Icma.az
close
up
RU
Qonşu ölkə azyaşlılara enerji içkisi satışını yasaqladı bəs Azərbaycan?

Qonşu ölkə azyaşlılara enerji içkisi satışını yasaqladı bəs Azərbaycan?

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Rusiyada yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan edilib. Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb. İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş müddəaya görə, bu qaydaya əməl etməyən vətəndaşlar 30-50 min rubl, vəzifəli şəxslər 100-200 min rubl, hüquqi şəxslər isə 300-500 min rubl məbləğində cərimələnəcək.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu qərarın gənc nəslin sağlamlığının qorunması üçün qanunvericilik səviyyəsində aparılan sistemli işin davamı olduğunu vurğulayıb.

Azərbaycanda da belə bir qadağa rəsmiləşə bilərmi?

Hazırda gənclərin sevə-sevə içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura bilməsi ehtimallarıdır.

Artıq illərdir ki, enerji içkiləri uşaqdan böyüyə qədər heç bir məhdudiyyət qoyulmadan hər kəsə satılır. Halbuki mütəxəssislərin sözlərinə görə, istehsal zamanı orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunduğundan bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də normal maddələr mübadiləsinə mənfi təsir göstərir. Enerji içkilərindən müntəzəm istifadə nəticəsində baş verən qəfil ölüm hadisələrinə də məhz gənclər və yeniyetmələr arasında rast gəlinir.

Mütəxəssislər vurğulayırlar ki, mağazalarda satılan bir banka enerji içkisinin tərkibində 0,5 litr su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və digər qarışıqlar var.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı yaş məhdudiyyəti hüquqi müstəvidə rəsmiləşməyib, bu içkilər yeniyetmərə tövsiyə olunmur, amma məcburi xarakter daşımır.

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Əslində Azərbaycanda da enerji içkilərinin satışı qadağan olunmalıdır. Ölkəmizdə gənclərin ən böyük problemlərindən biri də məhz budur. Təəssüf ki, bu sahəyə yetərincə diqqət yetirilmir. Bir çox hallarda biznes maraqları sağlamlığın önünə keçir və qarşısını almaq üçün müxtəlif yollar axtarılır. Hətta bəzən qanun qəbul edilsə belə, onun işləmədiyini müşahidə edirik. Bu səbəbdən bu məsələ son dərəcə narahatedici xarakter daşıyır və ciddi şəkildə üzərində düşünülməlidir.

Fikrimcə, burada əsas narahatedici məqam odur ki, artıq gənclərin xeyli hissəsi bu vərdişin fəsadlarını yaşamağa başlayıb. Çox vaxt göstərilən laqeydlik də bu vəziyyətin yaranmasında rol oynayır. Ona görə də bu sahədə qəti addımların atılması vacibdir”.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov da enerji içkilərinin satışının qadağan olunmasının tərəfdarı olduğunu deyib: “Enerji içkiləri ilə bağlı məsələ hər zaman gündəmdədir. Davamlı olaraq satışa buraxıldığından bəri bu sahədə müzakirələr dayanmadan davam edir. Çünki bu enerji içkilərinin xüsusən gənclər tərəfindən sıx şəkildə istifadə olunması müxtəlif fəsadlara səbəb ola bilir. Bu fəsadlar nədən ibarətdir?

İlk növbədə, bu içkilər tərkib baxımından olduqca qeyri-müəyyən və bir-birindən xeyli fərqlənirlər. Hər dəfə yeni bir növü ortaya çıxır və onların tərkibi barədə əhalidə dəqiq, doğru-düzgün məlumat yoxdur.

Ümumilikdə qeyd edə bilərəm ki, bu içkilər həm psixoloji, həm də fiziki asılılıq yarada bilirlər. Beyinə olduqca asanlıqla enerji ötürən maddələr qismində, davamlı olaraq ümumi gümrahlıq hissi yaratmaq məqsədilə gənclik tərəfindən qəbul edilir. Amma bu içkilər qəbul zamanı bir sıra əlavə təsirlər də verə bilir. Xüsusən insanlarda yuxusuzluq, əsəbilik meydana çıxır, ürək döyüntüləri artır.

Qan təzyiqində və şəkərin miqdarında artım müşahidə olunur. Çünki bu içkilərin tərkibində lazım olandan artıq miqdarda şəkər olduğu barədə məlumatlar var.

Həmçinin bu kimi içkilər mədə-bağırsaq sisteminə zərərli təsir göstərir, mədə-bağırsaq sisteminin divarını aşındırır. Bütün bunlar isə ümumilikdə sağlamlıq və həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaran patologiyalara səbəb ola bilir. Xüsusilə narahatedici cəhət ondan ibarətdir ki, bu içkilər qəbul edildikcə onları daha sıx və daha çox qəbul etmək tələbatı yaranır ki, bu da təhlükənin nə qədər böyük olduğunu göstərir.

Əlbəttə ki, bu içkilərin tərkibinin müvafiq qurumlar tərəfindən diqqətlə öyrənilməsi və əgər doğrudan da sağlamlığa qeyd etdiyimiz şəkildə zərərləri təsdiqlənərsə, onların satışının dayandırılmasında böyük fayda var”.

“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri