Qobustan dərgisinin Qış sayı işıq üzü gördü
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Qobustan" dərgisinin bu il üçün son sayı işıq üzü görüb. Dərgidə sənətin müxtəlif sahələrinə aid bir-birindən maraqlı məqalələr, esselər yer alıb. Azərbaycan mətbuatının 150 illiyi Günel Mehrinin Zərdabilər haqqında - "Onlar belə sevirdilər" essesi, Şövkət Səlimov Budadın "Əyalət qəzetlərimizin birincisi" məqaləsi ilə qeyd olunub. Böyük vətənpərvər alim Cavad Heyətin yüz illiyi münasibətiylə filologiya üzrə elmlər doktoru Pərvanə Məmmədlinin "Millət mürşidi" məqaləsi dərgidə yer alıb. Bəxtiyar Vahabzadənin 100 illik yubileyi isə şair-publisist Aysel Xanlarqızının məqaləsiylə qeyd olunub.
Akademik Teymur Kərimli Hindistan və dünya sənətinin incisi Tac Mahal məqbərəsi haqqında "Mahalın tacı - dünyanın tacı" məqaləsində bu böyük abidənin tarixini incələməklə yanaşı, onun fəlsəfəsinin klassik ədəbiyyatımızdakı izlərini də oxucuya təqdim edir. Professor Rahid Uluselin İ.Getedən tərcümə etdiyi "Təbiət" essesi və ona yazdığı təqdimat isə sənətin əbədiliyi və dünyanın öz tarixini dönə-dönə təkrarlaması haqqında düşüncələri ortaya qoyur. Ədəbiyyatşünas-alim Dilarə Adilgilin böyük dramaturq İlyas Əfəndiyev haqqqında məqaləsi isə yazıçının bioqrafiyasının və yaradıcılığının ən maraqlı məqamlarına işıq salır.
Qədirşünaslığı əsas meyar hesab edən dərginin redaksiya heyəti bu dəfə də Millət Atası Hacı Zeynalabdin Tağıyevin nəcib əməllərini Mahcamal Şərifin məqaləsi ilə oxuculara çatdırmağı mühüm hesab ediblər. Məqalədə sadəcə Tağıyevin millətin maarifi, incəsənəti yolunda gördüyü böyük işlər yox, həm də bütün bunların kinoda, səhnədə əksi önə çəkilib.
Sənətşünas-yazıçı Əlisəfdər Hüseynovun "Yarımçıq portretin sirri" hekayəsi rəssamlıq sənətinin incəliklərini bədii mətnlə anladır. Dərginin əməkdaşı Narıngül Nadirin "Yurd ətirli nənələr" məqaləsi isə milli adət-ənənələrimizi əyalətdə qoruyub saxlayan, yaşadan lənkəranlı nənələr etno-qrupuna həsr olunub.
İstedadlı gənclərə hər zaman yer verən dərgi bu dəfə də gənc sənətşünas Özləm Əliyevanın Vaqif Mustafazadə haqqında essesini, rəssam Mahizar Sadıqlının xüsusi istedadlı balaca fırça ustaları - şagirdləri haqqında məqaləsini, Aydanın gənc sənətşünas-bloqer Təyyibə Sevda ilə müsahibəsini oxucalara təqdim edib. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin tələbələri - Hüseynova Minayə, Qafarova Maral, Cəfərova Mələk, Əhmədova Kəmalə, Bəbirli Ləman, Qədirli Fədayə, Teymurova Gülşən, İsmayıllı Gülçin, Murtuzayeva Ulduz - Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr edilmiş "Söz gənclərdə" layihəsi çərçivəsində məqalələrlə çıxış ediblər!
Dərginin budəfəki sayının sənətkar qonağı isə gənc rəssam Ceyran Mirqasımovadır. Böyük Mirqasımovlar ailəsinin ən gənc üzvü dərgi redaktoru, yazıçı-dramaturq Pərvinin təqdimatında oxucularla görüşür. "Hədəf vətənə qayıtmaqdır" başlıqlı müsahibədə həm Mirqasımovlar ailəsinin Azərbaycan mədəniyyətinə çoxyönlü xidmətlərindən söz açılır, həm də gənc rəssamın həyat, sənət, dünya haqqında düşüncələrinə yer verilir. Dərginin qapaq rəsmində isə C.Mirqasımovanın "Mənim irsim" silsiləsindən cəsarətli bir əsəri yer alıb.
Qeyd edək ki, bu il "Qobustan"ın daha öncəki saylarından - Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə, Xalq rəssamı Ömər Eldarova həsr edilmiş özəl sayları oxucular və sənətşünaslar tərəfindən böyük maraqla qarşılanıb!
NƏZRİN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















