Icma.az
close
up
RU
Qocalmış Məcnunun tatulu, şellak dırnaqlı, bronz makiyajlı Leylisi

Qocalmış Məcnunun tatulu, şellak dırnaqlı, bronz makiyajlı Leylisi

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ötən gün Opera Teatrında neçə vaxtdır afişası yayımlanan və qalmaqal yaradan “Leyli və Məcnun” operası nəhayət baş tutdu və “Mədəniyyət” kanalında canlı yayımlandı.

Bakupost.az xəbər verir ki, yenə də baş rolları xalq artistləri, xanəndələr Nəzakət Teymurova və Mənsum İbrahimov ifa edirdi.

Elə həmin ərəfədə televiziyalarda Nüşabə Ələsgərlinin yaşlı ifaçıların Leyli və Məcnunu oynamasına etirazından sonra bu məsələ ictimaiyyətdə müzakirə olundu. İctimiyyət səhnədə gənc ifaçıları görmək istəyirdi. Amma bu dəfə səhnəyə yenə xalq artistləri çıxdı.

“Mədəniyyət” kanalında operanı canlı izləyən jurnalistlər həm ifaçıların qrimi, həm də səslərinin yorğunluğundan narazılıq etdilər.

“Əvvəla, ey özünü böyük sənətkar adlandıran xalq artıstləri, lütfən, gedin rahatlanın və sakit oturub baxın yaratdığınız “şedevrə”. Səsiniz çoxdan yorulub. Axı biz səhnədə və lent yazılarında Leylinin (Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova) yanıqlı səsindən aylarla özümüzə gəlməzdik. Elə Məcnunun da (Arif Babayev, Baba Mirzəyev, Qulu Əsgərov). Ay qurban olum, boğula-boğula Məcnun obrazını yaratmaqla kimə nə sübut etmək istəyirsiniz? Səsi qoyuram bir kənara, Leylinin şellak dırnaqlarına, xəstə yatağı səhnəsindəki bər-bəzəyinə, makiyajına...” - jurnalist Jalə Cəfərova yazıb.

İnsanlar artıq operanın monopoliyada olduğunu düşünür. Məsələn, rəylərdə belə yazılıb:

“Bu silikonlu qadınlar onların (Leyli və Məcnunun) ata-anasını, nənə-babasını oynaya bilərlər. 10 ildən çoxdur muğam müsabiqələri keçirlir, o qədər gənc xanəndə var! İndi gözləyək ki, bu saçı boyalılar qocalsın, təqaüdə çıxsın, sonra gənclər gəlsin? Onlar da işsizlikdən toylara gedib, bir parça çörək üçün kabab tüstüsündə boğula-boğula oxusunlar?”

Qeyd edək ki, səhnədə kadrlardan da Nəzakət Teymurovanın bronz makiyajı, tonal kremin və üzündəki ənlik və haylayterin istidən əriməsi, dırnaqları, qaşları və kosmetik prosedurlarla forma verilmiş dodağı, saçının qulaq arxasından möhkəm çəkilməsi (bəlkə də parikdir) tamaşaçıların gözündən yayınmayıb.

Bir sözlə, sanki Füzulinin Leylisini yox, XXI əsrdə toya getmək üçün geninə-boluna (özü də ucuz salonda) makiyaj etdirən gəlinin toy kasetini izləyirdik.

Aygün Musayeva,

BakuPost.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 İyun 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri