Icma.az
close
up
RU
İRAN PARÇALANA BİLƏRMI? “Azərbaycan və Türkiyə birgə baxış formalaşdırmalıdır”

İRAN PARÇALANA BİLƏRMI? “Azərbaycan və Türkiyə birgə baxış formalaşdırmalıdır”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Nə Avropa, nə də ABŞ İranın parçalanmasını istəmir...”

Hazırda İranda baş verənlərin hansı məcraya yönələcəyi və nə ilə nəticələnəcəyinə dair müxtəlif ehtimallar olsa da, kənar oyunçuların, xüsusilə də qlobal güclərin maraqları yaşananlara həlledici təsir göstərə bilər. Əgər bu qüvvələrin marağında olsa, hətta prosesin İranın parçalanmasına belə gətirib çıxaracağını istisna etmək olmaz.

“AzPolitika” xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli bu mövzuyla bağlı şərhində Azərbaycan və Türkiyənin İranla bağlı ortaq baxış formalaşdırılmasının vacibliyini qeyd edib: “İranda baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycanda qonşularımızı dərindən öyrənən “beyin mərkəzləri” yoxdur, mütəxəssislər çatışmır, ciddi analitik yazılar, çıxışlar az, emosional yanaşma isə həddən artıq çoxdur.

Açığı, biz Ermənistanı belə öyrənməmişdik (bu gün də öyrənmirik), sadəcə doğru zamanda, doğru qərarlarla Dövlət, Xalq və Ordu üzərinə düşən vəzifəni düzgün yerinə yetirdi və tarixi qələbəmiz rəsmiləşdi.

İranda baş verənlərin səbəbləri, doğuracaq nəticələr, Azərbaycanın müxtəlif ssenarilərə hazırlığı, bu məsələyə Türkiyə ilə birgə baxışın formalaşması – bütün bunlar çox vacib məsələlərdir. Əminəm ki, dövlət institutları bu istiqamətdə müəyyən “səssiz” işlər görür, ola bilər ki, Bakı və Ankara ciddi müzakirə aparır, amma, Türkiyədə də, Azərbaycanda da bu məsələ ilə bağlı ictimai müzakirələrin keyfiyyəti çox aşağıdır.

İranda iqtisadi böhrandan doğan, amma, kökündə siyasi problemlər duran bir proses gedir, İran dəyişib, sadəcə, indi bu dəyişikliyin sancılı rəsmiləşdirilməsi prosesi gedir, bu sürəc, bəlkə də, hələ bir neçə ay, il çəkəcək. İranda baş verənlər bir daha sübut edir ki, siyasi və idarəetmə islahatları olmadan iqtisadi problemləri həll etmək mümkün deyil.

İran böyük tarixə, ənənələrə malik coğrafiyadır, əslində, SSRİ-yə çox bənzəyir, hətta inqilab və sonrakı proseslər, demək olar ki, SSRİ ilə birə-bir eynidir. Çar Rusiyası dağılmağa başlayanda İmperiyanı ayaqda tutmaq, torpaqları yenidən bir bayraq altında birləşdirmək üçün ciddi bir ideyaya ehtiyac var idi. Bolşevik inqilabı, kommunizm ideologiyası Çar Rusiyasını başqa ideoloji çatı altında birləşdirmək əməliyyatı idi. Çarı Birinci Katib, kilsəni “raykomlar” əvəz elədi, populist şüarlar və sərt repressiyalar Çar Rusiyasını başqa adla bərpa etməyə imkan verdi. Amma bu süni və insan ruhuna zidd sistem cəmi 70 il sürdü, hətta 2-ci Dünya Müharibəsi olmasaydı, SSRİ daha tez dağılacaqdı, məhz bu müharibədən sonra “sovet xalqı” yarandı, daha 45 il SSRİ-nin ömrü uzandı, amma, bundan artığına gücü çatmadı, insanın təməl fəlsəfəsinə zidd sitem yerlə-bir oldu.

1979-cu ildə Şah rejimi yüz yerdən çat verdi, xalq ədalətsizlikdən bezmişdi, İranda ən güclü siyasi qüvvə “solçular” idi, dini çevrələr, sadəcə, yaxşı təşkilatlanmışdılar və şişirdilmiş, əfsanəvi liderləri var idi (elə SSRİ timsalındakı Lenin kimi). Həmin vaxt İranın sərvətlərinə Britaniya nəzarət edirdi, Fransanı yaxın buraxmırdılar, Fransa da öz oyununu oynayıb əfsanəvi lideri daha da gücləndirdi, əslində, 1979-da İranda Britaniya və Fransa qarşıdurması idi, Fransa əfsanəni İrana öz qırıcıları ilə qaytardı (yenə Lenin misalında olduğu kimi – Leninə də Almaniya ciddi dəstək olmuşdu).

1979-da inqilabı “solçular” etdi, amma, daha yaxşı təşkilatlanmış dini çevrələr boş qalmış hakimiyyəti götürə bildilər və ilk böyük repressiyalar da məhz “solçulara”, Tudə Partiyasına qarşı oldu (yenə SSRİ misalı, inqilabda “eserlər” və “menşeviklər” ciddi rol oynadılar, amma təşkilatlanmış və ciddi xarici dəstəyi olan bolşeviklər hakimiyyəti götürdülər, sonra ilk seçkini uduzan kimi repressiyalara başladılar – tarixdə adı “qırmızı terror” kimi qaldı). O zaman İslam inqilabından sonra, İranın “dərin dövləti” İran parşalanmasın deyə yeni ideya, yeni insan tipi yaratmağa başladı, millət qavramını ümmət qavramı ilə əvəz etdi. Məhz yeni ideologiya və terror İranı parçalanmaqdan qorudu.

Bu gün baş verən proseslərdə bir ana xətt açıq görünür – İran dəyişib, dəyişimin rəsmiləşməsi isə çox sancılı və ağrılı prosesdir. İranda Şah tərəfdarlarının əsas qayəsi ölkəni parçalanmaqdan qorumaqdır, nə vaxt ki, parçalanmaq məsələsi aradan qalxacaq, İranda proseslər yekunlaşıb sistem dəyişikliyi rəsmiləşəcək – bu tez də ola, amma, illərə də yayıla bilər.

Gördüyüm odur ki, nə Avropa, nə də ABŞ İranın parçalanmasını istəmir, bu prosesin böyük xaosa yol açacağını düşünür, ona görə də, İranı birləşdirəcək yeni fiqur və ideya axtarışı davam edir - əgər tapmasalar, indiki sistemlə, amma, təkamül yolu ilə, zamana yayılaraq dəyişən sistemlə yola davam etməkdə maraqlı olacaqlar...”

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri