Qolsuz “Sumqayıt”ı gözləyən ağır qrafik
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sumqayıt”ın qolsuz oyunlar seriyası 7-yə çatıb.
“Futbolpress.az“ın məlumatına görə, “kimyaçılar” sonuncu dəfə ötən ilin dekabrında “Neftçi” ilə matçda qol vurub. Komanda həmin görüşü 2:0 hesablı üstünlüklə bitirib.
Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv bundan sonra keçirdiyi 7 matçda nə qələbə qazanıb, nə qol vurub. 1-i kubok, 6-sı çempionat olmaqla komanda 4 oyunda heç-heçə edib, 3-də uduzub.
Turnir cədvəlinin 6-cı sırasında qərarlaşan “kimyaçılar” sonuncu pillədəki “Səbail”dən cəmi 5 xal öndədir. Autsayderlər zonasına yaxınlaşan “Sumqayıt”ı qarşıda daha ağır qrafik gözləyir. Belə ki, komanda növbəti turda “Zirə”ni qəbul edəcək, daha sonra “Neftçi” səfərinə yollanacaq. Bu görüşlərdən sonra “Sabah”la kubokun cavab oyununa çıxacaq “gənclik şəhəri” təmsilçisi bundan sonrakı çempionat matçında isə “Qarabağ”ı qəbul edəcək.
Şahin Cəfərov
Baxış sayı:62
Bu xəbər 10 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















