Icma.az
close
up
RU
Tovuzun dağı da, aranı da qonaqlara “gəl gəl” deyir

Tovuzun dağı da, aranı da qonaqlara “gəl gəl” deyir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rayonda turizm məkanları sürətlə çoxalır

Bəzən bir yerin turizm imkanlarından danışanda ilk olaraq orada neçə hotelin, neçə istirahət mərkəzinin olduğunu hesablayırıq. Amma mənə elə gəlir ki, məsələ bir qədər başqa cür qoyulmalıdır: ora getməyə dəyərmi?

Əslində, Tovuz haqqında bu sualın cavabı çoxdan bəllidir. Bəli, dəyər! Həm də təkcə bir dəfə yox. Çünki Tovuz elə rayonlardandır ki, bir tərəfdən baxanda qarşına Kür vadisinin düzənliyi çıxır, bir qədər yol gedəndən sonra mənzərə dəyişir, dağətəyi ərazi başlayır, sonra meşə, çay, bulaq, sıldırım qayalar… Rayonun relyefində orta dağlıq, alçaq dağlıq və dağətəyi sahələrin bir-birini əvəz etməsi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu təsadüfi üstünlük deyil. Bu, turizm üçün təbiətin Tovuza verdiyi, necə deyərlər, hazır sərmayədir. Üstəlik, söhbət kiçik bir yaşıllıq zolağından getmir. Rayon ərazisinin 30 min hektardan çoxunu meşələr örtür. Fısdıq, vələs, palıd, ağcaqayın meşələri Tovuzun dağlıq hissəsinin mənzərəsini tamamlayır. 
Tovuzun turizm xəritəsini çəkəsi olsaq, mən ilk nöqtəni Əsrik dərəsindən başlayardım. Tovuzlular Əsriyin nə olduğunu yaxşı bilirlər. Amma məsələ ondadır ki, onu bütün Azərbaycan eyni dərəcədə tanımır axı. Əsrik tərəfləri, Ağbulaq, Böyük Qışlaq və dağ kəndlərinə uzanan yollar sadəcə yayda sərinləməyə gedilən yerlər deyil. Buralarda kənd və ekoturizmin, piyada marşrutlarının, ailəvi istirahətin inkişafı üçün çox böyük imkan var.
Təsəvvür edin: şəhərin səsindən çıxıb dağ kəndində bir evdə gecələyirsən. Səhər həyət yumurtası, təndir çörəyi, yerli pendir, bal süfrəyə gəlir. Günorta meşə yolu ilə gəzirsən, axşam samovar çayı içirsən. Bunun üçün beşulduzlu otelmi lazımdır? Yox əlbəttə! Əksinə, bəzən turist məhz beşulduzlu hoteldən qaçıb belə həyatı axtarır. 
Rayonun başqa bir böyük üstünlüyü onun tarixidir. Burada turistə əyani olaraq nə istəsən göstərə bilərsən. Göytəpə qədim yaşayış yeri, Torpaqqala, Köhnəqala, Sultan körpüsü, Tağlı körpü, Koroğlu qalası, Haçaqaya, Kürboyu qədim məbədlər… Bunlar Tovuzun rəsmi tarixi abidələri sırasındadır. Xüsusilə Göytəpənin özü əvəzolunmaz bir məkandır. 
Yəni Tovuzda təbiətdən birbaşa tarixə keçmək üçün uzağa getmək lazım deyil. Bir gün dağ kəndində olursan, başqa gün qədim yaşayış məskəninin izlərini görürsən, sonra şəhərə qayıdıb tamam başqa Tovuzla qarşılaşırsan.
Amma məncə, Tovuz turizminin ən böyük üstünlüklərindən biri hələ lazımınca qiymətləndirilməyib, araşdırılmayıb. Bu, Tovuz süfrəsidir. Azərbaycanın rəsmi turizm portalı da son dövrdə Tovuzu ayrıca qastronomik istiqamət kimi təqdim edir. Portal rayon mətbəxinin əsas xüsusiyyətini yerli, mövsümi məhsullara söykənən sadə və təbii yeməklərdə görür və Tovuza məxsus yeməklər sırasında çəpiş pörtləməsini xüsusi qeyd edir. Əslində isə Tovuzun kənd həyatı özü böyük bir qastronomik marşrutdur. Bağdan dərilən meyvə, bostandan gələn tərəvəz, kənd pendiri, qaymaq, bal, təndir çörəyi, ət yeməkləri, illərdən bəri ailələrdə qorunub saxlanan reseptlər…
Turist üçün bunların hər biri məhsuldur. Hətta kəndlər üzrə kiçik marşrutlar yaratmaq mümkündür: bir kənddə səhər yeməyi, digərində arıçılıq təsərrüfatına baxış, başqa bir yerdə meyvə bağları, axşam isə dağ kəndində yerli mətbəx. Belə olanda turist Tovuza baxıb getmir. Tovuzda yaşayır – heç olmasa bir-iki günlük. Turizmdə ən böyük qazanc da elə buradan başlayır. Çünki rayondan avtomobillə keçən adam turist deyil. Maşından düşüb çay içən artıq rayonda pul xərcləyir. Gecələyən isə hotelə, kənd evinə, restorana, mağazaya, fermerə, taksiyə qazanc gətirir. Bir gecə iki gecəyə çevriləndə turizmin yerli iqtisadiyyata təsiri tamam dəyişir.
Bu baxımdan Tovuzun coğrafi mövqeyi də əlverişlidir. Rayon Azərbaycanın şimal-qərbində, Gürcüstan istiqamətində yerləşir; Gürcüstanla həmsərhəddir və ölkənin qərb nəqliyyat istiqamətinin üzərindədir. Deməli, məsələ yalnız Bakıda yaşayan adamı “Tovuza istirahətə gəl” deyə çağırmaqdan ibarət deyil. Tovuzdan keçən insanı Tovuzda saxlamaq lazımdır. Bir lövhə ilə yox. Maraqla. “Buradan 20 kilometr aralıda bunu görə bilərsiniz”. “Bu kənddə bu yeməyi dada bilərsiniz. “Bu marşrut sizi meşəyə aparacaq”. “Burada gecələyib səhər dağa qalxa bilərsiniz”. Bəli, turizm belə yaranır. Hazırda Tovuzda müəyyən yerləşmə infrastrukturu da mövcuddur. AYAN PALACE, Arena Hotel Tovuz, Dio’s Mansion və İzel Otel kimi gecələmə yerləri var. Bu adları ona görə qeyd edirəm ki, Tovuz turizmə tamamilə sıfırdan başlamır. Ancaq böyük turizm istiqamətinə çevrilmək üçün təkcə yataq yeri kifayət deyil.
Tovuzda isə həmin səbəblər kifayət qədərdir. Təbiət var. Dağ var. Meşə var. Çaylar, bulaqlar var. Tarix var. Arxeologiya var. Kənd həyatı var. Özünəməxsus mətbəx var. Ən əsası isə bütün bunların böyük hissəsi hələ kütləvi turizmin əlində öz təbiiliyini itirməyib. Bəlkə Tovuzun ən böyük üstünlüyü də elə budur.
İndi turistlər getdikcə daha çox süni yaradılmış əyləncədən deyil, həqiqi yerdən, həqiqi kənddən, həqiqi süfrədən, həqiqi insandan zövq almaq istəyirlər. Tovuz bunların hamısına qadirdir. Amma potensialla nəticə arasında həmişə bir yol var. Dağ kəndlərinə gedən yolların vəziyyəti, istiqamət nişanları, sanitar qovşaqlar, dayanacaq yerləri, mobil rabitə və internet imkanları, təhlükəsiz piyada marşrutları, bələdçi xidməti, kənd evlərinin turist qəbuluna hazırlanması, tarixi abidələrin yanında məlumat lövhələri, elektron xəritələr və ən əsası peşəkar tanıtım – bunlar olmadan ən gözəl təbiət belə yalnız yerli əhalinin tanıdığı gözəllik olaraq qala bilər.
Tovuzun qarşısındakı məsələ yeni dağ yaratmaq deyil. Dağ onsuz da var. Yeni meşə yaratmaq deyil. Meşə də var. Tarix uydurmaq da lazım deyil. Tarix torpağın altından belə üzə çıxır. Lazım olan bunları bir marşrutda birləşdirməkdir. Məsələn, niyə “Tovuzda üç gün” adlı hazır turizm marşrutu olmasın? Birinci gün – şəhər, tarix və yerli mətbəx. İkinci gün – Əsrik vadisi və dağ kəndləri. Üçüncü gün – Göytəpə və digər tarixi-arxeoloji məkanlar, kənd təsərrüfatı və yerli məhsullarla tanışlıq. Bunun ardınca kənd evləri, ailəvi qonaq evləri, kiçik etno-obyektlər, yerli məhsul satış məntəqələri yarana bilər. Bir kənd sakini turistə otaq verər, digəri səhər yeməyi hazırlayar, biri bələdçilik edər, biri balını, pendirini, meyvəsini satar. Beləcə, turizmdən gələn pul bir nəfərin cibinə yox, çoxlarının ailə qazancına çevrilər. Tovuz üçün turizmin əhəmiyyəti də bundadır.
Burada söhbət yalnız rayona daha çox qonaq gətirməkdən getmir. Turizm dağ kəndində yaşayan insanın öz yurdunda qazanc əldə etməsinə, kiçik ailə bizneslərinin yaranmasına, yerli məhsulun dəyərinin artmasına, qədim adətlərin və mətbəxin qorunmasına da xidmət edə bilər.
Və bir məsələni də  unutmayaq. Tovuz Azərbaycan üçün, sadəcə, gözəl təbiəti olan qərb rayonu deyil. Bu torpağın adı son illərin yaddaşında həm də mərdlik və Vətən sevgisi ilə yaşayır. 2020-ci ilin iyul Tovuz döyüşləri bu bölgənin adını bütün Azərbaycanın yaddaşına başqa bir duyğu ilə də yazdı. Ona görə gələcəkdə burada yaradılan turizm marşrutlarında tarixi yaddaş və vətənpərvərlik xətti də öz layiqli yerini tapa bilər. Bütün bunları bir yerə toplayanda mənzərə aydın görünür. 
Tovuzun turizm üçün nəyisə axtarıb tapmasına ehtiyac yoxdur. Tovuzda axtarılanların çoxu artıq var. Sadəcə, onları göstərmək, tanıtmaq, bir-birinə bağlamaq və gələn qonağa demək lazımdır.
Tovuza yolüstü baxıb keçmə. Bir az dayan. Dağlarına qalx. Meşəsinin havasını al. Kəndinə get. Süfrəsində otur. Tarixinə toxun. Onda bəlkə də Tovuzdan keçib gedən adam növbəti dəfə bura təkcə keçmək üçün yox, məhz Tovuzun özünə gələcək, oranı seçəcək.
H.ZEYNALOĞLU
XQ-nin Gəncəbasar müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri