Icma.az
close
up
RU
Qocalma əleyhinə dərmanlarda yeni mərhələ: 12 marker müəyyənləşdirildi

Qocalma əleyhinə dərmanlarda yeni mərhələ: 12 marker müəyyənləşdirildi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-dan olan alimlər qocalma prosesini yavaşlatmağa yönələn dərmanların effektivliyini daha qısa müddətdə müəyyən etməyə imkan verən yeni metod təklif ediblər. 
Demokrat.az
xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Science” jurnalında dərc olunub.
Miçiqan Dövlət Universiteti və Alabama Universitetinin tədqiqatçıları qocalmanın sürətini müəyyənləşdirmək üçün 12 bioloji göstərici müəyyən ediblər. “Qocalma sürəti indikatorları” (ARI) adlandırılan bu markerlərin köməyi ilə müalicənin orqanizmə təsirini daha qısa müddətdə qiymətləndirmək mümkün ola bilər.
Hazırda qocalma əleyhinə preparatların sınağında əsasən bioloji yaş göstəricilərindən istifadə edilir. Bu üsullar orqanizmdə artıq toplanmış qocalma dəyişikliklərini müəyyənləşdirir və nəticəni görmək üçün uzunmüddətli müşahidələr tələb edə bilər. Yeni yanaşma isə qocalmanın hansı sürətlə davam etdiyini qiymətləndirməyə yönəlib.
Tədqiqatçılara görə, indiyədək siçanlar üzərində aparılan bəzi dərman sınaqlarında preparatın təsirini müəyyənləşdirmək üçün 3-4 il gözləmək lazım gəlirdi. ARI göstəricilərindən istifadə bu müddəti təxminən dörd dəfə azaltmaqla yanaşı, araşdırmaların xərcini də 20 dəfəyədək aşağı sala bilər.
Metod uzunömürlü gəmiricilərdə müşahidə olunan ümumi molekulyar və fizioloji dəyişikliklərin araşdırılmasına əsaslanır. Alimlər müəyyən ediblər ki, ömrün uzanmasına səbəb müxtəlif olsa belə – qida məhdudiyyəti, genetik dəyişiklik və ya dərman müalicəsi – orqanizmdə oxşar qoruyucu mexanizmlər işə düşür.
Bu göstəricilərin izlənilməsi nəticəsində perspektivsiz preparatları erkən mərhələdə müəyyənləşdirərək sınaqlardan çıxarmaq mümkün ola bilər. Tədqiqatın baş müəllifi professor Riçard Miller hesab edir ki, yeni markerlər həm dərmanların daha sürətli seçilməsinə, həm insanlarda faydalı bioloji dəyişikliklərin müəyyən edilməsinə, həm də yeni müalicə hədəflərinin tapılmasına kömək edə bilər.
ABŞ Milli Qocalma İnstitutunun proqramı çərçivəsində indiyədək siçanların ömrünü uzatdığı müəyyən edilən 14 maddə aşkarlanıb. Onların arasında rapamisin və akarbaza da var. Bəzi birləşmələrin müalicəyə yetkin yaşda başlanıldıqda belə təsir göstərməsi alimlərin bu istiqamətdə araşdırmaları davam etdirməsinə səbəb olub.
Tədqiqatçılar növbəti mərhələdə müəyyən etdikləri markerlərin etibarlılığını ayrıca yoxlamağı və onların diabet, xərçəng və neyrodegenerativ xəstəliklər kimi yaşla əlaqəli problemlərlə əlaqəsini araşdırmağı planlaşdırırlar. Metod özünü doğrultsa, qocalma əleyhinə müalicələrin insanlarda klinik sınaqlara hazırlanması prosesinin sürətlənməsinə imkan yarada bilər.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Sentyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri