“Qonşularınızla yaxşı münasibətləriniz olmalıdır, Azərbaycan buna çalışır”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan fiziki infrastrukturun yaradılmasına, dəniz limanları, həmçinin dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayə yatırıb. Birmənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
“Qərb və Şərq baxımından Azərbaycan buna çalışır. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında yerləşir, bu da üstünlükdür. Lakin müvafiq infrastruktur olmasa, bunun mənası da hiss edilmir”, - dövlət başçısı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 14 Fevral 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















