Icma.az
close
up
RU
Türkiyə Bakı Moskva gərginliyinə qarışacaqmı?

Türkiyə Bakı Moskva gərginliyinə qarışacaqmı?

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiya Azərbaycanla münasibətlərin pozulması ilə üzləşdiyi üçün “yaxşı polis-pis polis” strategiyasından geri çəkilir. Lakin Bakı son vaxtlar Moskvadan gələn bəyanatların heç birinə məhəl qoymur və Kremlə açıq mesaj verir: "Sizdən qorxmuruq".
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur:
İyunun sonunda iki Azərbaycan vətəndaşının Rusiyanın Yekaterinburq şəhərində polis nəzarətində ölməsindən sonra ikitərəfli münasibətlər yavaş-yavaş qaynama nöqtəsinə çatıb.
Bu hadisə ötən ilin dekabrında Rusiya hava məkanında Azərbaycan mülki təyyarəsinin təsadüfən vurulması və Kremlin insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməkdən imtina etməsi ilə bağlı Bakıda yaranmış ağır hissləri daha da gücləndirib.
Son günlər Azərbaycan lideri İlham Əliyev Rusiyaya qarşı kəskin bəyanatlar axınını davam etdirir. Məsələn, iyulun 20-də o, Azərbaycanın Rusiyanı təyyarənin vurulması ilə bağlı məhkəməyə verməyə hazırlaşdığını bəyan edib.
Ən kəskin bəyanat odur ki, Əliyev bu yaxınlarda keçirdiyi mətbuat toplantısında Ukraynanı Rusiyanın işğalına qarşı göstərdiyi müqavimətə görə tərifləyib, ukraynalıları “heç vaxt təslim olmamağa” və “işğalla heç vaxt barışmamağa” çağırıb.
İyul ayının böyük bir hissəsində Kreml rəsmiləri iki dövlətin güclü qarşılıqlı iqtisadi maraqlarının olduğunu daim vurğulayaraq gözləmə oyunu oynadılar. Görünür, onlar ümid edirlər ki, buxarını bir qədər buraxdıqdan sonra Bakı həmişəki kimi işgüzar mövqeyə qayıdacaq. Amma indiyə qədər nisbətən yumşaq, səbirli yanaşma istənilən nəticəni verməyib.
Əliyevin ukraynayönümlü şərhlərindən sonra Kreml öz taktikasını dəyişərək, “Telegram” hücum itlərini, başqa cür desək, “Z-bloqerləri” və ya milyonlarla izləyicisi olan sosial media təsir alətlərini üzə çıxarıb. Bir çox kanallar Kremli “rusofob” mövqeyinə görə Bakını öz yerinə oturtmağa, yəni hərbi addımlar atmağa və ya iqtisadi embarqo tətbiq etməyə çağırıb.
“Qoy sərhəddən pomidor keçirib satanlardan istinin yaratdığı çürümə iyini duysunlar”,- deyə bir bloqçu, Rusiyanın böyük şəhərlərindəki bazarlarda meyvə-tərəvəz satan Azərbaycan vətəndaşlarını alçaldıb.
Rusiyanın bəzi siyasi xadimləri daha sərt cavab verməyə çağırış ediblər. Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda təhlükəli geosiyasi addımlar atmasından narahatlığını bildirib:
“Biz [Cənubi Qafqazda] bütün nüfuzumuzu itirmək təhlükəsi ilə üz-üzəyik... bu, istər-istəməz daxili şəraitimizə təsir göstərə bilər”.
Kreml nümayəndələri isə özlərini təmkinli göstərməyə çalışırlar. Vladimir Putinin sözçüsü Dmitri Peskov bir daha qeyd edib ki, münasibətləri yoluna qaytarmaq iki ölkənin iqtisadi maraqlarına uyğundur: "Bəzən iki ölkənin münasibətlərində çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir. Ümid edirik ki, bu müddət keçib-gedəcək".
Əliyev təslim olma əlaməti göstərmir. Bakı qəti və ardıcıl mesaj verir: Moskva münasibətləri daha da gərgin vəziyyətə salmaq istəyirsə, imperiya mövqeyindən əl çəkməlidir.
“Azərbaycanın mövqeyi möhkəm, praqmatik olaraq qalır və təzyiq altında güzəştə getmədən milli maraqların prioritetinə yönəlib, - bu, hökumətə sıx bağlı “Caliber”in şərhində qeyd edilir. - Dialoq mümkündür, lakin diktə ilə deyil, vicdanlı tərəfdaşlığa diqqət yetirməklə".
Həmin şərhdə vurğulanır ki, Bakı Rusiyanın qılınc zərbələrindən qorxmaqdan uzaqdır. O, Kremli sosial media hücumlarına görə lağa qoyub və Azərbaycanın özünü hərbi cəhətdən müdafiə etməyə hazır olduğunu vurğulayıb.
“Rusiya sosial mediasındakı kampaniya hədə-qorxunun diplomatiyanın yerinə keçməsi əlamətidir, - “Caliber”in şərhində qeyd olunur. - Sosial şəbəkələrdə şifahi təcavüz birbaşa hərbi təxribata çevrilərsə, bunun nəticələri çox ağır olacaq. Eskalasiya - sərhəddəki insidentlərdən tutmuş genişmiqyaslı münaqişəyə qədər - Azərbaycanın enerji rolunu nəzərə alsaq, Türkiyənin Bakının müttəfiqi və hətta daha geniş qlobal oyunçu kimi iştirak riskini yaradır”.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see286

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see273

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see270

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see267

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see264

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see264

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see244

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see241

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see239

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see236

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see233

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see231

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see224

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see222

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see219

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see213

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see210

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see196

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see185

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri