Icma.az
close
up
RU
Qoy təbiət qalib gəlsin…

Qoy təbiət qalib gəlsin…

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Torpağın bağrını yaralayan yanğınlara səbəb olmayaq

Yanğınların böyük faciələrə səbəb olduğunu, insan ölümlərinə yol açdığını hər birimiz bilirik. “Odla  oynamaq” xeyir gətirmir deyimi kiçik yaşlarımızdan yol yoldaşımız olub və odun təhlükəsini isə öz üzərimizdə, necə deyərlər, əlimiz yananda hiss etmişik. Od insanı soyuqdan qoruyub, həyatda sağ qalmaq üçün köməyinə çatıb. Od ər babalarımız da odun qoruqçusuna çevrilib.

Odun, ocağın xeyri, zərəri barədə bu qədər…

XXI əsrdə dünya od tutub yanır, qlobal istiləşmədən, sözün əsl mənasında, əziyyət çəkir. İqlim dəyişkənliyi ilə bağlı keçirilən tədbirlərin, səslənən fikirlərin, dünyanı, insanlığı qorumağa yönəlməsi başadüşüləndir. Bu, qlobal baxışdır, bəşəriyyət üçün həyəcan təbilidir.

Bu gün paytaxtımızda, regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ekoloji təhlükəsizliyin qorunması istiqamətində Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsiz xidmət aparılır. Bu qurumların sözügedən məsələyə birgə reaksiyası, operativ şəkildə gördükləri tədbirlər, atılan addımlar ictimaiyyətin rəğbəti ilə müşahidə olunur. 


Yeri gəlmişkən, avqustun 10-da Zəngilanda, avqustun 9-da Qəbələ şəhəri ərazisində, avqustun 8-də Xocavənd rayonunun Əmirallar kəndindəki qəbiristanlıqda, avqustun 7-də Ağdərə rayonunun Dovşanlı kəndində yanğına səbəb olanlar, Şəkinin Aşağı Göynük kəndi ərazisində 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıranlar polis tərəfindən tapılıb, məsuliyyətə cəlb edilib və maarifləndirilib. Maarifləndirməni burada xüsusi vurğu ilə deməliyəm, çünki vəzifəmizin əsas təməllərindəndir. 

Qeyd edək ki, cari ilin müvafiq dövründə respublikanın şəhər və rayonlarında 613, son 1 ay ərzində isə 345 yanğın hadisəsi qeydə alınıb.

Baş vermiş yanğın hadisələri nəticəsində ümumilikdə 683 hektar biçilmiş əkin sahəsi, 11.217 hektara yaxın meşə və çöl ərazisi, o cümlədən son 1 ay ərzində 466 hektar biçilmiş əkin sahəsi, 10.252 hektara yaxın meşə və çöl ərazisi yanıb.

Yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları üzrə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 2 ( Şəki – 1, Cəbrayıl – 1) cinayət işi başlanılıb.

Əkin yerlərinin yandırılmasına görə cari ilin müvafiq dövründə respublikanın şəhər, rayonlarında 58, son 1 ay ərzində isə 35 inzibati protokol tərtib olunub.


Təəssüflər olsun ki, son günlər yanğınla bağlı çağırışlara məhəl qoymayanların, əkin sahələrini bilərəkdən və ya bilməyərəkdən yandıranların  sayı artır. Görülən inzibati tədbirlər sözügedən təhlükəli əməlin qarşısını almağa yönəlsə də, bu kimi məsələlərdə ictimai təpki də mühüm rol oynamalı, vətəndaş mövqeyi ortaya qoyulmalıdır.  Daha dəqiq desək, yanğın və digər təhlükəli halların qarşısının alınmasında dövlət qurumları ilə yanaşı vətəndaşların da səfərbər olunması mütləqdir. Belə olan halda təbiət adlı yuvamızı qorumaq məsiliyyətini də dərk etmiş olarıq.

Bəli, təhlükəli əməl törədən şəxs barəsində birmənalı olaraq qanunamüvafiq tədbir görülməlidir. Bu, məsələnin rəsmi, inzibati tərəfidir. Bir də sözügedən məsələnin, gündəm mövzusu olan yanğınların ruhani, vicdani tərəfi də var.

Məsələn, yandırdığınız o kol-kosun neçə canlıya, quşa, böcəyə yuva olduğunu bilirsinizmi? O kol-kosun içində  ölkəmiz üçün endemik olan bitki örtüyünün məhv olmasından xəbəriniz varmı?

Və yaxud da işğaldan öncə ermənilərin torpaqlarımızda yanğınlar törətdiyini və hər birimizin həmin mənzərəni necə ürək ağrısı ilə seyr etdiyini nə tez unutduq?

Bütün hallarda yanğını insan törədir. Tək-tük təbii səbəblər istisna olmaqla…


Təbiətə atılan tullantılar, hətta kiçik kağız parçası, şüşə qırığı, polietilin torba, su butulkası və digər əşyalar yanğına səbəb olan əsas vasitələrdəndir. Kiçik bir səhlənkarlıq ucbatından baş verənlərin nələrə yol açdığını isə yanğınla mübarizə aparanların baxışlarının, ən çətin relyefdə belə min bir əzab-əziyyətə qatlaşıb canıyananlıqla köməyə çatmaq istəklərinin şahidi olduqdan sonra görmək mümkündür.

Yanğının daha geniş əraziləri cənginə almaması, həyatımızda faciələrlə yadda qalmaması üçün tələb edilənlərə əməl etməli, çağırışları ciddiyə almalıyıq.

Evi yanan insanları bir anlıq gözlərinizin önünə gətirin. Heç də hamı onlara qucaq açmır. Onlar soyuqda, istidə, qarda, yağışda köməksiz qalmağın riskli, həyatlarına, doğmalarına təhlükəli olduğunu yaxşı bilirlər. Təbiət də, torpaq da bizim, bütün yaradılmışların evidir. Təbiətə yad davranışımız onun məhvini tezləşdirir.

Ömrünü ətraf mühitin qorunmasına həsr edən böyük alim Hubert Reevesin bu gün də aktuallığını itirməyən ən məşhur fikrini isə yenidən yada salmaq istəyirəm: “Təbiətlə mübarizə aparırıq, qalib gəlsək məğlub olacağıq”.

Qoy təbiət qalib gəlsin, o qalib olanda insanlıq udur…

Hafiz Təmirov,
polis polkovniki

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri