Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Qonşularla hörmət və etimad üzərində qurulan siyasət

Qonşularla hörmət və etimad üzərində qurulan siyasət

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi ən fundamental prinsiplərdən hesab olunur. Bu prinsiplərin pozulması isə yalnız iki dövlət arasında münasibətləri deyil, bütövlükdə regionda sabitliyi və təhlükəsizlik mühitini təhdid edir. Son günlərdə baş verən hadisələr, xüsusilə Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumları regionda gərginliyin süni şəkildə artırılmasına yönəlmiş təhlükəli addım kimi qiymətləndirilməlidir. Bu hücumların İran İslam Respublikası ərazisindən həyata keçirilməsi isə məsuliyyətin tam şəkildə həmin dövlətin üzərinə düşdüyünü göstərir. Mülki infrastruktura qarşı dron zərbələrinin endirilməsi beynəlxalq humanitar hüququn və dövlətlərarası münasibətlərin qəbul edilmiş norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Xüsusilə mülki vətəndaşların istifadə etdiyi obyektlərin, o cümlədən hava limanlarının hədəfə alınması bu addımın hərbi deyil, daha çox siyasi və psixoloji təzyiq xarakteri daşıdığını göstərir. Belə bir davranış dinc əhaliyə qarşı yönəlmiş təhlükəli hal kimi qiymətləndirilə bilər. Tarix boyu Azərbaycan regionda sülhün, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin tərəfdarı kimi çıxış edib. Dövlətimizin xarici siyasətində qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlər həmişə prioritet olub. Azərbaycan heç vaxt öz ərazisindən başqa dövlətlərə qarşı təhlükə mənbəyi yaratmayıb və regionda sabitliyin qorunmasına mühüm töhfələr verib. Baş vermiş hadisə həm siyasi, həm də mənəvi baxımdan ciddi təəssüf doğurur və münasibətlərə xələl gətirən addım kimi qiymətləndirilir. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi hər zaman humanizm və həmrəylik prinsiplərinə sadiq qalıb. Hətta çətin məqamlarda belə qonşu dövlətlərə dəstək göstərilməsi, humanitar yardımların təşkili və diplomatik etiketin qorunması Azərbaycanın dövlətçilik ənənəsinin tərkib hissəsidir. Prezident cənab İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı vermiş və bu münasibətlə diplomatik həmrəylik nümayiş etdirmişdir. Bu fakt Azərbaycanın riyakar deyil, səmimi və prinsipial siyasət yürüdən dövlət olduğunu bir daha sübut edir.  Bütün bunların fonunda Naxçıvan ərazisində mülki obyektin hədəfə alınması sülhə xidmət etmir, əksinə qarşılıqlı etimadı sarsıdır və gərginliyi artırır. 

Tarix göstərir ki, Azərbaycana qarşı yönəlmiş hər bir təxribat və təhdid sonda öz müəlliflərini peşman edib. Azərbaycan dövləti beynəlxalq hüquqa və diplomatik prinsiplərə sadiq qalaraq hadisəyə obyektiv qiymət verilməsini və məsul tərəfin aydın izahat təqdim etməsini gözləyir. Bununla yanaşı, dövlətimizin öz təhlükəsizliyini qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün hüquqi və siyasi vasitələrdən istifadə etmək haqqı vardır. Şübhəsiz ki, bu cür hücumlar cavabsız qalmayacaq və regionda sülhün qorunması üçün zəruri tədbirlər görüləcəkdir. Belə bir mərhələdə əsas məqsəd regionda gərginliyin dərinləşməsinə deyil, beynəlxalq hüquq normalarına əsaslanan ədalətli və məsuliyyətli münasibətlərin bərpa olunmasına nail olmaqdır. Azərbaycanın mövqeyi isə dəyişməzdir: suverenliyə hörmət, sülhə sadiqlik və dövlət maraqlarının qətiyyətlə müdafiəsi. Bununla yanaşı, baş verən hadisələr daha geniş kontekstdə də qiymətləndirilməlidir. Uzun illərdir ki, İran İslam Respublikası daxilində yaşayan milyonlarla azərbaycanlı müxtəlif formalarda təzyiq və məhdudiyyətlərlə üzləşir. Ana dilində təhsil hüququnun məhdudlaşdırılması, milli kimliyin ifadəsinə qarşı sərt münasibət, ictimai fəalların təqib edilməsi və cəzalandırılması bu siyasətin açıq təzahürləridir. Bu cür yanaşma yalnız insan hüquqları prinsiplərinə deyil, həm də regionda xalqlar arasında etimad və qarşılıqlı hörmət mühitinə ciddi zərbə vurur. Tarixən böyük mədəniyyət və dövlətçilik ənənələrinə malik olan azərbaycanlıların hüquqlarının məhdudlaşdırılması müasir dövrün humanitar dəyərləri ilə qətiyyən uzlaşmır. 

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi dövlət siyasətinin əsas prioritetlərindəndir və bu prinsiplərdən geri çəkilmək mümkün deyil. Bu baxımdan Naxçıvan istiqamətində həyata keçirilmiş hücumlar yalnız siyasi bəyanatlarla deyil, həm də beynəlxalq hüququn imkan verdiyi çərçivədə qiymətləndirilməlidir. Bu gün Azərbaycan güclü dövlət, möhkəm siyasi iradə və qətiyyətli liderlik nümayiş etdirən ölkədir. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və prinsipial siyasət nəticəsində ölkəmiz regionun ən sabit və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan sülh tərəfdarıdır, lakin eyni zamanda öz milli maraqlarını və təhlükəsizliyini qətiyyətlə müdafiə etmək əzmindədir. 

Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri