Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

525ci qəzet Məcnunun Feysbuku Aytac Sahəd yazır

525ci qəzet Məcnunun Feysbuku Aytac Sahəd yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aytac SAHƏD

Keçmişin sevdaları da başqaydı...

Çox eşidirik bu sözü bir-iki nəsil böyüklərin dilindən. Dünənin xiffətini çəkmək çoxunun vərdişidir. Keçmişin doğrusu da, yalanı da indiyə çevriləndə asanlıqla mahiyyətini dəyişə bilər. Necə deyərlər, sağlığında kor Fatma, öləndə badamgözlü. Təəssüf ki, bəzi nəsnələrə şərhimiz aşağı-yuxarı Fatmaya deyilən tərif kimidir. Sabahın qorxudan qeyri-müəyyənliyinin acığına dünənin acısına da şirin deyirik. Ya bilərəkdən, ya da bilməyərəkdən.

Keçmişin yağı, şokoladı, kinoları kimi, aşiqləri də bir başqa imiş sən demə.

Görəsən, həqiqətən sevgi adiləşib, yoxsa keçmişdə də insan belə sevirmiş?

Bu suala adil cavab çətin tapılar, ancaq əksini düşünənlərin xeyli bəhanəsi var. Çoxu da bir-birinə bənzəyir. Məsələn, deyirlər ki, keçmişdəki sevgiləri gözəlləşdirən həsrətin kölgəsi imiş. Bu günün insanının insana gedən yolu qısadır deyə nə həsrətin kölgəsi var, nə də bu kölgədə fürsət gözləyən vüsal yanğısı. Hər şey gün kimi aydındır indi. Yarın halını bilmək üçün bir mesaj, səsini eşitmək üçün bir zəng kifayətdir. İndi yaşasaydı, bəlkə nə Fərhad dağ dələrdi, nə Məcnun səhraya düşərdi. Bir sözlə, başqadır bu günün sevdaları.

Məlum haqq-hesabın bütün günahını texnologiyanın ayağına yazan o qədər insan var ki... Mən belə düşünmürəm. Əlbəttə, razıyam ki, sosial şəbəkələr insan münasibətlərinin təbii gedişatına mane olur, bəzən də ciddi problemlər yaradır. Həmin problemlərdən biri, hətta deyərdim birincisi, insanın müqayisə predmetinə çevrilməsi və bunun fonunda alternativ seçimlərin əlçatanlığıdır. Sən bu gün varsan, sabah yoxsansa, canım sağ olsun. Dostluq siyahımda şansımı sınayacağım onlarla profil var. Bir "necəsən"lə başlayan neçə-neçə hekayə yazılmağa namizədkən, kimdir qalaq-qalaq məhəbbət dastanı gəzən?

Keçmişin adamı uzun romanların səhifələrinə məhkum idi. Bu qədər asan deyildi birini tanıyıb onunla yol almaq. Çox vaxt da bir-birinə bənzər taleləri yaşayırdı o dövrün adamları. Balaca bir kənddə doğulmusansa, çox güman sənin qismətin uzağı beş-on hasar o tərəfdədir. Ya xalan oğluna gedəcəksən, ya bibin qızı ilə evlənəcəksən. Yəqin ki, atına minib, yarını beş-üç mahal uzaqda axtaranlar o vaxt da olub. Ancaq əminəm ki, bu cür divanələrin sayları az imiş.

İndi nə at var, nə də yəhər. Bir təyyarə bileti bəsdir ki, onillərin həsrətinə son qoyulsun. Müasir dövrdə uzaqlara getmək də asandır, orada yaşayanları burada ikən görmək də. Belə olan halda təkcə münasibətlərdə yox, elə həyatın bir çox yönündə də müqayisə edəcəyin xeyli alternativ görürsən. Bu, bir tərəfdən həyat üçün daha yaxşı zəmin yaradırsa, digər tərəfdən insanı tərəddüdə sürükləyir. Seçim imkanı nə qədər çoxdursa, qərar vermək də bir o qədər çətindir. Söhbət insan münasibətlərindən gedirsə, vəziyyət lap qəlizləşir. Ancaq həyatdan nə, taledən necə bir insan istədiyini bilirsənsə, vəziyyət sənin xeyrinədir. Çünki bu dövrdə əsl mahiyyətini gizlətmək göründüyü qədər asan deyil. Məsələn, aşiq olduğu qızı yalnız bulaq başında beş-on nəfərin əhatəsində görən adam ona dair hansı gerçəyə yaxın düşə bilər? Yaxud həftədə bir məktub göndərməklə bütün gün danışmaq eyni şeydirmi? Əlbəttə ki, o qız ən gözəl paltarını geyinib gələr bulaq başına, ən qəşəng sözləri yazar yar məktubuna. Şekspir demişkən, xəyalımızdakı ruhları bəyəndiyimiz bədənlərə qoyub onu eşq zənn edirik. Bəlkə də zənnində yanılanlar elə yarı bulaq başında gəzənlər imiş. Kim bilir...

Bu günün aşiqini isə üç-beş gözəl sözlə aldatmaq olmur. Gec-tez faş olur kimin hansı kimliyə sahib olduğu. Mütləq ki, yüz mesajdan birində başa düşürsən ki, bu adam sənin adamın deyil. Bəlkə bunu anlamaq üçün indi az zaman tələb olunur deyə, dövrü günahkar çıxarırlar. Yaxud da qarşındakının axtardığın adam olduğunu zənn edirsənsə, texnologiyanın verdiyi imkanlar münasibətlərin daha da möhkəmlənəsinə şərait yaradır. Əgər hisslər qarşılıqlı, duyğular səmimidirsə, birlikdə keçirilən vaxt iki insanı bir-birinə daha da yaxınlaşdırır.

Fikrimcə, bu günün sevgiləri də gözəl yaşanır. Çünki insandan insana gedən yollar qısalıb, bu da imkan verir ki, əlini tutacağın adamın əvvəlcə ruhunu tanıyasan. Ömür-gün yoldaşı seçmək məktub ümidinə buraxılacaq qədər bəsit məsələ deyil.

Keçmişin eşq hekayələrini bu qədər gözəlləşdirən də məhz keçilən yolun məşəqqətidir. Yol nə qədər uzundursa, eşq də bir o qədər ehtişamlıdır.

Deyir, bir gün uşaq babasından soruşur:

- Baba, Leyli ilə Məcnun bir-birini niyə belə bərk seviblər?

Babası cavabında deyir:

- Ona görə ki, evlənməyiblər...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Yanvar 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri