Icma.az
close
up
RU
Qonşu ölkənin ekoterror üz qaralığı da var

Qonşu ölkənin ekoterror üz qaralığı da var

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Otuz illik işğal dönəmi yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza böyük çətinliklər yaşatdı, onlar ağrı-acı ilə üzləşdilər, torpaq həsrəti çəkdilər. Bu ağrı-acını bizimlə bərabər təbiətimiz, suyundan içdiyimiz bulaqlarımız, çaylarımız, qoxusunu aldığımız torpağımız, çəmənlərimiz, yaşıl meşələrimiz də yaşadı. Ərazilərimiz erməni işğalından azad olunandan sonra təbiət də sevindi, çünki onu yaşadan, qoruyan sahiblərini, əbədi sakinlərini ağuşuna aldı.

İşğaldan azad edilmiş ərazilərdə erməni vandallarının törətdikləri vəhşiliklərin foto-video görüntülərinin, doğma yurda qayıdanlar canlı şahidi olublar. Mənfur qonşularımız uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı da düşmən münasibəti sərgiləyiblər. Yeraltı və yerüstü sərvətlərimizin məqsədli şəkildə talan edilməsi nəticəsində bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekosisteminə ciddi ziyan dəyib.

Əlbəttə, hazırda bu ərazilərin yenidən dirçəldilməsi üçün dövlətimiz tərəfindən sanballı işlər görülür. Eyni zamanda, Ermənistanın törətdiyi ekoloji terrora görə beynəlxalq məsuliyyətə cəlb olunması üçün də fəal iş aparılır. Fevralın 12-də Azərbaycan tərəfi Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (Bern Konvensiyası) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, iddia sənədində Ermənistanın Bern Konvensiyasına dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra Ermənistanın ətraf mühiti məhv etməsinə, dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növləri qoruya bilmədiyinə dair dəhşətli faktlar üzə çıxarıb. 2023-cü il yanvarın 18-də Azərbaycan həmin dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 2023-cü il sentyabrın 15-də Arbitraj Məhkəməsinin tərkibi təsdiqlənərək, 2024-cü il aprelin 12-də Haaqada Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib. Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir.

Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı dediyi sözləri xatırlatmaq yerinə düşər: “Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər”.

* * *

Bəli, Azərbaycan Ermənistan tərəfindən canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən təzminat tələb edir. Söhbət ermənilərin işğalı etdikləri Azərbaycan ərazilərinin bir hissəsində yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə vurulan ziyandan, o cümlədən meşələrin kütləvi şəkildə qırılmasından, yeraltı və yerüstü sərvətlərinin vəhşicəsinə talan edilməsindən gedir.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanda yaşı 2000-dən çox olan qədim ağacların minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin ciddi ziyan gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki Şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçayda balıqların kütləvi şəkildə ölü tapıldığını, işğal olunmuş ərazilərdə mədənçiliyin “suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə” səbəb olduğunu sənədləşdirib. Ermənistan tərəfindən törədilən ekosid hələ də bir neçə qorunan balıq və fauna növünü təhdid edir.

Oxucuların nəzərinə çatdıraq ki, ermənilərin təbiətə, ekosistemə vurduqları ziyanın miqyası ölkəmiz tərəfindən araşdırılmaqdadır. Bu günlərdə Azərbaycan QHT-ləri tərəfindən hazırlanan Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair rəqəmsal xəritə ictimaiyyətə təqdim olunub. “Environmental Protection First” (EPF) Koalisiyası Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritə haqqında məlumat verib. İnfobank mahiyyətli rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərində hazırlanıb.

“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bu unikal resurs üzərində peşəkar komandanın bir ildən çox iş apardığını bildirdi: “Environmental Protection First” Koalisiyası 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə buraxıb. Bizim Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarına əsaslanan rəqəmsal xəritəmiz həmin xəritənin bazasında ərsəyə gətirilib. Amma yeni materiallarla xeyli zənginləşdirilib. İnteraktiv xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazilər, əsas çirkləndirici müəssisələr, onların ziyanlı maddələrlə hansı çayları çirkləndirməsi barədə məlumatlar təqdim olunur. Ermənistanda dövlət qurumları bu barədə susmağa üstünlük verir, amma biz xəritələri həm də erməni dilində hazırlayırıq ki, yerli ictimaiyyət ondan gizlədilən ekoloji cinayətlərdən agah olsun. Peşəkar kartoqrafik əsər olan xəritə müasir “WGS-84” koordinat sistemində yığılıb, klikləmə üsulu ilə obyektlər haqqında ətraflı məlumata malikdir. Xəritənin altlığı həm topoqrafik, həm də kosmik görüntülüdür. Burada xammal emalı müəssisələrinin, istismar edən şirkətlərin adları, ətraf mühitə təsirləri haqqında məlumatlar, foto və videolar verilib”.

* * *

Ermənistanın Cənubi Qafqazı ekoloji fəlakət bölgəsinə çevirməsi beynəlxalq miqyasda narahatlıq yaradıb. Bu mənada, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı mübarizəsi dünyanın bir sıra ekoloji təşkilatları tərəfindən alqışlanıb. Bir daha vurğulayaq ki, Qarabağın və Şərqi Zəngəzurun şirin su ehtiyatlarının Ermənistanın sənaye və kənd təsərrüfatı çirkabı ilə mütəmadi olaraq çirkləndirilməsi buradakı canlı ekosistemlərə ciddi ziyan vurur. Ermənistan ərazisindən keçən Araz çayı və onun sol qolları daha çox çirklənməyə məruz qalır. Bu çaylardan biri olan Oxçuçayın ümumi uzunluğunun 40 kilometrlik hissəsi Ermənistan ərazisinə düşür. Bu hissədə Ermənistanın bir sıra şəhər və kəndləri, həmçinin iri dağ-mədən sənaye müəssisələri yerləşir. Bunun nəticəsi olaraq çayın suyu ağır metallar, digər zərərli kimyəvi elementlərlə, məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilir.

Bir sözlə, mənfur xislətli, təbiət qənimi olan ermənilər işğal dövründə həyata keçirdikləri ekoloji cinayətləri indi də müxtəlif şəkildə davam etdirirlər. Ermənilərin Azərbaycanın ekosistemə vurduqları ziyan həm də qonşu ölkələr üçün böyük təhlükədir. Ekocinayətlərinə görə Ermənistan dövləti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir və cavab verəcəkdir.

Azər MUSTAFAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see721

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see446

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see400

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see378

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see324

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see310

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see292

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see281

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see209

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see207

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see194

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see184

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see182

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see181

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see180

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see176

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see175

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see174

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see172

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri