Icma.az
close
up
RU
Qoyun lağ etsinlər, ədalətə baxın... Eşşək üstündə qırğın

Qoyun lağ etsinlər, ədalətə baxın... Eşşək üstündə qırğın

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənardan baxıb gülmək, istehza etmək, məsxərəyə qoymaq çox asandır. Ümumiyyətlə, insan oğlu lağlağı üzrə master-klas keçə bilər. Dərinliyə varmadan, araşdırmadan, empatiya qurmadan nə var ki, yaşamağa. Elə onlar üçün həyat gözəldir. İndi onsuz da ən çox təlqin olunan düşüncə tərzidir: bivec ol! Ol ki, yanmayasan, yəni dəli ol, qoy sənin dərdini çəksinlər. 
Məsələn, birinin şüursuz şəkildə gerizəkalı davranışını görəndə ona yanmaq, üzülmək olar. Məqsədli olmadan, bilmədən, qanmadan, qavramadan... Nəyə görə “ruhi xəstə” sözünü “dəli” sözü ilə əvəz etmək yasaqdır, insanlıqdan kənardır?! Çünki kimisə aşağılamaq sayılır. Əvvəllər “dəlixana” sözü işlənərdi, amma məlum olur ki, olmazmış. İnsanlar inkişaf edir, bunun təhqir olduğunu başa düşür. Geniş ictimaiyyət qarşısında kiməsə yönəlik belə sözün, sözlərin işlədilməsi, yumşaq desək, qeyri-etik sayılır. “Kor”, “kar”, “lal” və s. bu sözlər də artıq təhqir hesab olunur. Yerinə “məhdudiyyətli” kimi ifadələr gəlir. Hətta bu söz belə bəzən mübahisəlidir. Çünki bir çox sağlam insanlarla onların müqayisəsini aparsan, xeyli üstün olarlar, yəni məhdudiyyətli olmazlar.

İndi gələk, müxtəlif çətin şərtlər altında yaşamış, böyümüş, formalaşmış insanlar haqqında olan aşağılayıcı baxış bucağına. Nəyə görə cinayət törədənlərin psixi vəziyyəti araşdırılır? Yaxşı məlumdur ki, sağlam insanlar nadir hallarda, necə deyərlər, “qan donduran” hadisə törədər. Buraya tükürpərdən sözünü də əlavə etmək olar. Bəzən araşdırmalar zamanı ortaya çıxır ki, həmin insanlar dərin sarsıntı keçiriblər, yəni həmin şəxslərin belə insanlıqdan kənar hadisələr törətməsinə səbəblər var. Bu onlara haqq qazandırmır. Amma səbəblər öyrənməlidir ki, növbəti oxşar faciələr baş verməsin. Yeni bir cani doğulmasın, ümumiyyətlə, canilərin yaranmasına şərait olmasın.

Siz, biz, hamımız gecə-gündüz başqa ölkələrin poliqonuna çevrilmiş bir coğrafiyada yaşasaq, səhərimizi güllə, raket, partlayış səsləri ilə açsaq, oxumağa bir yerimiz-yurdumuz olmasa, bizdən adam olarmı? Oradan çıxan normal adam haqqında da ən yaxşı halda belə deyə bilərik: “bunu Allah saxlayıb e, necə böyüyüb, necə oradan belə ağıllı-başlı adam çıxıb!?”

Faciə xarabalıqdan çıxan insanların ibtidai insanı xatırlatması deyil, faciə sivil, səviyyəli cəmiyyətlərdə nüfuzlu görkəmdə olan şəxslərin primitiv insani dəyərləri tapdaq altına salmasıdır. Məsələn, bir eynək üstündə dava salması, məhkəməyə müraciət etməsidir. Deyə bilərsiniz, hüquqları, əlbəttə, amma bir xırda mübahisəni yoluna qoya bilməyən ali təhsilli, savadlı, vəzifəli, nüfuzlu şəxslərin gəlib kimisə ələ salmağa haqqı varmı? Komfortlu, lüks həyatda formalaşmış insanların necə cinayət törətdiyini də görmüşük. Say-say bitməz eee. 
İndi çətin şəraitə formalaş insanlarla belələrini müqayisə etdikdə o cahil insanların daha adekvat olduğu ortaya çıxır. 

Coğrafiya qədərdir, taledir. Amma kef içində yaşayan insanları başına bomba yağanlarla həyatını, baxışını, beyninin içində olanları müqayisə etsən, görərsən ki, eşşək üstündə müharibə salanların rəftarı daha təbii imiş. Söhbət Əfqanıstanda – o çöllükdə, xarabalıqda, uzun illər müharibə, qarışıq, xaos içində yaşayan ölkədə formalaşan insanların eşşək üstündə qırğın salmalarından gedir və 50 nəfərdən çox insanın ölümü... Dediklərim hadisəyə haqq qazandırmır. Ədalətli yanaşmaya diqqət çəkməyə yönəlikdir. Dünyanı bu hala salanları görməkdə fayda var. Çünki o qırğını törədənlərin gördükləri, bildikləri də odur. Qalstukluların heç nədən nə qədər insanları öldürdüyünü az görmüşük?! Ədalətli olmaq lazımdır. Baxmaq yox, başa düşmək, dərk eləmək lazımdır. 

Nə var e, hər şeyə səthi yanaşıb “havhavhav” səviyyəsində münasibət göstərməyə. Müasir insanların, internetə çıxışı olan rahat cəmiyyətlərin belə mahnını trend eləməsi kimi... Ölkəmizin insanlarının da eşşəklə bağlı hekayələri az deyil...

Samir Mirzə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Fevral 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri