Icma.az
close
up
RU
Məhkəmə arvadını namus üstündə öldürən şəxslə bağlı qərarı elan etdi

Məhkəmə arvadını namus üstündə öldürən şəxslə bağlı qərarı elan etdi

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Bakı Apellyasiya Məhkəməsində arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2024-cü il mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, Nurəddin Məmmədov aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşən Məmmədovanın naməlum şəxslə "Whatsapp"la görüntülü danışdığını görüb. O arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib. Bundan hiddətlənən Nurəddin telefonu arvadının əlindən alıb və onun başına vurub. Həmin vaxt mətbəx bıçağını götürərək bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyyəsindən bir dəfə zərbə yetirib. Daha sonra Nurəddin mayın 5-də evə gəlib və arvadı Ayşənin yataq otağında “Whatsapp”la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları görüb. Nurəddin Ayşənin ona xəyanət etməsindən əmin olub. O, arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olub. Orada qəflətən hər iki əli ilə boğazından tutaraq yerə yıxıb və boğaraq öldürüb. İstintaq orqanı tərəfindən Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham elan edilib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see122

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Ermənilər Bakıda konyak satacaqlar Ermənistan parlamentinin sədri

29 May 2025 18:05see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri