“Qol olacağını gözləyirdim, amma bu qədər baxımlı alınacağını ağlıma belə gətirməzdim” Ramin Məhərrəmovun ə AÇIQLAMASI VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın II Futbol Liqasının 12-ci turunda keçirilən “Quba” - “Xankəndi” matçında cərimə zərbəsindən vurulan gözəl qol sosial şəbəkələrdə gündəm olub.
İdman.Biz-in məlumatına görə, həmin qola imza atan Ramin Məhərrəmov hesabı bərabərləşdirsə də, oyun “Quba”nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Müdafiəçi ilə əlaqə saxlayaraq, vurulan zərbənin təsadüfən, yoxsa məqsədyönlü icra edildiyini dəqiqləşdirdik.
“Qapıya hazırlıqlı zərbə vurdum. Rəqib komandanın qapıçısını yaxşı tanıyıram, zədədən sonra belə toplardan çəkinir. Açığını deyim, gözləyirdim ki, topu qarşısına qaytaracaq və zərbəni kimsə tamamlayacaq. Yəni qol olacağını gözləyirdim, amma bu qədər gözəl alınacağını heç gözləmirdim”, - deyə Ramin Məhərrəmov bildirib.
O, nəticənin ədalətli olmadığını da vurğulayıb:
“Təkcə heyf ki, uduzduq. Hesab oyuna görə deyildi. Bu matçı izləyən hər kəs təsdiq edər ki, “Xankəndi”nin qolu ofsayd vəziyyətindən vuruldu. II Liqada da VAR olsaydı, oyun minimum heç-heçə bitərdi”.
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Dekabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















