Icma.az
close
up
RU
“Qorxu evləri”nə yol qapadımalıdır Psixoloq sərt danışdı

“Qorxu evləri”nə yol qapadımalıdır Psixoloq sərt danışdı

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Əyləncə mərkəzi dedikləri bu yerlər uşaqlar və gənclər üçün ölümcül təhlükə yaradır

Elmir Əkbər: “Stress dolu həyatımızda qorxu əyləncəsi qətiyyən yolverilməzdir”

Dünyada nəki zir-zibil, sarsaq, səfeh, əxlaqsız, tərbiyəsiz hər nə varsa, ölkəmizdə, şəhərimizdə tətbiq etmək hansı “dərrakə”nin, hansı “intellektin” məhsuludur, bilinmir. Bu kimi tətbiqlərdə məqsəd ancaq gəlir əldə etmək olar. Düşüncəsiz insanlar da xarici ölkələrdən "kopiya"lanan, həm də ən pis, aşağı səviyyədə təqlid edilənlərə can atır, görmək, iştirak etmək istəyir. Nəticədə çox pis, faciəli hallarla qarşılaşırlar. Paytaxtda fəaliyyət göstərən “Qorxu evi” də bunlardan biridir. Paytaxtda “Astral Baku”, “Paranormal Baku” və sair adlar altında fəaliyyət göstərən məkanlar var. İnternet üzərindən də cəlbedici paylaşımlar edilir, “Bakının ən böyük qorxu evi açıldı”, “Tezliklə: “Vampir”, “Qəssab”, elanlar verilir. Nəyə xidmət edir bu qorxu, dəhşət evləri? Zatən, yeniyetmələr, gənclər arasında şiddətə meyillilik artıb. Bunu ölkədə məhz yeniyetmə və gənclər, məktəblilər arasında baş verən münaqişələr, kəsici alətlərlə törədilən kriminal hadisələr təsdiq edir. Üstəlik, insanları vampirlərə, “qəssablar”a yönləndirmək, ölüm, dəhşət, qan təlqin etmək hansı faydanı verə bilər?       

“Qorxu ev”lərinə gedənlərin fiziki xəsarət və psixoloji travma alması halları istisna deyil, əksinə, tez-tez baş verir. Qonşu ölkələrdə belə hallar baş verir. Türkiyədə gənc bir qız iddia edib ki, getdiyi “Qorxu Evi”ndə ona qarşı zorakılıq olub. Təəssüf ki, paytaxtımızda da belə hallar baş verir. Bu günlərdə “əylənmək” üçün ''Qorxu evi''nə gedən yeniyetmənin yıxılaraq ağır xəsarət aldığı, başına 11 tikiş qoyulduğu xəbəri yayıldı. İddialara görə, hadisə bir neçə gün əvvəl paytaxtın Səbail rayonunda, ''Phobia Games''də baş verib. Bu barədə “Xezerxeber.az”da gedən məlumata görə, üzünün görünməsini istəməyən zərərçəkmiş, 15 yaşlı Nigar Mustafayeva deyib ki, rəfiqəsi ilə birlikdə əyləncə mərkəzinin “Qorxu evi”nə gedib. Onlar ödəniş etdikdən sonra yaşlarına uyğun olan kateqoriyalı oyunu seçiblər. Bütün olanlar da obyektin müşahidə kameralarına düşüb. Zərərçəkmiş yeniyetmə iddia edir ki, videolarda da bu hal açıq şəkildə görünür. ''Biz içəridə olanda oyun gedirdi. Mənə dedilər ki, 5 saniyə qalıb. Halbuki aktyor orada danışmamalıdır, üstəgəl, oradakı şkafın qapısı da açıq idi. Hansı ki, bağlı olmalıdır. Arxadan məni itələdi, yıxıldım yerə, özümdən getdim. Bir də gördüm ki, içəri kimsə girdi və mən üzüstə yerdə idim. Administrator üzümə baxdı, nalayiq ifadə ilə dedi ki, bu nə günə düşüb''. Zərərçəkmiş onu da iddia edir ki, aktyorlar onlarla oyunun qaydalarına uyğun davranmayıblar. Qızın rəfiqəsi hadisədən sonra təcili yardıma xəbər verib. Hadisə yerinə gələn briqada Nigar Mustafayevanı xəstəxanaya aparıb. Zərərçəkmişin valideynləri bildirir ki, hadisədən sonra ''Phobia Games'' rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də azyaşlının vəziyyəti ilə maraqlanıb. “Xezerxeber.az” əməkdaşı hadisənin baş verdiyi qorxu evinə gedib. Həqiqətənmi oyun zamanı aktyorların yeniyetmələrə qarşı zor tətbiq edib-etməməsi ilə maraqlanıb. İnzibatçı Nihat Nuri belə deyib: “Aktyor heç bir halda itələmir. Aktyor öz vəzifəsini yerinə yetirəndə qızı qorxudub. Qız vəlvələyə düşüb, yıxılıb və başı şkafa dəyib. Onlar deyir ki, hadisədən sonra bir dəfə də mənimlə maraqlanmadılar. Xeyr, maraqlanmışıq, direktorumuz hətta xəstəxana xərclərini də öz üzərinə götürüb, sadəcə, onların tələbi çox olduğundan biz onlarla razılaşmadıq”. Zərərçəkmişin valideynləri polisə də məlumat veriblər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirdi ki, tərəflər polisə dəvət edilərək ərizə və izahatları alınıb: “Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir”.

Psixoloq Elmir Əkbər Sherg.az-a açıqlamasında “qorxu, dəhşət evləri”nin qəbuledilməz olduğunu dedi: 

- Təəssüf ki, müasir dünyamızda insanları faciələrə sürükləyən, insan psixologiyasına hücum məqsədi daşıyan, müsbət nə varsa, insani dəyərlərin aradan çıxmasına yönələn hal və hərəkətlər yayılmaqdadır. İndi elə bir zamanda yaşayırıq, həyat zatən gərgin, təşvişli, həyəcanlı, streslidir. Düşünürəm, “Qorxu evi” kimi layihələr olmamalıdır. Daim hamıya deyirəm ki qorxu filmləri, insanı həyəcanlandıran səhnələri seyr etmək olmaz, düzgün deyil bu. Biz psixoloqlar belə şeyləri məsləhət görmürük. Kimsə deyəcək ki, başqa ölkələrdə də var. Nə olsun var. Başqa ölkələrdə nə varsa, mütləq biz də tətbiq etməli deyilik. Belə bir qayda, tələbi kimsə qoymayıb. Ola bilər, hansısa ölkədə var, amma bizdə yaradılan, birincisi, həmin keyfiyyətdə deyil. İkincisi, cəmiyyətdən cəmiyyətə də fərq var. Məsələn, Kanada əhalisi rahat, təmkinli, komfortlu həyat yaşayır. Orada bu kimi hallar bizdəki qədər zərərli olmaz. Bizdə isə cəmiyyətdə gərginlik yüksək səviyyədə olduğundan bu cür əlavə gərginliklərə heç ehtiyac yoxdur. Bunlar uşaqlar üçün də təhlükəlidir, böyüklər üçün də. Uşaqların psixikasında bu cür gərginliklər, qorxu, təşviş, həyəcan ciddi travmalar yaradar. Belə qorxu zamanı insan qəfil dünyasını dəyişə bilər, müxtəlif ağır xəstəliklərə tutular. Həyəcanın orqanizmdə hansı fəsadlar yarada biləcəyini çox adam anlamır, bilmir. Ümumiyyətlə, azart adlanan istək, vərdiş, lazımsız əyləncələrə can artmaq heç yaxşı hal deyil. İnsanlar müxtəlif ruh halında ola bilərlər. Bəzən nəsə fərqli bir şey istəyə bilərlər. Amma bu ehtiyacı psixikaya ziyan verəcək qorxu, təlaşla təmin etmək yanlışdır. Adrenalin istəyi yaxşı bir şey vəd etmir. Belədirsə, “avtoşlar”a da avtoşluq etməyə icazə versinlər. O da adrenalin istəyidir, avtomobili kefi istədiyi kimi sürür. Amma qadağandır. Niyə, çünki burada insan həyatı üçün və ətrafdakılar üçün də yaranan təhlükə var. Ona görə də qadağan edilir. Bəs “Qorxu Evi" təhlükə törətmir? Ora gedən gənc qız qorxudan bayılacaq, stresə düşəcək, xəsarət alacaq, xəstəlik tapacaq, bəlkə, infarkt keçirəcək. Gənclər bəlkə şiddətə, qəddarlığa daha artıq həvəslənəcək. Bunlar təhlükəli məqamlar deyil? Bunları nəzərə alaraq belə “əyləncə” məkanlarının fəaliyyətinə qətiyyən yol verilməməlidir. Onsuz da həyat şərtləri ağırdır. Stress, gərginlik yüksəkdir. Bu cür təhlükəli əyləncələr isə vəziyyəti daha da gərginləşdirir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:466
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri