Rusiyada qadınlara və kişilərə qarşı nifrət dolu paylaşımlar edən şəxs cərimə edildi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Nijni Novqorod vilayətinin 23 yaşlı sakini qadına qarşı nifrət məzmunlu paylaşımlarına görə cərimə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Nijniy No1" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, onlayn icmanın idarəedicisi olan kişi orada qadınlara qarşı təhqiredici paylaşımlar edib. O, qadınları "baba", bəzi kişiləri isə "baborab" adlandırıb. İddia edib ki, "babalar" rəhbər vəzifələr tuta bilməzlər.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Nifrəti qızışdırdığına görə o, 10 min rubl (200 manatdan yuxarı) məbləğində cərimələnib.

