Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə 18 il həbs verildi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Salyan rayonunda qonşuya məxsus evə qeyri-qanuni yolla daxil olaraq 13 yaşlı qıza təcavüz edən şəxsə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmran Babayevə (şərti ad-soyadlı) hökm oxunub.
O, Cinayət Məcəlləsinin 150.3.3, 153.1, 157.1 və 180.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri, əxlaqsız hərəkətlər, mənzil toxunulmazlığını pozma və soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 18 il həbsə məhkum edilib.
Bildirilib ki, hadisə 2025-ci ilin avqustun 7-si baş verib. Həmin gün 1996-cı il təvəllüdlü İ.Babayev saat 05 radələrində qonşuluqda yaşayan qadının iş yerinə getmək üçün evi tərk etdiyini görərək gizli şəkildə mənzilə daxil olub. Həmin vaxt ev sahibinin 2 yeniyetmə və 1 azyaşlı qızı evdə olub. O, otaqda yatmış qızları oyadaraq çirkin əməllər törədib. Həmçinin ev sahibinə məxsus 1000 manat pulu götürərək uzaqlaşıb.
İ.Babayev gedəndən sonra qızlar hadisə barədə dayılarına məlumat veriblər və dərhal polisə müraciət edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 30 Yanvar 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















