Miqrasiya xidmətindən istifadə edən şəxslər arasında növbəti sorğu keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 oktyabr, AZƏRTAC
Miqrasiya prosesi iştirakçılarının məmnuniyyətinin təmin olunması, göstərilən xidmətlərin əlçatanlığı və şəffaflığı, eləcə də miqrasiya orqanlarının fəaliyyətində ictimai iştirakçılığın artırılması Dövlət Miqrasiya Xidmətinin əsas prioritet istiqamətlərindəndir. Bu məqsədlə Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən Bakı şəhər Regional Miqrasiya Baş İdarəsində və əcnəbilərin daha çox üz tutduğu məkanlarda növbəti sorğu həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sorğuda 60-dan çox respondent iştirak edib. Onlara miqrasiya xidmətlərinin əlçatanlığı, operativliyi və keyfiyyəti ilə bağlı suallar təqdim olunub.
Nəticələrə əsasən, respondentlərin 97 faizi göstərilən xidmətləri müsbət qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















