Icma.az
close
up
RU
Qobustan dərgisinin yaz sayı işıq üzü gördü

Qobustan dərgisinin yaz sayı işıq üzü gördü

Icma.az bildirir, 525.az portalına istinadən.

Bu günlərdə «Qobustan» sənət toplusunun yaz sayı işıq üzü görüb. Sənətin çeşidli sahələrinə aid maraqlı müəlliflərin orijinal yazılarını təqdim edən bu sayın qapaq rəsmində Xalq rəssamı Səttar Bəhlulzadənin «Bahar əfsanəsi» tablosu yer alıb. 

525.az xəbər verir ki, hər zaman müxtəlif sənət sahələrinin sintezini araşdırmağa, göstərməyə çalışan dərgi bu dəfə də ənənəsinə sadiq qalıb. Akademik Teymur Kərimlinin «Şərq və Qərb rəssamlarının əsərlərində insan gözəlliyinin bədii təqdimi» məqaləsində iki fərqli mədəniyyətin təmsilçilərinin insana baxışı və təsviri sənətdə necə ifadə etməsi müqayisə olunur. Həmçinin klassik ədəbiyyatımızda sözlə çəkilən təsvirlərin Şərq miniatürçü rəssamların əsərlərində necə göstərilməsi əyani izah edilir. Dünyanın zamandan asılı olan dərkinin sənətə təsiri qeyd etdiyimiz məqalənin əsas ideyasını təşkil edir. 

Professor Vilayət Quliyev «Şuşadan Miçiqana uzanan yol – Qəmər Ağa-oğlu»  məqaləsində isə Amerika elm-sənət camiesində böyük uğurlara imza atmış Qəmər Ağa-oğlunun tale, yaradıcılıq yoluna nəzər salır. Ötən əsrin 70-ci illərində senzuranın gözündən necəsə yayınan «Qobustan» Qəmər xanımın həyat yoldaşı, Amerika azərbaycanlısı, incəsənət professoru Məhəmməd Ağa-oğlu haqqında Mövsüm Əliyevin kiçik məlumatını çap edibmiş. Həmin yazı prof.V.Quliyevin məqaləsinə giriş kimi dərginin bu sayında yer alıb. 

Filologiya elmləri doktoru Pərvanə Məmmədli bu sayda Xalq yazıçısı Mirzə İbrahimovun Cənubi Azərbaycanla bağlı böyük işlərindən, prof. Rahid Ulusel elmlə incəsənətin vəhdətindən söz açır. Bu il yubileyləri olan Xalq yazıçısı Maqsud İbrahimbəyov (Narıngül Nadir) və unudulmaz aktrisamız, Əməkdar artist Ətayə Əliyeva (Esmira Nəzərli)  haqqında orijinal məqalələr də dərginin bu sayında oxuculara təqdim edilib. 

Təsviri sənətin təbliğatına xüsusi yanaşan «Qobustan» Xalq rəssamı Səttar Bəhlulzadə haqqında Mahcamal Şərifin xatirələrinə, gənc və istedadlı rəssam Samirə Abdullayevanın «Zamanın salnaməsi» sərgisi ilə bağlı Züleyxa Baxışovanın məqaləsinə yer verib. Həmçinin Azərbaycan rəssamlarının əsərlərini geyimlərə həkk edən «Amorini consept» brendinin müəllifi, modelyer Günay Əliyeva haqqında təqdimat da müasir oxucu zövqünü oxşamağa, sənətin dinamik zamanla ayaqlaşaraq təbliği üçündür. 

Fatimə Fərəhin «Rənglərin aşiqi» məqaləsi xalçaçı rəssam Kamil Əliyevə, musiqişünas Leyla Nəzərlinin «Hər zaman yeni Vaqif» yazısı böyük və unudulmaz Vaqif Mustafazadəyə həsr edilib. Həmçinin gənc sənətşünas Özləm Əliyevanın animasiyalar barədə araşdırma yazısı da cizgi filmi tariximizə işıq tutur.  

Hər zaman yeni imzalara yer verən «Qobustan»ın budəfəki debütçüsü 87 saylı orta məktəbin şagirdi Gülnarə Məmmədlidir. Onun müsabiqələrdə yer tutan «Möcüzə» hekayəsinin ədəbiyyat həvəslisi olan balaca müəllifin möcüzəyə inamının ifadəsidir.  

Dərginin bu sayı da ənənəvi olaraq baş redaktor Pərvinin məqaləsi ilə qapanır. Müəllifin Avropa səfərindən növbəti məqaləsi Amsterdam şəhərinə və impressionist rəssam Van Qoqun muzeyini ziyarətinə aid təəssüratlarını əks etdirir... 

Qeyd edək ki, dərgidə yer alan məqalələr rəngli rəsm əsərləri, illüstrasiya və fotolarla təqdim edilir. Həmçinin mətnlərə aid video materialların, musiqi əsərlərinin qr kodlarda səhifələrdə yer alması xüsusi özəllikdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri