Icma.az
close
up
RU
QORXUNC XƏBƏRDARLIQ: III Dünya Müharibəsi BAŞLAYIR Daha 5 ölkə münaqişəyə DAXİL OLA BİLƏR...

QORXUNC XƏBƏRDARLIQ: III Dünya Müharibəsi BAŞLAYIR Daha 5 ölkə münaqişəyə DAXİL OLA BİLƏR...

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni daha qanlı müharibənin anonsu verilir. Bəzi ekspertlər bunu III Dünya Müharibəsinin başlanğıcı kimi dəyərləndirirlər.
Məlum oduğu kimi ötən həftə Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri çox uğursuz alındı. Okeanın o tayından əliboş qayıdan Ukrayna prezidentinə isə Avropa İttifaqı və Birləşmiş Krallıq yenidən qucaq açdı. Ona vəd olundu ki, Ukrayna-Rusiya müharibəsinin qələbə ilə sonlanması üçün Avropa ölkələri zəruri dəstəyi göstərəcək.
Məsələ heç də bununla bitmir.
Avropa ölkələri də hərbi büdcələrinə yenidən baxmaq qərarına gəliblər. Məsələn, Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələri “yaxşı və səmimi” adlandırıb. AK prezidenti Ukraynanın “hərtərəfli təhlükəsizlik zəmanətlərinə” ehtiyacı olduğunu deyib. O həmçinin, Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu deyib və ən başlıcası Avropanı yenidən silahlandırmağa çağırış edib:
“Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik”.
Von der Leyen əlavə edib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək:
“Həqiqətən də birlikdə addım atmalıyıq.Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq, və buna görə də müdafiəni gücləndirmək lazımdır”.
Onu da qeyd edəki, Zelenski, Vaşinqtondan fərqli olaraq Londondan əliboş dönməyib. Böyük Britaniya Ukraynaya hərbi satınalmalar üçün əlavə 1,6 milyard funt-sterlinq və hava hücumundan müdafiə sistemləri üçün 5000-dən çox raket göndərəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda keçirilən sammitdən sonra mətbuat konfransında bildirib.
Həm Ukraynanın, həm də Avropa dövlətlərinin yenidən silahlanması isə yaxşı  heç nə vəd eləmir.
Gərginlik artır
Nəzərə alaq ki, aparıcı dünya dövlətləri hərbi büdcələrini ilbəil böyüdür. Məsələn, 2024-cü ildə qlobal hərbi xərclər əvvəlki ilə nisbətən 7,4% artaraq 2,46 trilyon dollara çatıb.
Müdafiə xərclərinə görə lider 960 milyard dollardan çox pul xərcləyən ABŞ-dır. Avropada ümumi müdafiə xərcləri son bir ildə 11,7% artaraq 457 milyard dollara çatıb. Regional artıma Almaniyanın müdafiə büdcəsinin 23,2% artması səbəb olub. Ölkə Böyük Britaniyanı keçərək NATO ölkələri arasında müdafiəyə ən çox pul xərcləyən ikinci ölkə olub. Ötən il Almaniyanın hərbi büdcəsi 86 milyard dollara çatıb. Bəzi digər NATO ölkələri təşkilatın müdafiə xərcləri hədəflərini əhəmiyyətli dərəcədə üstələyib.
Bu qədər silahlanmadan sonra Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin yenidən silahlanma çağırışı təbii ki, ciddi narahatlıq doğurur. Deməli, Qərb çox böyük bir müharibəyə hazırlaşır. Ehtimal olunur ki, Ukrayna-Rusiya müharibəsi tezliklə öz orbitindən çıxacaq və münaqişə Avropa dövlətlərinə də sıçarayacaq. Əgər belə bir hadisə baş verərsə, onun nəticələrini təsəvvür etmək belə çox dəhşətlidir.
Nəzərə alaq ki, Ukrayna-Rusiya müharibəsində ötən 3 ildə 2 milyona yaxın insan həyatını itirib. 10 milyondan artıq şəxs öz dədə-baba ocağından didərgin düşüb. Yüzlərlə kənd, qəsəbə və şəhər yerləbir edilib. Ukraynanın infrastrukturu iflic vəziyyətinə düşüb. Bu gün Ukraynanın bərpasına yüz milyardlarla dollar vəsait tələb olunur. Bununla belə ötən hər gün Ukraynanı daha acınacaqlı vəziyyətə sürükləyir.
Amma görünən odur ki, Qərb və Rusiya dayanmaq fikrində deyil. Hər iki tərəf yeni iddialarla çıxış edirlər. Çox təəssüf ki, bu çıxışlarda sülhdən yox silahlanmadan daha çox danışırlar. Bu da qlobal münaqişə ehtimalını reallığa çevirir.
Üçüncü Dünya Müharibəsi başlayıbmı?
Ukrayna-Rusiya müharibəsini bir çoxları III Dünya Müharibəsinin başlanğıcı hesab edirlər. Çünki, bu müharibə iki tərəf yoxdur. Demək olar ki, dünyanın aparıcı dövlətləri bu münaqişənin iştirakçısıdır. Məsələn, həm ABŞ, həm də Avropa İttifaqı ölkələri Ukraynaya hər cür yardım göstərir. Hətta bir sıra Qərb ölkələrindən muzdlular Ukrayna və Rusiya tərəfindən döyüşür. Bu da onu göstərir ki, əksər dövlətlər bu münaqişənin iştirakçısına çevrilib. Hələ Qərbin iqtisadi sanksiyalarını demirik. Bu sanksiyaların hədəfi Rusiyanı dünyadan təcrid etmək və bu dövlətin sonunu gətirməkdir. Bu da iqtisadi müharibədir. Ona görə də əminliklə demək olar ki, III Dünya Müharibəsi artıq başlayıb.
Nəzərə alaq ki, III Dünya Müharibəsi II Dünya Müharibəsindən tamamilə fərqlənir. Artıq texoloji imkanlar və mübarizə metodları o qədər çoxalıb ki, əvvəlki müharibələrdə olduğu kimi tankla, topla döyüşməyə ehtiyac qalmır. Bu gün Qərblə Rusiya arasında bütün sahələrdə müharibə gedir. Amma bunun görünən tərəfi Ukraynada təzahür edir.
Ehtimal var ki, yaxın zamanda Polşa, Litva, Latviya, Estoniya və Belarus bu münaqişənin bir parçasına çevrilsin. Belə olacağı təqdirdə proseslərin necə inkişaf edəcəyini təsəvvür etmək belə çox çətindir. Belə vəziyyətdə nüvə silahından istifadə də istisna olunmur. Nüvə müharibəsinin başlanması isə kainatın sonu deməkdir. Ona görə də təəssüflə deməliyik ki, dünya daha qanlı və sonu təsəvvür edilməyəcək bir müharibəyə hamilədir.

Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Mart 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri