Icma.az
close
up
RU
Qoy kameranı söndürüm...

Qoy kameranı söndürüm...

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sizin də yadınızda olar. “Neftçi” Konfrans Liqasında “Beşiktaş”a rəqib olmuşdu. Həmin vaxt “ağ-qaralar”ı çalışdıran rumıniyalı Adrian Mutu rəqibin gücünü şişirtmək üçün təxminən belə demişdi:

“Belə rəqiblərlə Çempionlar Liqasında qarşılaşırsan, “Beşiktaş”ın səviyyəsi çox yüksəkdi”.  


Amma biz də yaxşı bilirik ki, xeyli vaxtdı “Beşiktaş” özünə bənzəmir. Ümumiyyətlə, özünü Türkiyənin nəhəngi sayan İstanbul klublarının səviyyəsində geriləmə var.
Elə həmin bu “Beşiktaş”ı Türkiyə çempionatının 26-cı turunda “Qaziantepspor” məğlub etdi. Səlçuk İnanın çalışdırdığı əyalət təmsilçisi İstanbulda əzmkar qələbə qazandı. Bununla da hər kəsi təəccübləndirməyi bacardı. Çünki yeni baş məşqçi Sulşerin gəlişindən sonra “Beşiktaş” uğurlu seriya yaxalamışdı və bir müddət idi azarkeşlərini sevindirirdi. Bu seriya da “Qaziantepspor”la oyunda qırıldı.
Oyunsonrası mətbuat konfransında yerli jurnalistlərdən biri Səlçuk İnana bir qədər qəribə sual verib. Bildirib ki, hesabda önə keçəndən sonra futbolçularınız oyunu soyutdu, qapıçınız “vaxt öldürdü”, sizin bu davranışlarınız doğru idimi? Ötənlərin məşhur futbolçusu bu suala gülümsəyərək reaksiya verib, qarşısındakı jurnalistə xeyli hörmətlə davranıb. Cavabı da belə olub ki, bizim hərəkətlərimizi qiymətləndirmək sizin işinizdi, mən “vaxt öldürməklə” məşğul olduğumuzu düşünmürəm.
İndi bütün Türkiyə İnanın alicənab davranışından danışır, onu alqışlayır. Çünki Türkiyə futbolunda səmimiyyət ab-havası çoxdan, pozulub, uduzan-udan hamı bir-birini, sonra da hakimləri ittiham edir. Azarkeşlər də, mətbuat nümayəndələri də bu havaya düşüb. Ona görə də Səlçuk İnanın onu təxribata çəkməyə çalışan, aşkar “Beşiktaş” azarkeşi kimi sual səsləndirən şəxsə gülümsəməsi, hətta təşəkkür etməsi hər kəsin ürəyincə olub. Türkiyə futbol camiəsi ümid edir ki, çalışdırıcının bu davranışı başqalarına da nümunə olacaq, bundan sonra hamı bir-birinə daha hörmətlə yanaşacaq.
Bu həftə Azərbaycanda da oyunsonrası mətbuat konfransı, daha doğrusu, orda jurnalistlə baş məşqçi arasındakı dialoq gündəm oldu. Amma bizdə Türkiyədəkindən fərqli bu dialoq mənfi aurası ilə yaddaşlarda qaldı. Həmkarlarımızdan biri Samir Abasova komandasının “Kəpəz”ə qəsdən uduzmasıyla bağlı fikirlər səsləndirildiyini xatırladıb.
Bəli, belə fikirlər hamımızın qarşısına çıxıb. “Neftçi” azarkeşlərinin yer aldığı sosial şəbəkə səhifələrində “ağ-qaralar”ın bilərəkdən uduzduğu, kubokla premyer-liqa arasında dəyiş-düyüş edildiyi iddia edilib. İmanımı yandırıb nəsə deyə bilmərəm. Amma favorit komandaların hər məğlubiyyətindən sonra belə söhbətlər yayılır. Üstəlik “Neftçi” bir neçə gün əvvəl “Kəpəz”i kubokdan kənarlaşdırmaqla ondan güclü olduğunu da isbatlayıb. Belədə hansısa azarkeşin şübhəyə düşməsi təəccüblü deyil.
Elə Samir Abasova ünvanlanan sual da bu şübhələrin əsasında səsləndirildi.
Təəssüf ki, “Neftçi”nin baş məşqçisi artıq neçənci dəfədi belə sualları aqressiv qarşılayır. Onun həmin suala cavab vermək üçün şərt irəli sürməsi, kameraların söndürülməsi, xanımların zaldan çıxarılması niyyətin nə olduğundan xəbər verir. Yəqin Samir Abasov məsələni söyüş söymək səviyyəsinə çıxarmaq, “yalan deyən belə-belə olsun” demək istəyirmiş. Halbuki Səlçuk İnan kimi gülümsəmək, xoşun gəlməyən sualı belə təbəssümlə qarşılayıb, zarafatyana reaksiya göstərmək də mümkün idi. “Neftçi”nin zəif oynaması, azlıqda qalan rəqibə belə bata bilməməsi ki, şübhə deyil, acı reallıqdı. Samir bəy bu acı reallığı qəbul etməli, gözə kül, qulağa yalan üfürməyə çalışmamalıdı.
Mətbuat konfransında pozitiv davranışı da öyrənmək üçün yetərincə nümunələr var. Sözün düzünü deyən üçün kameraların yanmasının, yoxsa sönməsinin heç bir fərqi yoxdu.
AMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri