Icma.az
close
up
RU
Bakıda qohumların mübahisəsi cinayətlə nəticələndi TƏFƏRRÜAT

Bakıda qohumların mübahisəsi cinayətlə nəticələndi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda 1985-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əlvan Şirvanovun cinayət işinə baxılıb. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozunda yerləşən “İmam Həsən” məscidinin yaxınlığında baş verib. 
Hüseyn Həsənovun (ad-soyadlar şərtidir – red.) təqsirləndirilən şəxsə anasının Binə sovxoz “İmam Həsən” məscidi küçəsində yerləşən fərdi yaşayış evinin əşyalarının satmasını və həmin evə nəzarət edilməsinin ona da tapşırılmasını bəhanə gətirib. 
O, heç bir əsaslı səbəb olmadan şəxsi münasibətlərinin pozulması zəminində əvvəllər də xəbərdarlıq etməklə cəzalandırmaq üçün görüşə çağırdığı zərərçəkmiş şəxs ilə həmin küçədə mübahisə yaradıb, digər şəxslərin gözü qarşısında xuliqanlıq niyyəti ilə onu söyüb. 
O, zərərçəkmiş şəxsin köynəyinin yaxasından tutaraq özünə tərəf çəkib və bir dəfə yumruq ilə gözündən, bir dəfə yumruq ilə sifət nahiyyəsindən qəflətən ani olaraq zərbə vurub. 
Hadisəni törədən təqsirli bilinən şəxsin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun qohumudur, onların arasında münasibətlər yaxşı olub: 
“Hüseyn ailə üzvləri ilə birlikdə RusiyaFederasiyasında yaşayırdı. Lakin hadisədən təxminən 2 il əvvəl oradan deportasiya olundu. Bundan sonra anası ona yaşaması üçün Binə qəsəbəsində bizimlə qonşuluqda fərdi ev aldı və həmin evin açarlarının bir nüsxəsini də mənə verdi, Hüseynə nəzarət etməyimi xahiş etdi. 
Mən də anasının sifarişi ilə mütəmadi olaraq onun yaşadığı evə gedirdim. Hər dəfə getdiyimdə evin əşyalarının yerində olmamasını aşkar etmişəm. Bu barədə öz anama məlumat verdim və bu gedişlə Hüseyni  tənbəh etmək üçün cəzalandıracağımı dedim. Həmçinin Hüseyni əməlləri ilə bağlı onun anasına da məlumat verdim və anamın ağlaması dərd çəkməsinə görə tam olaraq qərar verdim ki, onu cəzalandıracam”.
Məhkum qeyd edib ki, hadisə günü atası və dostu ilə birlikdə yaşadığı evə gedərkən məscidin yanında yerləşən dükanın yaxınlığında maşını saxlayıb: 
“Atam mağazaya alış veriş üçün getdi. Bu vaxt mən və dostum maşında qalmdıq. Həmin vaxt Hüseynin qarşıdan gəldiyini gördüm. Onunla söhbət etmək üçün maşından düşüb ona yaxınlaşdım. Hüseynə etdiyim əməldən utanmalı olduğunu və bir daha belə əməllər etdiyi halda onu yenidən cəzalandıracağımı dedim, onun sifətindən bir dəfə şillə ilə vurdum. Bu vaxt Hüseynin yenidən yaxasından tutdum və onu vurmaq istədim. Bu zaman dostum maşından düşərək tez yanımıza çatdı və atam da həmin vaxt mağazadan çıxdığı üçün qaçaraq yanımıza gələrək bizi ayırdılar. Mən ona başqa zərbə vurmamışam,  heç bir xəsarət yetirməmişəm”. 
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs böyrək çatışmazlığından və beyin ödəmi səbəbindən vəfat edib. 
Məhkəmənin hökmü ilə Ə. Şirvanov  Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib. 
Cinayət işini icraatına Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, onun ölümü səbəbindən xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri