Icma.az
close
up
RU
Abel Məhərrəmovun yubileyidir

Abel Məhərrəmovun yubileyidir

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Qərbi Azərbaycanın Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmovun bu gün ad günüdür. 75 illik yubileyi münasibətilə dəyərli ziyalımızı, alimimizi İcmamızın rəhbərliyi və bütün üzvləri adından ürəkdən təbrik edirəm.

Abel müəllimin gənclərimizə örnək olan həyat yolu və fəaliyyəti barədə qısa xatırlatma etməyi vacib bilirəm.

Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub.

1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib.

Həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurub.

1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi altında “İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1991-ci ildə “Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və həmin ildən “Üzvi kimya” kafedrasının professorudur.

1999-cu ildə BDU-nun rektoru təyin olunub, 2018-ci ilə qədər ona rəhbərlik edib. Hazırda isə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri kimi fəaliyyət göstərir.

III (2005–2010) və IV (2010–2015) çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ən əsası isə, Abel müəllim elini-obasını, millətini, dövlətini sevən, dövlətçiliyə sadiq, cənab Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyən bir ziyalıdır. Bu gün Onun Qərbi Azərbaycan İcmasındakı fəaliyyəti gücümüzə güc qatır.

Bir daha təbrik edirik.

Əziz Ələkbərli

Qərbi Azərbaycan İcmasının rəhbəri,

Milli Məclisin deputatı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Yanvar 2025 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see647

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see277

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see265

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see251

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see233

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see233

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see223

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see214

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see205

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see197

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see193

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see193

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see187

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see186

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see183

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see182

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see178

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see176

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see170

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri