Xalq artisti Şahnaz Haşımova əməliyyat olunacaq
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Xalq artisti Şahnaz Haşımova sabah əməliyyat olunacaq".
Bu məlumatı Oxu.Az-a açıqlamasında onun nəvəsi Eldar Abdullayev deyib.
O qeyd edib ki, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutacaq: "Nənəm hazırda evdədir, xəstəxanada deyil. Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yazılanlar doğru deyil. Müəyyən müayinələr aparılıb. Səhhətində yaranan problemlə əlaqədar sabah əməliyyat olunmasına qərar verilib", - deyə E.Abdullayev bildirib.
E.Abdullayev Şahnaz Haşımovanın nə ilə əlaqədar əməliyyat olunacağını açıqlamayıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:Xalq artisti Şahnaz Haşımova: “Mənim həyatımı xilas etdilər” KONKRET
29 Oktyabr 2025 19:46
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilidi
24 Oktyabr 2025 22:26
Şahnaz Haşımova bu tarixdə xəstəxanadan buraxılacaq
26 Oktyabr 2025 13:38
Şahnaz Haşımova ilə bağlı xoş xəbər
28 Oktyabr 2025 12:08
Səsi ilə şəfa verən sənətkar Şahnaz Haşımova Naftalanda
09 Avqust 2025 13:37
Baxış sayı:95
Bu xəbər 24 Oktyabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















