Icma.az
close
up
RU
Qoca kişilərsiniz, niyə xarabanızda oturmursunuz?

Qoca kişilərsiniz, niyə xarabanızda oturmursunuz?

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ uzunömürlülər diyarıdır. Başqa xalqlara məxsus olan "qara qızıl" ABŞ əhalisini ağ günə çıxarıb. Təkcə "Ağ Ev"in sakinləri deyil, ABŞ-də hamı “ağ adam” kimi yaşayır.

Ömründə bir dəfə Amerikada olan, amma hər gün bu barədə danışan dostum Səttarın sözləridir: "Səksən doqquz yaşlı arvad gecə eynəksiz maşın sürür".

Azərbaycanda isə 89 yaşlı adam görəndə belə deyirlər: "Sənin tay-tuşun 10 ildir qara mərmərdən baxır".

Nisbətən "mədəni" adamlar isə fikrini bu cür ifadə edir: "On beş ildir o biri dünyada sənə qayıb qoyurlar".

ABŞ-də isə 89 yaşlı adama belə deyirlər: "Qoca qarılar kimi niyə qaxılıb evdə oturmusan? Sənin tay-tuşun könüllüdür, məktəbdə, kitabxanada, muzeydə pulsuz işləyir".

Ötən gün bir yas mərasimində yekəpər kişinin dediyi bu sözləri öz qulağımla eşitdim: "A bala, bir bulud da aş gətir. Cavan adam deyil ki, boğazımızdan keçməsin..."

Əbləh elə danışırdı ki, sanki yaşlı adamın hüzründə aşı çörəklə yemək lazımdır...

Azərbaycanda qocalara münasibət ədalətli deyil. Hökumətin siyasəti bəllidir, əgər yaxşı vəzifən, arxa-dayağın yoxdursa, 65 yaşa çatan kimi əl boyda təşəkkür məktubu verib pensiyaya göndərirlər.

Dərd burasındadır ki, yaşlı təbəqəyə cəmiyyətin münasibəti də ürəkaçan deyil. Avtobusda, metroda yaşlı insanlara yer verən, ehtiram göstərən adamların sayı sürətlə azalır. Adını çəkib şərəfləndirmək istəmədiyim bir nasir metroda mügüləyən baba və nənələri nəzərdə tutaraq bir dəfə belə yazmışdı: "Qoca adamlarsınız, niyə qaxılıb xarabanızda oturmursunuz?".

Pulu başından aşan, amma şəhəri piyada dolaşan, avtobusda, metroda gəzməyi xoşlayan Əjdər müəllim ən çox bu xitabı eşidəndə əsəbləşir: “Qoca kişisən...”

Əjdər müəllim deyir ki, bəzi adamlar bu sözü elə tələffüz edir sanki qoca olmaq ayıbdır...

Bir dəfə yaşlı adamlara naqolay münasibət göstərən cavan oğlanın dərsini belə verib: “Bu hikkə, bu tərbiyə ilə sən qocalmayacaqsan...”

Kommunistlərin yaxşı bir şüarı vardı: "Qocaya hörmət et, sən də qocalacaqsan".

Bu şüarı qatarların vaqonlarına, avtobusların şüşələrinə yazıb yapışdırmaq lazımdır. Ki, bəzi nadanlar ömür boyu cavan qalmayacaqlarını anlasınlar....

L.Səfiyarlı, xüsusi olaraq Metbuat.az üçün.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri