Icma.az
close
up
RU
Qorbaçovun Nobel mükafatının ləğvinə çağırış edildi

Qorbaçovun Nobel mükafatının ləğvinə çağırış edildi

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Nobel Sülh Mükafatı laureatlarının heç də hamısı əslində sülhün xeyrinə çalışmayıb, bəzən çox yaxşı aktyor olublar. Bunun bariz nümunəsi əlləri qana boyansa da, Nobel Sülh Mükafatı almış Mixail Qorbaçovdur.

Axar.az xəbər verir ki, bu barədə baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Qorboçovun Nobel Sülh Mükafatı niyə ləğv edilməlidir?” sərlövhəli məqalədə yazılıb.

Məqalənin müəllifi tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamdır. O, SSRİ-nin Stavropol şəhərində erməni mafiyasının güclü təsiri altındakı Qorbaçovun Azərbaycan və azərbaycanlılara dərin nifrət bəsləməklə yanaşı, Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olan Azərbaycan lideri, böyük dövlət xadimi Heydər Əliyevə də həsəd apardığını qeyd edib. Əliyevi siyasi səhnədən uzaqlaşdırmağı qarşısına məqsəd qoyan Qorbaçov bu yolda səylərini əsirgəməyib. Məhz Əliyevin istefasından sonra erməni millətçiləri və onların sovet hökumətindəki havadarları azərbaycanlılara qarşı çıxıb. Bu da sonda azərbaycanlıların Qarabağ bölgəsindən və Ermənistandakı vətənlərindən qovulmasına, uzun müddət davam edəcək Dağlıq Qarabağ münaqişəsinə səbəb olub.

Bununla kifayətlənməyən Qorbaçovun 1990-cı ilin yanvarında Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq üçün tədbirlər görməyə başladığı diqqətə çatdırılıb. 1990-cı il yanvarın 19-da Azərbaycan televiziyasında təşkil olunmuş partlayış nəticəsində ölkənin xarici dünya ilə əlaqəsi kəsilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhəri nəzarətə götürmək üçün Bakıya daxil olan sovet ordusu günahsız dinc sakinləri amansızlıqla atəşə tutub. Zirehli texnika və tanklardan istifadə edən sovet ordusu sanki düşmən şəhərini işğal edirmiş kimi davranaraq dinc azərbaycanlılara qarşı qətliam törədib.

Həmin gün 150-yə yaxın günahsız dinc sakinin, o cümlədən qadın, qoca və uşağın qətl edildiyi vurğulanan yazıda qırğının yalnız sovet ordusunun şəhərə tam nəzarəti ələ keçirməsindən sonra dayandığı xatırladılıb. Azərbaycan televiziyasını sıradan çıxaran partlayışla bağlı 1990-cı ilin iyulunda sovet təşkilatı “Qalxan”ın araşdırmasına istinad edən müəllif partlayışın sovet xüsusi hərbi hissəsi və ya sovet xüsusi xidmət orqanları tərəfindən törədildiyini bildirib. “Qalxan”ın hesabatına görə, sovet ordusu bu qırğında özünü xarici təhlükədən qorumaq üçün deyil, daha çox Azərbaycan xalqını cəzalandırmaq üçün hərəkət edib. Bu cinayətə isə Sovet hökuməti adından Qorbaçov yaşıl işıq yandırıb.

Müəllifin fikrincə, sözügedən faciənin böyük, lakin qəddar istehzası ondan ibarətdir ki, elə 1990-cı ildə Qorbaçov Nobel Sülh Mükafatına layiq görülüb və güclü Qərb dövlətləri onun həmin lənətlənmiş gündə Azərbaycan xalqına etdiklərini tamamilə görməməzliyə vurub. Qeyd olunub ki, bu gün Azərbaycanda Qorbaçova verilmiş Nobel Sülh Mükafatının ləğvinə cəhdlər edilir. Amma bu cəhdlərdən əvvəl rusiyalı siyasətçi Tatyana Poloskova Qorbaçovu Rusiya Federasiyasının ali mükafatı olan “Həvari Müqəddəs Andrey” ordenindən məhrum etməyə təşəbbüs göstərib.

Məqalədə Poloskovanın 2013-cü ildə Qorbaçovun qanlı əməllərinə görə onun nüfuzlu mükafatdan məhrum olunması üçün müraciət etsə də, rədd cavabı aldığı qeyd olunub. Poloskova Azərbaycan xalqının Qorbaçovun təltif edildiyi Nobel Sülh Mükafatının ləğvi uğrunda apardığı mübarizəni dəstəkləyərək, adıçəkilən şəxsin Sovet ordusuna verdiyi əmrin bəşəriyyətə qarşı növbəti cinayət olduğunu vurğulayıb. Norveç Nobel Komitəsinin çoxdan siyasiləşdiyinə diqqət çəkən rusiyalı siyasətçi buna qarşı güclü, aydın və qətiyyətli səsin ucaldılmasının vaxtının yetişdiyini bəyan edib.

Məqalənin sonunda keçmiş sovet liderinin Qara Yanvar faciəsi ilə yanaşı, 1989-cu il Tbilisi qırğını kimi digər fəlakətlərə görə də məsuliyyət daşıdığını diqqətə çatdıran müəllif Azərbaycan xalqının Qorbaçovun aldığı Nobel Sülh Mükafatının ləğvinə nail olacağına ümidini ifadə edib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri