkkürlərini bildirib.

M.A.Moratinos şeyxülislamın bu təşəkkürlərini X Qlobal Sammit çərçivəsində BMT Baş katibinə şəxsən bildirmək imkanına malik olacağını qeyd edib. O, şeyxülislamın “Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda və “Dini məkanların mühafizəsi üzrə qlobal konfrans”da çıxışlar edəcəyinə toxunaraq, plenar toplantının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

BMT-nin Sivilizasiyalar Alyansının rəsmisinin Qarabağı tərk etmiş ermənilərin əcdadlarının qəbirlərini ziyarət edə biləcəkləri ilə bağlı sualına cavab olaraq bildirib ki, bu məsələ yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həllini tapa bilər.

Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş X Qlobal Forumda gələcəkdə siyasi liderlərlə yanaşı, dini liderlərin də birgə iştirak edəcəkləri qlobal forum keçirilməsi və Alyans çərçivəsində dini liderlərin Məşvərət Şurasının yaradılması barədə təkliflərini irəli sürüb və Moratinos bu təklifləri təqdir edib, bəyəndiyini deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri