Icma.az
close
up
RU
“Qoca” avtomobillər yollardan yığışır

“Qoca” avtomobillər yollardan yığışır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İndiyədək 7 min 860 maşın metala çevrilib

Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator reyestrdə qeydiyyata alınıb. Bu, “Fast Track” MMC şirkətidir.

Qurumdan verilən məlumata görə, yeni utilizatora qeydiyyata alınması barədə müvafiq sənəd təqdim olunub və bununla da ölkə üzrə bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı 3-ə çatıb. “Fast Track” şirkəti utilizator fəaliyyətini Abşeron rayonunda həyata keçirəcək. Bu da, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasında vətəndaşlar üçün əlçatanlığı artıracaq. Belə ki, vətəndaşlar artıq Bakı və Gəncə ilə yanaşı, Abşeron rayonunda da nəqliyyat vasitələrini yeni utilizasiya məntəqəsinə təhvil verə biləcəklər.

Xatırladaq ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır. Eyni zamanda, utilizator kimi çalışmaq niyyətində olan sahibkarlar da bu fəaliyyəti həyata keçirmək barədə müstəqil olaraq özləri qərar verirlər. Belə ki, müvafiq maddi-texniki imkanlara malik olan sahibkarlar əvvəlcə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə müraciət edir və zəruri tələblərə cavab verməsi müəyyənləşdirildikdən sonra reyestrdə qeydiyyata alınır.

Köhnə, istismara yararsız avtomobilini utilizasiyaya təqdim etmək istəyən vətəndaşlar nəzərə almalıdır ki, əvvəlcə nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra, zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az portalına daxil edilməli və nəqliyyat vasitəsi müəyyən olunmuş vaxtda vətəndaşın seçdiyi utilizatora təhvil verilməlidir.

Yeri gəlmişkən, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilən proses çərçivəsində ötən ilin oktyabr ayından indiyədək 7 min 860 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Ötən müddətdə köhnəlmiş və ya yararsız nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına 544 min manatdan çox birdəfəlik ödəniş köçürülüb, eləcə də Azərbaycan istehsalı olan 374 yeni nəqliyyat vasitəsinin güzəştli satışı həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri