“Qoca sinyora” ilk məğlubiyyətini yaşadı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
İtaliya A Seriyasında mövsümün ən dramatik və sensasiyalı oyunlarından biri geridə qalıb. "Sassuol"nun meydanında qonaq olan "Yuventus" gərgin keçən qarşılaşmada 3:2 hesabı ilə məğlub olaraq yeni mövsümdə ilk məğlubiyyətini alıb.
“Yeni Sabah” xəbər verir ki, matçın ilk 60 dəqiqəsi qolsuz bərabərliklə keçsə də, qarşılaşmanın son hissəsi əsl qol şousuna səhnə olub. Hesabı 65-ci dəqiqədə Nemanya Matiçin ötürməsindən sonra Sebastyan Espozito açıb və ev sahiblərini önə keçirib.
"Qoca sinyora" zədəli və buraxılan qolun şokunu atlatmaq üçün hücumları artırıb. 82-ci dəqiqədə Edon Jeqrova fərdi ustalığı sayəsində hesabı bərabərləşdirib — 1:1. pizza
Oyunun son dəqiqələri isə fantastik ssenari ilə yadda qalıb:
89-cu dəqiqədə Kieron Boui Darril Bakolanın ötürməsindən yararlanaraq "Sassuolo"nu yenidən önə çıxarıb. Əlavə olunmuş 90+1-ci dəqiqədə Randal Kolo Muaninin pasını qola çevirən Edon Jeqrova dubl edərək turinlilərə bərabərlik gətirib. Lakin bu da matçın son nöqtəsi olmayıb. 90+4-cü dəqiqədə Armand Loriyentenin ötürməsini tora qovuşduran Vasiliye Adziç "Sassuolo"ya möhtəşəm qələbə qazandırıb.
Bu nəticə ilə "Yuventus" çempionatda ilk dəfə xalsız qalıb, "Sassuolo" isə son saniyə qolu ilə vacib 3 xalı aktivinə yazdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Sentyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















