Icma.az
close
up
RU
QMİ sədri BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb

QMİ sədri BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astana, 18 sentyabr, AZƏRTAC

Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlərin liderlərinin VIII Astana Qurultayında iştirakı çərçivəsində sentyabrın 18-də BMT Sivilizasiyalar Alyansının (SA) ali nümayəndəsi Migel Anhel Moratinos ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan dövləti və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, BMT SA Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə yaxından iştirak edir, ölkəmizin dinlər, sivilizasiyalararası dialoq və əməkdaşlıq müstəvisində irəli sürdüyü təşəbbüslərə dəstək verir. Azərbaycan dövləti və Qafqaz Müsəlmanları İdarəsi də BMT SA-nın qlobal forumlarına uğurla ev sahibliyi edir və onun tədbirlərində hər zaman yüksək səviyyədə təmsil olunur.

QMİ sədrinin BMT SA-nın Kaşkayşda X Qlobal Forumunda və Hernikada anım tədbirində fəal iştirakına görə ona dərin minnətdarlığını bildirən M.A.Moratinos rəhbərlik etdiyi qurum xətti ilə nəzərdə tutulan qarşıdakı tədbirlərdə də A.Paşazadənin fəal iştirakına ümidvar olduğunu qeyd edib.

Azərbaycanın dinlərarası forumlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan BMT rəsmisi İslamofobiyaya qarşı mübarizə üzrə səlahiyyətli olduğunu xatırladıb. O, Azərbaycanın bu müstəvidə fəal olduğunu bildirib və qarşıda birgə konfransların təşkilinə dair fikirlərini bölüşüb.

M.A.Moratinos Azərbaycanın multikulturalizm modeli, dinlərarası tolerantlıq və məzhəblərarası anlaşma modellərinin dünya ictimaiyyəti üçün əhəmiyyət kəsb etdiyini, bunların davamlı təşviqinin vacibliyini xüsusi vurğulayıb.

Azərbaycanın bölgədə sülh istiqamətində nail olduğu uğurları yüksək qiymətləndirən M.A.Moratinos fürsətdən istifadə edərək şeyxülislam A.Paşazadəni bu yaxınlarda nüfuzlu "Dinlər Sülh Uğrunda" Beynəlxalq Təşkilatının həmprezidenti seçilməsi münasibətilə təbrik edib, onun bəşəri əhəmiyyətli səy və əməllərinə uğurlar arzulayıb.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri