Icma.az
close
up
RU
“Qobustan” dərgisinin payız sayı işıq üzü gördü

“Qobustan” dərgisinin payız sayı işıq üzü gördü

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu günlərdə “Qobustan” sənət toplusunun Payız sayı işıq üzü görüb.

525.az xəbər verir ki, hər zaman konseptual nömrələri ilə oxucuların görüşünə gələn dərgi bu dəfə Xalq rəssamı Ömər Eldarova həsr olunmuş “Heykəltaraşlıq” özəl sayı kimi təqdim edilib. Dərginin bu sayında Xalq yazıçısı Anarın, akademik İsa Həbibbəyli və akademik Teymur Kərimlinin Ömər Eldarova həsr edilmiş yazıları ilə bərabər, sənətkarın müsahibəsi də yer alıb. Xalq yazıçısı, Heydər Əliyev ömür yolunun dəyərli araşdırmaçısı Elmira Axundovanın Ömər Eldarovla söhbətində Ulu öndərin sənətin bütün sahələrinə böyük diqqəti önə çəkilib. Aydan Salahzadənin məqaləsində isə əsasən sənətkarın Fəxri xiyabanın müqəddəs ovqatını bir az da ehtişamlı edən əsərlərindən söz açılıb.  

Dərginin bu sayında Ömər Eldarovun simasında Azərbaycan heykəltaraşlıq və təsviri sənətinin tarixinə nəzər salınıb. Esmira Nəzərli məqaləsində böyük Mirqasımovlar ailəsinin nümayəndəsi Mirəli Mirqasımovun həyat və yaradıcılıq yolunu anası Ceyran xanımın xatirələri əsasında qələmə alıb. Həmçinin həmin ailənin gənc rəssam üzvü Ceyran Mirqasımın da əsərləri səhifələri bəzəyib.

Dərgidə Azərbaycan heykəltaraşlığının ardıcıl araşdırmaçısı olan Cəmilə Novruzovanın məqalələrindən parçalarla sənət tarixinə nəzər salınır. Bu mənada həm sənət tarixində ilklərə imza atan klassiklər, həm də bu şərəfli yolu davam etdirən yeni nəsil sənətkarlar haqqında materiallar oxucuya təqdim edilib. Narıngül Nadirin vaxtsız dünyadan köçmüş rəssam, heykəltaraş Müslüm Eldarov, Ziyarət Cabbarovanın gənc və istedadlı sənətkar Rahib Qarayev haqqında məqalələri böyük sənət ənənələrinin qorunub saxlanılmasını göstərir.

Hər zaman Cənubi Azərbaycan incəsənətinə həssaslıqla yanaşan dərgi bu dəfə də ənənəsinə sadiq qalıb. Pəri Miniatürün Təbriz miniatür məktəbi haqqında məqaləsi Cənubda təsviri sənətimizin köklərinə, inkişaf mərhələrinə nəzər salır.

Dərginin baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva bu özəl sayların həm də ayrı-ayrı mövzuların aktuallaşdırılmasında əhəmiyyətli olduğunu qeyd edib: “Bu il dahi Üzeyir bəyin 140 illiyinə həsr etdiyimiz saydan sonra bu, ikinci özəl sayımızdır. Üzeyir bəyə həsr etdiyimiz sayı çapa hazırlayanda heykəl sənətimizin az araşdırıldığını və bu mövzunu aktuallaşdırmağın mühümlüyünü düşündük. Xalq rəssamı Ömər Eldarovla söhbətimdə bu ideyamı səsləndirdim və nə qədər maraqla qarşıladığını gördüm. Dərginin son səhifəsində Ömər müəllimin emalatxanasından kiçik reportajım da yer alıb. Qr kod vasitəsiylə video-materialı izləmək olar. Biz düşündük ki, özəl saydan ötrü Ömər Eldarovun yüz yaşını gözləməyək. Yaşının bu çağında hələ də işləyən və gözəl əsərlər ortaya qoyan sənətkarı indi sevindirək. Yaxın zamanda dərginin təqdimatını da nəzərdə tutmuşuq”.

Qeyd edək ki, dərgi işıq üzü gördükdən sonra redaksiya əməkdaşları bu sayı Xalq rəssamının emalatxanasında Ömər Eldarova təqdim ediblər. Qapaq rəsmində Ömər Eldarovun “İlin dörd fəsli” kampazisiyası yer alan say sənətkarın sevincinə səbəb olub.

“Heç özünüz də təsəvvür edə bilməzsiniz ki, məni necə sevindirdiniz. Mən hər zaman deyirəm ki, sevilməyi, seçilməyi çox xoşlayıram. Bu jurnalı da indi vərəqlədim, mütləq diqqətlə baxacağam. İndilikdə böyük zövq və zəhmət görürəm. Bütün müəlliflərə, yaradıcı heyətə təşəkkürlərimi bildirirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri