Icma.az
close
up
RU
Bakı Daşkənd: etimad üzərində qurulan gələcək ŞƏRH

Bakı Daşkənd: etimad üzərində qurulan gələcək ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetləri aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışı yalnız səfərin yekunlarını əks etdirən siyasi bəyanat deyil, eyni zamanda Azərbaycan–Özbəkistan əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair mühüm mesajlarla zəngin olan strateji çıxış kimi diqqət çəkdi.
Prezident İlham Əliyev çıxışının əvvəlində Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə göstərdiyi qonaqpərvərliyə və Azərbaycan xalqına bəslənilən səmimi münasibətə görə təşəkkürünü bildirdi. Bu fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər yalnız siyasi və iqtisadi maraqlara əsaslanmır. İki xalqı birləşdirən ortaq tarixi köklər, milli-mənəvi dəyərlər, dil və mədəni yaxınlıq, əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətləri dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir.
Prezident İlham Əliyev Özbəkistanın son illərdə keçdiyi inkişaf yoluna xüsusi diqqət çəkərək Daşkəndin və bütövlükdə ölkənin sürətli dəyişikliklər mərhələsində olduğunu vurğuladı. Dövlət başçısının fikirlərindən də aydın göründüyü kimi, Özbəkistanın iqtisadiyyatının şaxələndirilməsi, sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ölkənin beynəlxalq mövqelərinin də möhkəmlənməsinə səbəb olub. Bu inkişaf Azərbaycan–Özbəkistan əməkdaşlığının genişlənməsi üçün də yeni imkanlar yaradıb.
Mətbuata bəyanatda ən mühüm məqamlardan biri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlər idi. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması qarşıya mühüm hədəf kimi qoyulub. Bununla yanaşı, qarşılıqlı investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, energetika, kənd təsərrüfatı, avtomobil sənayesi, bankçılıq, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün konkret imkanlar formalaşıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq münasibətlər yalnız perspektivlərdən danışılan mərhələdə deyil, real layihələrin həyata keçirildiyi yeni inkişaf mərhələsindədir.
İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də investisiya siyasətidir. Azərbaycan və Özbəkistanın qarşılıqlı investisiyaları getdikcə daha geniş sahələri əhatə edir. Dövlət başçısı çıxışında Özbəkistanın Qarabağın dirçəldilməsində iştirakını xüsusi qeyd etdi. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və digər layihələr qardaş Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələr təkcə iqtisadi əhəmiyyət daşımır, həm də iki xalq arasında həmrəyliyin və qarşılıqlı etimadın göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycan–Özbəkistan əlaqələrinin regional əhəmiyyətinə də xüsusi diqqət yetirdi. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulması iki region arasında əlaqələrin daha da genişlənməsi üçün yeni perspektivlər açır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri böyük potensiala və geniş inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi məkanın mühüm hissələridir. Bu baxımdan Azərbaycan–Özbəkistan tərəfdaşlığı yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionda əməkdaşlıq, sabitlik və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm həlqəsinə çevrilməsi, Özbəkistanın isə Mərkəzi Asiyanın əsas iqtisadi və nəqliyyat mərkəzlərindən biri olması iki ölkənin qarşılıqlı imkanlarını daha da artırır. Trans-Xəzər nəqliyyat dəhlizinin potensialından səmərəli istifadə Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin genişlənməsinə, yükdaşımaların artmasına və regionlararası iqtisadi əlaqələrin güclənməsinə xidmət edə bilər.
Prezidentin bəyanatında enerji əməkdaşlığı da mühüm yer tutdu. Azərbaycan və Özbəkistan arasında neft-qaz sahəsində həyata keçirilən layihələr, SOCAR-ın Özbəkistan bazarında fəaliyyəti və yeni kəşfiyyat layihələri enerji tərəfdaşlığının konkret nəticələrindən biridir. Dövlət başçısı neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə artıq son mərhələyə yaxınlaşıldığını və növbəti mərhələdə istismar quyularının qazılmasına başlanmasının gözlənildiyini bildirdi. Bu isə enerji sahəsində əməkdaşlığın qarşıdakı illərdə daha da genişlənəcəyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm dayaqlarından biri də humanitar və mədəni əlaqələrdir. Bu istiqamətdə həyata keçirilən layihələr xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının istifadəyə verilməsi, “Yeni Daşkənd”də Azərbaycan parkının yaradılması, Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi və Nizami Gəncəvi ilə Əlişir Nəvainin ədəbi irsinə həsr olunan birgə bədii filmin hazırlanması iki xalqın ortaq mədəni dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlarla yanaşı, Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da diqqət çəkir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda iki ölkənin mövqelərinin bir çox məsələlərdə üst-üstə düşməsi qarşılıqlı siyasi dəstəyin möhkəmliyini nümayiş etdirir. Bu əməkdaşlıq Türk dünyasında həmrəyliyin gücləndirilməsi, regional sabitliyin qorunması və qarşılıqlı maraqların beynəlxalq müstəvidə müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir.
Səfərin nəticələri göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında imzalanan sənədlər, yeni layihələr, qarşılıqlı investisiyalar və regionlararası əməkdaşlıq mexanizmləri bu münasibətlərin uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışında da Azərbaycanla “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Prezident İlham Əliyevin Daşkənddəki bəyanatının əsas mesajlarından biri də bundan ibarətdir ki, Azərbaycan və Özbəkistanın inkişafının paralel şəkildə davam etməsi qarşılıqlı əməkdaşlıq üçün daha geniş imkanlar yaradır. Bu gün hər iki ölkə iqtisadi potensialını gücləndirir, yeni investisiya imkanları formalaşdırır, nəqliyyat və enerji layihələrində fəal iştirak edir və beynəlxalq nüfuzunu artırır. Belə bir şəraitdə iki dövlətin səylərini birləşdirməsi həm milli inkişaf məqsədlərinə, həm də regionda daha geniş iqtisadi əməkdaşlığın formalaşmasına mühüm töhfə verir.
Beləliklə, 23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistanda mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsinin siyasi və iqtisadi mənzərəsini aydın şəkildə ortaya qoydu. Səfər çərçivəsində əldə olunan razılaşmalar və müəyyənləşdirilən yeni hədəflər göstərir ki, Bakı ilə Daşkənd arasında əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Bu münasibətlərin əsasında isə qarşılıqlı etimad, tarixi-mədəni yaxınlıq, siyasi iradə və ortaq inkişaf maraqları dayanır.
Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərinin möhkəmlənməsi eyni zamanda Türk dünyasının birlik və həmrəyliyinin güclənməsinə mühüm töhfədir. Bu baxımdan Daşkənddə səslənən mesajlar yalnız iki dövlətin deyil, daha geniş coğrafiyada sülhün, sabitliyin, iqtisadi tərəqqinin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük siyasi əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə həyata keçiriləcək birgə layihələr və yeni təşəbbüslər Azərbaycan–Özbəkistan dostluğunun daha da möhkəmlənməsinə və xalqlarımızın rifahına xidmət edəcək.
Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri