Icma.az
close
up
RU
Sular üzərində qurulan möcüzə

Sular üzərində qurulan möcüzə

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Venesiyanın əsas cazibəsi şəhərin sözün əsl mənasında suyun üzərində üzməsidir. Tarixinə dərindən nəzər saldıqda, şəhərin heyrətamiz və unikal olduğu qənaətinə gəlirsən.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Venesiya İtaliyanın hər il dünyanın müxtəlif yerlərindən milyonlarla turisti cəlb edən unikal bir şəhərdir. "Dənizlər kraliçası" haqqında hətta orada heç vaxt olmayanların belə saysız-hesabsız rəsm əsərlərindən, yazıçı və şairlərin təsvirlərindən, filmlərdən yaranan təsəvvürü var. Qədim memarlıq, daş döşənmiş küçələr, mənzərəli adalar labirinti və məşhur kanallar insanları heyran etməkdədir. 15 əsrdir ki, şəhər qeyri-mümkünlüyün təcəssümü olaraq insanları heyrətləndirir. Qərb və Şərqin qarışığı, suda sonsuz əkslər - dünyanın heç bir şəhərində buna bənzər gözəllik yoxdur.

Venesiyanın əsas cazibəsi bütün şəhərin sözün əsl mənasında suyun üzərində üzməsidir. Tarixinə dərindən nəzər saldıqda, şəhərin heyrətamiz və unikal olduğu qənaətinə gəlirsən. Venesiyanın memarlığı XIV-XVI əsrlərin əvvəllərində formalaşıb. Tarixin fərqli dönəmlərində yaşadığı müharibələr də izsiz ötüşməyib.

Hər il yeddi milyon turist

Venesiya bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb. Adalar arasında 400-ə qədər körpü var. İnsanlar burada inanılmaz dərəcədə çətin şəraitdə dünyaca məşhur tarixi şah əsər yarada biliblər. Bu şəhərdə hər bir turist özünü orta əsrlərə qayıtmış kimi hiss edir. Venesiya təkcə qabarma-çəkilmələrə tab gətirmir, həm də hər gün minlərlə turisti qarşılayıb yola salır. Hər il bu şəhərə yeddi milyon turist gəlir.

Şəhərin görməli yerləri turistlərə Venesiya atmosferini yaşamağa və onun tarixi haqqında məlumat əldə etməyə imkan verir.

Körpüdən keçən yeddi min insan

Santa Lusiya qatar stansiyasından çıxan kimi Böyük Kanalla (Grand Canal) üz-üzə qalır və şəhərin sehrini duymağa başlayırsan. Bu ərazi şəhərin ürəyi sayılır. XVIII əsrdən bu günə qədər Böyük Kanalın sahilləri demək olar ki, toxunulmamış qalıb. Burada hələ də muzeylərə və sərgi salonlarına çevrilmiş böyük köhnə binalar var. Bu binaların əsas girişləri qapıdan yox, sudandır. Böyük Kanal üzərindəki Rialto körpüsü Venesiyada ən çox fotoşəkil çəkilən yerlərdən biridir. Onu memar Antonio de Ponte layihələndirib, soyadı təsadüfən italyan dilində "körpü" deməkdir. Körpünün tikintisi 1591-ci ildə başa çatıb. İzdihama qoşulub hər gün körpünün üzərindən keçən yeddi min insandan biri olmağın sevincini yaşayırsan. Yay aylarında bu izdiham daha da böyüyür. Körpünün ətrafında fəaliyyət göstərən ictimai su avtobusları - vaperottalar bütün əsas kanallar boyunca 20-dən çox marşrutda fəaliyyət göstərir. Vaporettolar yalnız Venesiyanın tarixi hissəsinə xidmət etmir, həm də onu laqundakı bir çox ada ilə birləşdirir. Gəmilərdə pik saatlarda avtobus və ya metrodakı kimi izdiham ola bilər. Biletlər tək səfərlər üçün satılır (ən sərfəli qiymət: 7.50 avro) və günlük biletlər 20 avrodur. Su taksiləri isə daha sürətli olması ilə bərabər, xeyli bahadır - 25 avro.

Taxta dirəklər üzərində

Venesiyaya yaxından bələd olmaq üçün insan axınına qoşulub kanallar üzərindəki körpülərlə irəliləməlisən. Körpülərdən keçdikcə "Venesiya necə tikilib?" sualı isə hamını düşündürür.

Bütün Venesiya taxta dirəklər üzərində qurulub - şəhərdə bir milyondan çox belə dirək var. Məşhur Rialto Körpüsü üçün 30 mindən çox dirək istifadə olunub. Bu körpü əvvəllər tamamilə ağacdan olub, lakin dəfələrlə yanıb, bundan sonra venesiyalılar onu daşdan tikiblər. Maraqlıdır ki, Venesiyada tikinti heç vaxt başa çatmır. Bir çox inşaatçı oradakı binaları daim yeniləyir.

Şəhərdə aralarındakı məsafə cəmi bir metr olan binalar var. Pəncərələr bir-birinə çox yaxın olduğundan, mənzillərdən az qala əl sıxmaq ənənəsinin olduğu da deyilir.

Təbii ki, Venesiyaya gələn turistlər kanallarda üzən qayıqlara minirlər. Yarım saatlıq gəzinti üçün adambaşına 20 avro ödəmək lazım gəlir. Venesiyada rəsmi olaraq 485 qondolier - peşəkar qayıqçı var. Hər kəsin qondolier olması demək olar ki, mümkün deyil, peşə yalnız miras yolu ilə ötürülür.

"Su kənarındakı qızıl göyərçin yuvası"

Venesiyaya səfər etmək üçün ən yaxşı vaxt mart-noyabr ayları hesab olunur. Hər bir turist Axmatovanın dediyi kimi "su kənarındakı qızıl göyərçin yuvası" olan Müqəddəs Mark Bazilikasının əzəmətinə tamaşa etməyə, açıq havadakı kafelərdə kofe içməyə tələsir. Ən möhtəşəm şəkillər göyərçinlərlə əhatə olunan zaman çəkilir. Yerli qaydalara görə, göyərçinləri və qağayıları yemləmək qadağandır. Bu, 500 avroya qədər cərimə ilə nəticələnə bilər.

Müqəddəs Marko meydanında Konstantinopoldan xilas edilmiş heykəllər, freskalar və mozaikalarla bəzədilmiş San Marko Katedralı, Venesiya memarlıq zərifliyinin zirvəsi olan Doge Sarayı və böyük Qalileyin ilk teleskopunu quraşdırdığı şəhərin ən hündür tikilisi olan müstəqil Kampanil zəng qülləsi turistləri heyran edir. Katedral XI əsrdə inşa edilib. Görünüşü Konstantinopoldakı Həvarilər Kilsəsinə (indiki İstanbulun Fatih Məscidinin yeri) bənzəyir.

Meydanda ifa olunan canlı musiqilər insanları ovsunlayır. Vaxtilə Bayronun, Hemenqueyin qəhvə içdiyi bu kafelərin füsunkar ab-havası turistləri ayaq saxlamağa məcbur edir.

Maraqlıdır ki, müxtəlif dövrlərdə rus mədəniyyətinin bir çox xadimi burada müvəqqəti yaşayıb və tez-tez geri qayıdıblar: Çexov, Çaykovski, Axmatova, Blok, Yesenin, Vyazemski… Puşkinin dostu, avstriyalı diplomatın həyat yoldaşı və gözəl xatirələrin müəllifi Dolli Fikelmont ömrünün son illərini burada keçirib. Sergey Diaqilev, İqor Stravinski və İosif Brodski San-Mişel qəbiristanlığında dəfn olunublar. Hər birinin də bu şəhərlə bağlı öz hekayəsi var.

Hər il bu şəhərdə fevral ayında keçirilən karnaval dünya turistlərini, Venesiya Film Festivalı isə sentyabr ayında dünya kino ulduzlarını bir araya toplayır.

Venesiyanı ziyarət edin, yoxsa…

Bu üzən şəhər həm özünəməxsusluğu ilə fəxr edir, həm də bundan əziyyət çəkir. Hər il Venesiya 4-5 millimetr batır. Bu artıq orta əsrlərdən məlum olan faktdır. Bu faktla qarşılaşan şəhər artıq iki dəfə yenidən qurulub və daha hündür adalara köçürülüb. Su təkcə XX əsrdə qurudan 20 santimetr geri çəkilib. Ən pessimist elmi proqnozlara görə, Venesiya XXII əsrin əvvəllərinə qədər batacaq. Onu xilas etmək üçün Musa (MOSE) daşqınlardan mühafizə sistemi qurulub. Onun tikintisi 30 ildən çox çəkib. Bu, şlüz qapıları şəbəkəsidir: yüksək qabarma zamanı 78 maneə qalxır və dənizdən gələn böyük suyun qarşısını alır. Lakin sistemin sınaqları hələ də davam edir, ona görə də onun gələcək dağıdıcı daşqınlardan etibarlı qorunma təmin edəcəyinə dair heç bir zəmanət yoxdur.

Bu baxımdan, dünya turistləri arasında belə bir deyim var: hər kəs Venesiyanı ziyarət etməlidir, çünki onun nə vaxt tamamilə su altında qalacağını heç kəs bilmir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 May 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see384

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see320

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see279

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see237

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see232

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see222

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see216

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see198

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see189

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see183

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see179

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see177

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see173

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see170

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see169

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see168

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see160

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see154

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see153

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri