Qonşu ölkədə kartof od tutub yanır Bir ildə kəskin bahalaşma
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,3 rubl (0,46 manat) təşkil edib.
Ötən il Rusiyada 8,5 milyon ton kartof yığılması rekord məhsula səbəb olmuş, nəticədə qiymətlər kəskin ucuzlaşmış və istehsalın rentabelliyi aşağı düşmüşdü. Buna cavab olaraq fermerlər kartof əkini sahələrini son 18 ilin minimum səviyyəsinə qədər azaldıblar. 2026-cı ildə isə bunun nəticəsində qiymətlər kəskin yüksəlib.
Bahalaşmaya yanacağın yüksək qiyməti, işçi qüvvəsi çatışmazlığı və idxal olunan kənd təsərrüfatı texnikasından asılılıq da təsir edib.
“Borş dəsti”nə daxil olan digər tərəvəzlər də bahalaşıb. Kələmin qiyməti 32 faiz, soğanın 28 faiz, çuğundurun 23 faiz, yerkökünün isə 17 faiz artıb.
Bununla belə, kartof qıtlığının olmadığı bildirilir. Hazırda Rusiyanın ticarət şəbəkələrində satılan kartofun 80 faizdən çoxu ölkə daxilində istehsal olunur.
Baxış sayı:76
Bu xəbər 03 Oktyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















