Icma.az
close
up
RU
Qohumların içki üstündə davası: biri ev dustağı edildi, digəri həbsə göndərildi TƏFƏRRÜAT

Qohumların içki üstündə davası: biri ev dustağı edildi, digəri həbsə göndərildi TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şirvan şəhərində 1970-ci il təvəllüdlü Vüqar Bekmatov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əlizamana xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 18-də şəhərin Vidadi küçəsində yerləşən “Deman” adlı kafedə baş verib. 
Vüqar həmin gün saat 21 radələrində kafedə tanışı Əlizamanı bir neçə dəfə öz əyləşdiyi masaya çağırdıqdan sonra onun əyləşdiyi masaya gec gəlməsini, həmçinin zərərçəkmiş şəxsin spirtli içkinin təsiri altında onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək mübahisə yaradıb. 
Vüqar silah qismində istifadə etdiyi pivə bakalı ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə qəsdən bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun qohumudur: 
“Avqustun 18-də, təxminən saat 19:00-da “Deman” adlı kafedə oturaraq Valeri ilə birlikdə əvvəlcə pivə içdim. Daha sonra qohumum olan Əlizamana zəng edərək görüşmək istədiyimi bildirdi. Saat 21:00-da isə kafeyə gəldim. Zərərçəkmiş şəxs həmin kafedə digər masada əyləşdiyini gördüm. Mənim onunla görüşmək istəməkdə məqsədim onu spiritli içki içməkdən çəkindirmək olub. Kafedə Əlizaman tanımadığım şəxslərlə birlikdə domino oynadığını və spirtli içki içdiyini müşahidə etdim.  Əlizamana spirtli içki içməsinə irad tutdum və yanıma çağırdım. Əlizaman domino oynadığını deyərək, gözləməyimi istədi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra təkrar Əlizamanı çağırıb: 
“Əlizaman bundan sonra yanıma gələrək əyləşdi. O, yüksək dozada spirtli içki qəbul etdiyi üçün danışığını bilmədi. Stolda olan pivə dolu bakalı üstünə dağıtdı və ətrafda olan kənar şəxslərin yanında ünvanıma ucadan nalayiq ifadələr işlətdi. Bundan qəzəblənərək Əlizamanın baş nahiyyəsinə bir dəfə bakal ilə vurdum. Bizi ətrafda olan şəxslər ayırdı. Bundan sonra evinə getdim”.
Vüqar bildirib ki, təxminən saat 23:00-da həyətdə Valerinin oğlu İlhamla oturaraq söhbət ediblər:
“Valeri isə yuxarıda yatmışdı. Bu vaxt qapının döyüldüyünü, Əlizamanın məni küçəyə çağırdığını gördüm. Küçəyə çıxdıqda Əlizaman əlində olan bıçaqla mənə hücum etdi. Sağ çiynimdən və sağ qolumun çiyinə birləşən hissəsindən, eyni zamanda sol qol altı hissələrimdən vuraraq xəsarətlər yetirməyə başladı. Küçəyə Valerinin oğlu çıxdıqda artıq Əlizaman bıçağı kənara atmışdı və uzaqlaşaraq oradan getmişdi”.
İş üzrə zərərçəkmiş Əlizamanın sözlərinə görə, təqsirləndirilən şəxsi uzun müddətdir tanıyır, əvvəllər  heç bir ədavətləri olmayıb, dost münasibətində olublar: 
“Avqustun 18-də, təxminən saat 19:00-da Vüqar zəng vuraraq harada olduğumu soruşdu. Mən evdə olduğumu dedim. Vüqar məni Şirvan şəhərində yerləşən “Deman” adlı kafeyə çağırdı. Təxminən saat 20:00-da kafeyə  gəldim. Təqsirləndirilən şəxsin orada olmadığını gördüm. Gedərək mağazadan spirtli içki aldım və yenidən kafeyə qayıtdım. Almış olduğum spirtli içkini tək içə-içə kafedə olan digər şəxslərlə damino oynamağa başladım. Həmin vaxt Vüqar kafeyə gələrək digər masada əyləşdi. Məni yanına çağırdı. Mən isə oyunumu bitirərək gələcəyimi söylədim. Vüqar mənimlə razılaşaraq gözlədi. Təxminən saat 21:15-də “domino” oynayarkən içkini bitirdikdən sonra Vüqar təkrarən məni masaya çağırdı. Vüqarın əyləşdiyi masaya əyləşdim. Sonra Vüqar içkini azaltmam ilə bağlı iradını bildirdi. 
Mən isə bu iradına etiraz olaraq əlimdə olan pivə bakalını Vüqara atdım. Bundan sonra o, başında küt ağrı hiss etdi. Spiritli içkinin təsiri altında olduğumdan hesab edirəm ki, məni Vüqar pivə bakalı ilə vurub. Zərbənin təsirindən başımdan xəsarət aldığımı və qan axdığını gördüm. Həmin vaxt kafedə xeyli adamlar olub və onlar anidən bizə baxıblar. Mən qəzəblənərək, ətrafda kənar şəxslərin olmasına baxmayaraq təqsirləndirilən şəxsi dayanmadan yumruq zərbələri endirməyə və ona ucadan nalayiq, qeyri-etik ifadələr işlətməyə başladım. Vüqar bundan sonra zərbələrin təsirindən yerə yıxıldı. Ətrafda olan insanlar bizi ayırmaq istədilər. Mən təkrar Vüqarın kafenin çölündə olduğunu gördüm və onu vurmaq üçün yanına getdim. Kənarda olan şəxslər məni kənara çəkdi. Bundan istifadə edən Vüqar oradan uzaqlaşdı”. 
Zərərçəkmiş qeyd edib ki, bu hadisə ona pis təsir etdiyindən Vüqarı cəzalandırmaq qərarına gəlib: 
“Vüqarın Valerinin evində qaldığını bildiyimə görə yaşadığım evə getdim. Bıçaq götürərək Vüqara xəsarət yetirmək məqsədi ilə Valerinin evinə yollandım. Vüqarın həyətdə oturduğunu gördüm və çölə çıxmasını bildirdim. 
Bundan sonra Vüqar çölə çıxdı. Mən spirtli içkinin təsiri altında olduğumdan Vüqara kor təbii şəkildə əlində olan tiyəsi qırıq bıçaqla vuraraq xəsarətlər yetirdim. Həmin vaxt Valerinin oğlu da küçəyə çıxdı. Daha sonra bıçağı ataraq uzaqlaşaraq oradan getdim”.
Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 2 il 11 ay 26 gün  müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, Energetik küçəsində olan evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməsi qadağan olunub. 
Ona cəzaçəkmə müddətində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. Cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Təqsirləndirilən şəxsin kütləvi və digər tədbirlər təşkil  etməsi, belə tədbirlərdə iştirak etməsi qadağan edilib. Onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulub.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Əlizamanın barəsində də ayrıca icraatda cinayət işi başlanıb. Onun barəsində də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilib. Bu iş üzrə isə zərərçəkmiş Vüqar tanınıb. 
Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Əlizaman 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Qeyd edək ki, Əlizaman bundan əvvəldə məhkum olunub. O, 2021-ci ildə Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə mühakimə edilib, 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum olunub. 
O, 2022-ci ildə cəzasının sonu ilə azad olunub. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri