Icma.az
close
up
RU
Qonşusunda vəziyyət qarışdı, Türkiyə köməyə yetişdi Yardım çağırışının axrasında nə var?

Qonşusunda vəziyyət qarışdı, Türkiyə köməyə yetişdi Yardım çağırışının axrasında nə var?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriya müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorçularla mübarizə sahəsində Türkiyədən rəsmən yardım istəyib. Bir müddətdir ölkə daxilində yerli qüvvələrlə druzlardan ibarət silahlı birləşmələr arasında yaşanan qarşıdurma və İsrailin hadisəyə müdaxiləsi fonunda bu məsələ müzakirələrə səbəb olub.

Maraqlıdır ki, Ankara indiyə kimi bu məsələyə diplomatik səviyyədə münasibət bildirir və Dəməşqə dəstəyini vurğulayırdı. Digər tərəfdən isə PKK terror təşkilatının silahları təhvil verməyə başlaması ilə bağlı bəyanatından sonra Suriyanın məhz Türkiyədən yardım istəyi xüsusi diqqət çəkir.

Dəməşq hökumətinin Ankaradan istəyinin arxasındakı real səbəb nədir? Türkiyə bununla Suriya daxilindəki pərakəndə qrupların ayaqlanmalarını yatırmaq üçün rəsmi dəstək verəcək?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Suriya hökumətinin Türkiyədən hərbi-texniki dəstək istəməsi bölgədə təhlükəsizlik və siyasi münasibətlərin yenidən formalaşdığını göstərir:

“Dəməşqin bu çağırışı İŞİD başda olmaqla müxtəlif radikal qrupların yenidən fəallaşdığı bir zamanda baş verir. Türkiyə isə bu müraciətə müsbət yanaşaraq, Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və bölgədə sabitliyin bərqərar olması üçün səylərini artıracağını bildirib. Ankara və Dəməşq arasında uzun illərdir davam edən siyasi gərginliyə baxmayaraq, təhlükəsizlik sahəsində belə bir əməkdaşlığın gündəmə gəlməsi yeni mərhələnin xəbərçisidir. Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Suriya tərəfi rəsmi olaraq təlim, məsləhət və texniki dəstək istəyib. Bu istiqamətdə əməkdaşlıq artıq başlayıb”.


Züriyə Qarayeva

Politoloq qeyd edib ki, İsrailin cənubdakı Sveyda bölgəsində həyata keçirdiyi hücumlar və druz icması ilə mərkəzi hakimiyyət arasındakı gərginlik Suriyadakı sabitliyi daha da zəiflədir:

“Bu fonda Türkiyənin rolu təkcə hərbi dəstək verən tərəf deyil, həm də regionda balans yaradan aktor kimi önə çıxır. Proses həm də onu göstərir ki, bir zamanlar qarşı cəbhədə dayanan ölkələr, indi ortaq təhlükələr qarşısında əməkdaşlığa məcbur qalırlar. Hazırkı mərhələdə bu əməkdaşlıq nə qədər davamlı olacaq, hansı nəticələr verəcək – bunları zaman göstərəcək. Amma hər halda bu, həm Suriyanın daxilində, həm də regionun gələcəyində mühüm dönüş nöqtəsi sayıla bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri