Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Qoca çinar bilmirdi... Azərbaycan Türkiyə gərginliyinə elmi baxış

Qoca çinar bilmirdi... Azərbaycan Türkiyə gərginliyinə elmi baxış

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mövqe və şərh tamam ayrı-ayrı şeylərdir. Hər kəsin mövqeyi ola bilər, amma şərh vermək üçün ən azından, versiya formalaşdırmağa kifayət edəcək dərəcədə informasiya lazımdır.
Beynəlxalq Münasibətlər elmində "İnformasiya Asimmetriyası" nəzəriyyəsi var. Onu iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Ceyms Mirrlis və Cozef Stiqlits yaradıblar. Nəzəriyyə sübut edir ki, böhran anlarında dövlət aparatı mövcud vəziyyət və real niyyətlər barədə 99% məlumata sahib olduğu halda, ictimaiyyət və media ən yaxşı halda 10% informasiyalı olur. Dövlət prosesi öz maraqlarına uyğun idarə etmək istəyirsə, kartlarını aça bilməz. Bu səbəbdən, cəmiyyətə ötürülən məlumat sadəcə, strateji oyunun bir elementi olur.
Noam Xomski ilə Edvard Hermanın media və siyasət ilə bağlı 1988-ci ildə apardıqları fundamental araşdırmaya görə, kütləvi informasiya vasitələri xalqı məlumatlandırmaq üçün yox, dövlətin xarici siyasət sahəsindəki qərarlarına "xalqın razılığını istehsal etmək" üçün çalışırlar. Media özü xarici siyasət sferasında müstəqil araşdırma apara bilməz, çünki bütün məlumatları XİN və ya kəşfiyyat kimi rəsmi mənbələrdən almağa məhkumdur. Onlar isə real informasiya yox, narrativ ötürürlər.
Böhranlar zamanı iki səviyyədə oyun gedir. Birinci səviyyədə diplomatlar və liderlər bağlı qapıların arxasında danışıqlar aparır, sövdələşirlər. Orada əslində nəyin baş verdiyini heç kim bilmir. Biz o söhbətlərin mediadakı proyeksiyasını görürük.
İkinci səviyyədə gedən oyunun qaydaları başqadır. Bu zaman ictimaiyyətin qarşısında tamam fərqli, adətən populist və emosional çıxışlar edilir. Maraqlıdır ki, ikinci səviyyədəki oyunun məqsədi çox vaxt həm də elə birinci səviyyədə gedən prosesin gizliliyini təmin etməkdən ibarət olur.
Buna ən yaxşı klassik misallardan biri Karib böhranıdır. Böhran zamanı həm ABŞ, həm də SSRİ-də xalqa verilən məlumatlar real vəziyyətin nədən ibarət olmasını ən yaxşı halda 10% təsvir edirdi. Proseslərin 90%-i haqda informasiyalar isə qapalı saxlanılırdı. Bəzi informasiyaların qapalı qalması prosesin gedə bilməsi üçün labüd olur. Məsələn, Kennedi Xruşşovun qarşısında belə bir şərt qoymuşdu: Okey, ABŞ “Yupiter” raketlərini Türkiyədən çıxarır, amma SSRİ rəhbərliyi bu məlumatı gizli saxlamalıdır, əks halda razılaşma ləğv olunacaq.
Vyetnam müharibəsi zamanı da informasiya aysberqinin Amerika xalqına görünən və gizli saxlanılan tərəflərinin balansı 10/90 nisbətində idi. ABŞ hökuməti müharibənin uğurla getdiyini və tezliklə bitəcəyini deyirdi. Sənədlər sızdıqdan sonra isə məlum oldu ki, reallığın 90%-i başqa cür imiş.
Harvard Universitetinin professoru Robert Patnem bir çox belə halları ümumiləşdirərək, "İki Səviyyəli Oyun" modelini yaradıb. Həmin nəzəriyyəni hazırkı vəziyyətə tətbiq etsək, reallıq bundan ibarətdir ki, biz Azərbaycan ilə Türkiyənin arasında əslində nəyin baş verdiyini bilmirik. Birinci səviyyədə gedən oyun ilə bağlı informasiyanın 90%-i bizim üçün qapalıdır. Hətta ən məlumatlı ekspertlərin bildiyi də 10%-i keçmir. Bu isə nəyin baş verdiyini anlamaq üçün çox azdır. Biz ən yaxşı halda həmin oyunun media və sosial mediadakı proyeksiyasını müşahidə edə bilirik. Təcrübəli və ağıllı ekspertlər buna əsaslanaraq bəzi qənaətlər hasil edə bilərlər, amma... Başqa bir nüans da var.
Şahmat oyunu ilə bağlı aparılmış maraqlı bir araşdırma göstərib ki, hətta bir xananın oyunçudan gizlədilməsi onun vəziyyəti düzgün analiz edə bilməməsi üçün kifayətdir. Bu, informasiyanın 6.25%-nin itirilməsi deməkdir. Gizlədilən əgər mərkəzdəki 4 xanadan biri olsa, oyunçunun qərar verməsi üçün vacib olan informasiyanın 25%-i itirilir. Hətta 6.25% informasiya itkisi də peşəkar oyunçunun yanılması üçün artıqlaması ilə kifayət edir. Biz isə informasiyanın 90%-nə çıxışımız olmadan dövlətlərarsı münasibətlərdə nəyin baş verdiyini analamaq istəyirik. Bu, praktik olaraq mümkün deyil.
İnsan nəyisə bilməməsi ilə barışmaq istəmir. Bizim rahat yaşamağımız üçün nəzarət illüziyamızın olması vacibdir. Reallıqda isə sadə insanların prosesə təsir göstərmək imkanları olmur. Çox vaxt onlar gerçəkdə nəyin baş verdiyini onillər sonra, arxivlər açılanda bilirlər. Əslində bu, bəlkə də yeganə doğru yoldur. Amerikalı iqtisadçı və politoloq Entoni Dauns 1957-ci ildə dərc olunan "Demokratiyanın İqtisadi Nəzəriyyəsi" adlı kitabında göstərirdi ki, siyasətlə maraqlanmamaq konkret bir fərd üçün iqtisadi baxımdan daha sərfəlidir. Çünki siyasi prosesləri anlaya bilmək üçün xeyli vaxt və enerji sərf etməlidir, əvəzində isə konkret həmin fərdin gəldiyi qənaətdən heç nə asılı olmayacaq. Belə çıxır ki, qiymətli resurslar boşuna sərf olunub.
Bu yanaşma siyasət elmində “Siyasi Cahillik Nəzəriyyəsi” adı ilə tanınır. 2013-cü ildə Corc Meyson Universitetinin professoru İlya Somin nəzəriyyəni genişləndirdi. “Demokratiya və siyası cahillik” adlı kitabında Somin sübut etdi ki, insanlar istəslər də, siyasəti anlaya bilməyəcəklər, çünki informasiya boşluğundadırlar. İnternetin və informasiya bolluğunun olması insanları daha bilikli etmir, əksinə, siyasi cahilliyi və qütbləşməni dərinləşdirir.
Məhz buna görə siyasi icmalçıların və politoloqların çoxu baş verənləri real şərh etmək əvəzinə ya ortaya mövqe qoyur, ya da müdrik görkəm alaraq didaktika yolunu tuturlar. Siyasətçinin mövqeyinin olması normal və lazmdır, icmalçıdan isə mövqe yox, təhlil tələb olunur. Təhlil üçün informasiya lazımdır ki, o da yoxdur; beləcə, dairə qapanır. Belə olması haradasa normaldır, çünki cəmiyyətə narrativlər təqdim olunmalıdır. İnsanlara bütün hallarda narrativlər (süjetlər) lazımdır - əgər bu, bizim quraşdırdığımız narrativ olmasa, deməli, başqasınınkı olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Oktyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri