Qobu Park 3də qonşusunu öldürən şəxsin məhkəməsi başlayır
Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.
Qeyd: Bu il avqustun 4-də Qaradağ rayonu ərazisindəki Qobu Park-3 yaşayış massivində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
Kamal Məmmədov