“III Dünya müharibəsi başlaya bilər” SEPAH dan XƏBƏRDARLIQ
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mövcud münaqişənin davam edəcəyi təqdirdə III Dünya müharibəsinə çevrilmək ehtimalı var.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Naqdi xəbərdarlıq edib.
SEPAH-ın yüksək rütbəli rəsmisi bildirib ki, davam edən qarşıdurma qlobal müharibəyə yol aça bilər.
O, həmçinin döyüş əməliyyatlarının yenidən başlayacağı təqdirdə İranın yeni hazırlanmış silahlardan istifadə etməyə hazır olduğunu diqqətə çatdırıb.
Məhəmməd Rza Naqdi qeyd edib ki, İranın raket buraxılış qurğularının məhv edilməsi barədə iddialar əsassızdır. Müşavirin sözlərinə görə, rəsmi Tehran 2026-cı ilin aprel ayında istehsal edilmiş ən yeni raket və dronları dövriyyəyə buraxa bilər.
"Onlar bizim buraxılış qurğularımızı məhv etdiklərini deyirlər. Lakin biz bu qurğuları istənilən metal emalı emalatxanasında istehsal etmək gücündəyik", - deyə Naqdi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 18 Aprel 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















